İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

qalaktika etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
qalaktika etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

11 Şubat 2014 Salı

, ,

Əgər dünyada heç bir işıq olmasaydı,ulduzlar necə görünərdi?




      Bir gecə ani olaraq Bakıda işıqlar sönsəydi nə edərdiniz?Yəqin ki,təşvişə düşər,bir şam yandırar və işıq idarəsinə zəng edərdiniz [ :) ] .Və ya dostlarınızla uzun uzun söhbət edərdiniz.Başqa bir qrup insanlar isə çölə çıxıb indiyə qədər heç görmədiyi göy üzü görüntüsünü seyr edərdi.

     Bu gördüyünüz şəkil fotoqraf Thierry Cohen'in "Qaranlıq Şəhərlər" adlı sərgisindəndir.Sərgidə dünyanın müxtəlif şəhərlərinin süni işıqlandırma olmadan necə görünəcəyinə dair şəkillər yer alıb.Bu gördüyünüz şəhər San Franciscodur.Süd Yol qalaktikamızın mərkəzi hissəsi şəhərin üstündə süzülür.

   Yəqin ki,Bakıda da belə bir mənzərə olardı.Həyatında eyni vaxtda 10-dan çox ulduz görməmiş,gecə vaxtı başını heç yuxarı qaldırmamış insanlar qalaktikamızın bu gözəlliyi ilə tanış olar və bundan böyük həzz alardılar.

   Thierry Cohen 1963-cü ildə Parisdə doğulmuşdur.1985-ci ildən fotoqraflığa başlamışdır və o gündən bəri gözəl görüntüləri kadra alır.

   İndi isə gözəl bir mahnıya qulaq asaraq bu şəkillərə baxın.Sonda isə ən çox hansı şəhəri bəyəndiyinizi qeyd edin.
Paris
Shanghai

Los Angeles

Los Angeles

Paris

Sao Paulo
New York
Rio de Janeiro

Tokio

Shanghai
Hong Kong

New York
Paris



                                                  Mənbə: danzigergallery.com


8 Ocak 2014 Çarşamba

, , , , , ,

Hubble teleskopundan 3 min yeni qalaktika!


Bu şəkil yeni kəşf olunan qalaktikaların ümumi və tək tək görünüşləridir.Şəklə diqqətlə baxsanız kənardakı A,B,C,D kadrlarını ümumi halda görə bilərsiniz.








Yuxarıdakı şəkillər isə həmin o A,B,C,D kadrlarının böyüdülmüş versiyalarıdır.Effektlərinin o qədər də ürəkaçan olmamaları normaldır.Asan deyil.13 milyard işıq ili uzaqlıqdakı qalaktikaların şəkilləridir.Yəni siz bu qalaktikaların əslində 13,2 milyard il əvvəlki formalarını görürsünüz.Böyük Partlayışdan 500 milyon il əvvəlki formaları.Göründüyü kimi hələ tam qalaktika formaları almamış "erkən" qalaktikalardırlar.

NASAnın Hubble kosmik teleskopu 13,2 milyon işıq ili uzaqlıqdakı 3000-dən çox qalaktikanı görüntüyə alıb.Bu qalaktikalar əvvəllər heç vaxt görülməyib və hərəsinin içində 10 milyon - 100 trilyon ulduz olduğu ehtimal edilir.

Amerika Astronomiya Birliyinin verdiyi məlumata görə bu qalaktikalar hələ "bala" qalaktikalardır.Big Bangdən 500 milyon il sonrakı halını gördüyümüz bu qalaktikaların ölçüləri bizim qalaktikamız olan Süd Yolunun sadəcə 100-də 1-i qədərdir.Hubble teleskopunun daha da təkmilləşdirilməsi nəticəsində biz kainatı 20 qat daha yaxşı görə bilirik və bunun sayəsində də yeni qalaktikalar tapa bildik.

Kaliforniya universitetinin professoru Garth İlingworth bu haqda belə fikir bildirdi : "Böyük Partlayışdan sadəcə 500 milyon işıq ili sonraya səyahət etdiyinizi düşünün.Qalaktikalar bir-birlərinə daha yaxın və daha kiçikdirlər.Mavi işıq yayırlar və hər yerdədirlər.Bir çox element hələ yaranmamışdı.Planetlər belə yox idi.Böyük bir ehtimalla,hələ Süd Yolundakı heç bir cismə bənzəmirdilər".

Bu şəkillərdə qeyd etdiyimiz kimi 3000-dən çox,daha öncə görmədiyimiz qalaktika var.Bunların böyük bir hissəsi Süd Yolu qalaktikasından 1000 dəfə daha kiçikdirlər.Ulduzlardan gələn işıq 1 ildə 9,6 trilyon km qət edir.Bu da bizim onların hələ milyon,hətta milyard il əvvəlki formalarını gördüyümüzü ifadə edir.


                                           Mənbə: Hubble Space Telescope
                                                        Hubblesite

2 Ocak 2014 Perşembe

, , , , , , ,

Qalaktikamızda səyahət (video-məqalə)

       Bu virtual tur 400 milyarda yaxın ulduza ev sahibliyi edən Süd yolu qalaktikasının müxtəlif komponentlərini göstərir.Səyahətimizə qalaktikanın mərkəzindəki super kütləli qara dəliyin ətrafında hərəkət edən ulduzdan başlayırıq və 10 milyarda yaxın ulduzun daxil olduğu qalaktik-şiş bölgəni bütünlüklə görmək üçün uzaqlaşırıq.

     Səyahətimizə əsasən böyük qaz diskləri içində itmiş,gənc ulduzlar olan bölgə ilə davam edirik.Qalaktika mərkəzinə bağlı olan və ulduzlarla dolu olan spiralvari qol qarşımızdadır. Sonra isə yaşlı ulduzlardan əlavə çoxlu sayıda müstəqil ulduz diskləri və böyük ulduz qrupları ilə dolu olan "Halo"nu görürük.




Əlbəttə indi "Halo nədir?","nəyə bənzəyir?" deyə ağlınızda suallar yarandı.Bunun üçün də ayrıca bir araşdırma etdik.Nəticə ilə tanış olun:

- Bəzən parlaq Ayın ətrafında bir çevrə görürük.Bu çevrə göyqurşağına bənzəyir və ölçüsü də çox kiçikdir (təxminən 20,5 mikrometr).Buna Halo deyilir.

Halo əsasən bütün göy üzünü örtən və çox kiçik buz kristallarından yaranan buludlar olduqda görülür.





"Halo"nu (həlo və ya helo kimi deyilir) əhatə edən qaranlıq maddə bölgəsinin varlığı isə ulduzlara təsir edən cazibə qüvvəsinin orbitlərindəki dəyişiklikdən anlaşılır.Videoda qalaktik mərkəzdən 26min işıq ili uzaqlıqdakı Günəşə də yer verilib.

Son olaraq isə 1989-cu ildə fəaliyyətə başlayan,Günəşdən 300 işıq ili uzaqlıqda yerləşən 100.000-ə yaxın ulduzu müşahidə edən ESAnın (European Space Agency-Avropa Kosmos Agentliyi) Hipparcos süni peykinin vəzifəsi göstərilib.Bundan əlavə ESAnın 20 dekabr 2013-cü ildə kosmosa göndərəcəyi GAİA kosmik aparatının 30.000 işıq ili uzaqlığa qədərki təxminən 1 milyard ulduzu müşahidə edəcəyi də vurğulanmışdır.

   İndi isə 2 dəqiqə 45 saniyəlik videoya baxa bilərsiniz ( 720p keyfiyyəti ilə videodan zövq alın! )




Mənbə: ESA

1 Ocak 2014 Çarşamba

, , , , , , , , , , , ,

Qaranlıq maddə nədir?

   Qaranlıq maddə adından da göründüyü kimi qəribə bir materiyadır.Əslində qaranlıq da deyil.Sadəcə olaraq onun qaranlıq adlandırılması amerikan mədəniyyətinə xas olan bir keyfiyyətdən irəli gəlir.Amerikalılar nə olduğunu təxmin edə bilmədikləri bir şeyə "dark",yəni tünd,qaranlıq dediklərindən,bu anlayışa da qaranlıq maddə adlanır.Səbəbi budur.Yoxsa onun qaranlıq ya da aydınlıq olduğunu hələ ki görə bilməmişik.
 
             Yaxşı bəs bu qaranlıq maddə anlayışı necə yaranıb?
    Bir neçə yüz ildir ki,Newton və Keplerin sayəsində göy cisimlərinin orbitlərini və sürətlərini ölçmə imkanımız var.Bunun isə n qədər formulu var.Bu formulların izahına girməyə ehtiyac yoxdur.Beləliklə,bu modellər və formullar sayəsində bir cismin başqa bir cisimlə təsiri nəticəsində orbitlərini və sürətlərini müyyən edə bilərik.Ancaq yenə də bir xülasə kimi qeyd edək:

   Kütləsini bildiyimiz bir cisim və onun ətrafında hərəkət edən başqa cisimləri düşünün.Misal olaraq Günəş və ətrafında hərəkət edən planetləri göstərə bilərik.Kiçik orbitli olan planetlər böyük orbitlilərə nisbətən daha sürətlə hərəkət edirlər.Yəni Merkuri planeti çox böyük sürətlə Günəşin ətrafında hərəkət etdiyi halda,Neptun çox yavaş sürətlə hərəkət edər.Bunun da səbəbi Günəşdən uzaq cisimlərin cəzbetmə qüvvəsinin azalması ilə daha az kütləçəkim təsirinə məruz qalmasıdır.Riyazi olaraq isə,"hərəkət müddətinin kvadratının,ətrafında döndüyü cismə uzaqlığının 3-cü dərəcədən qüvvəti" kimi qəribə bir düsturu var.

İndiyə qədər apardığımız bütün araşdırmalar və müşahidələr bu formulların,yəni Newton qanunlarının düzgün olduğunu göstərir.Bunun əksinin doğruluğu isbatlanmamışdır.

İndi isə danışdığımız anlayışın miqyasını böyüdək: Qalaktikamız olan Süd Yoluna daxil olan ulduzlar,planetlər,qaz və toz hissəcikləri,ümumilikdə isə kütləsi qalaktikanın mərkəzinə getdikcə daha da sıxlaşır.Qalaktikamızdakı 400 milyarda yaxın ulduz bu kütlə mərkəzinin ətrafında hərəkət edir.Onda belə bir fikir yürüdə bilərik:

Qalaktikamızın mərkəzinə yaxın ulduzlar daha sürətlə,uzaqdakılar isə daha yavaş hərəkət edirlər.
Xeyr.Əfsuslar olsun ki,bunu deyə bilmirik.

Müşahidələr göstərir ki,Süd Yolunun mərkəzindəki ulduzların dövr sürəti daha uzaqdakılardan zəifdir.Yəni bu vəziyyət Newton qanunlarına tərs hesab olunur.İlk olaraq ağlımıza "görəsən hesablamamızda bir tərslik var?" sualı gəlir.Və ya Einstein'in "Nisbilik" nəzəriyyəsinə müraciət edirik.Amma Einstein qanunları ilə hesablasaq belə istənilən nəticə alınmır.Uzaq ulduzlar daha yavaş dönməlidir,ancaq onların sürətinə çatmaq qeyri-mümkündür.


  Hətta bəzi ulduzların dövr sürəti o qədər çoxdur ki,bu sürətlə onlar çoxdan qalaktikamızı tərk etməli idilər.Yəni Süd Yolu qalaktikasının bilinən kütləsi bu ulduzları qalaktikada saxlamaq üçün kifayət deyil.Bu halda əlimizdə 2 səbəb qalır.Ya Einstein və Newton'un cazibə qanunu haqqındakı fərziyyələri səhvdi,ya da biz Süd Yolunun kütləsini düzgün hesablamırıq.Birinci qeyd etdiyimiz səbəb Günəş sistemindəki müşahidələrimzlə öz doğruluğunu sübut etmişdir.Onda,demək ki,kütlə hesablarımızda bir səhvlik var !

  Süd Yolunun kütləsini təkrar-təkrar,bezmədən yenidən ölçdük.Nəticə isə eyni idi.Görə bildiyimiz bu kütlə ulduzların hərəkətlərini anlamağımıza kömək etmir.Qalaktikamızın daxilində bizim görə bilmədiyimz bir maddədən ibarət əlavə kütlənin də olduğu qənaətinə gəlmək lazımdır.Bütün qalaktikanı əhatə edən bu maddə ulduzların orbital hərəkətlərinə təsir edir,üstəlik bu təsiri yarada bilmək üçün maddənin miqdarının Süd Yolu qalaktikasındakı "cəm" maddə və cisimlərin kütləsinin 90 faizi qədər olmağı lazımdır.Başqa sözlə,sən demə indiyə qədər hesabladığımız kütlə qalaktikamızın kütləsinin 10%-i imiş.Qalan 90%-ini isə görə bilmirik.Artıq qalaktikamızda homogen olmayan bir şəkildə mövcud olan "görünməz" maddənin olduğunu qəbul etməliyik.

100 Milyonlarla işıq ili uzaqlıqdakı qalaktikalar qrupunun görünüşü

Uzaq qalaktikaları (daha doğrusu qalaktikalar qruplarını) izlədikdə aydın olur ki,qalaktikaların hərəkətləri və cazibə qüvvələrinin təsiri qaranlıq maddə hesaba alınmadan açıqlana bilməz.Demək ki,kainatın da böyük bir hissəsi məhz bu qaranlıq maddədən ibarətdir.

Əgər qaranlıq maddə anlayışı səhv olsa,onda Newton və Einstein fizikasını bir kənara atmalıyıq.Bu isə mümkün deyil.Yəni qaranlıq maddənin varlığından əminik.Bəs bu qaranlıq maddə nədən ibarətdir?

Bu sualı cavablandıra bilmirik.Ancaq bəzi variantlar mövcuddur.Neytronlar məsələn.Bunlar maddə ilə heç bir şəkildə əlaqəyə girməyən,yəni görülməsi çox çətin olan hissəciklərdir (Neytronlar - işıq sürəti ilə hərəkət edən və maddələrin içindən heç təsir etmədən keçə bilən hissəciklərdir.Bu xüsusiyyətlər səbəbindən də onların qavranılması çox çətindir.Neytronlar çox kiçik,ancaq 0 olmayan kütlələri var.Elektrik yükləri yoxdur) Ancaq bildiyimiz qədərilə,olması lazım olan neytron sayı qaranlıq maddə üçün kifayət etmir.

Bəzi ağır atomlu hissəciklər və müşahidə olunması bir az çətin olan qırmızı cırtdan və  qəhvəyi cırtdan ulduzlar da qaranlıq maddə ola bilərlər.Buraya Yupiter böyüklüyündəki göy cisimləri və gözlə görünməyən qaz və toz hissəcikləri də namizəddir.Ancaq yenə də alınmır.Heç nə bu böyük qaranlıq maddə miqdarını açıqlamağa kömək etmir.

Görə bilmədiyimiz bir şey var.Həyatında heç vaxt bir pəncərə şüşəsi görməyən birinin,pəncərə yerində boşluq olduğunu zənn etməsi kimi bir şeydi əslində vəziyyətimiz.

Bütün bunlara baxmayaraq o qədər də çarəsiz deyilik bu mövzuda.Bəzi açıqlamalar da var.Məsələn,ulduz qrupları haqqındakı bəzi araşdırmalardan aydın oldu ki,bu qruplarda elə ulduzlar var ki,solğun olduqlarından görmək mümkün deyil.Belə ki,bu ulduzların miqdarı kütləvi ulduz qruplarındakı ulduzların ancaq qaranlıq maddə ilə izah edilə biləcəyini ortaya çıxardı.Yəni bəzi kiçik ölçülərdəki bu tip problemləri  izah edə bilirik.Ancaq qalaktik miqyasda bu izah hələ ki mümkün deyil.Əgər Süd Yolu qalaktikasındakı açıqlamanı ulduz qruplarındakı kimi edə bilsək,qaranlıq maddə anlayışına ehtiyac qalmayacaq.Bunu izah edə biləcək alimlərə isə şübhəsiz ki Nobel mükafatı almaqla yanaşı,100 ilin ən yaxşı astrofizikləri adı veriləcək,adları da hələ 2000 il kitablarda qalacaq.



Mənbə:        1.Kozmik Anafor
           2.Wikipedia







28 Aralık 2013 Cumartesi

,

Qara dəliklər bildiklərimizin sərhəddidir - 3

  Super kütləli qara dəliklər ulduz qara dəliklərindən 1milyon-1milyard dəfə böyük olur.Qara dəliklər heç nəyi udmadan yan keçməzlər.Ancaq bu cisimlər həm də maddələri çölə püskürdürlər.Toplanma disklərində maddələr sürətlə dönərək maqnit səhələrini əmələ gətirir.Burada yaranan və sinkroton adlanan şüalar qara dəliyi bir yay (ox kamanı) kimi gərir və onda olan maddələri fəzanın dərinliklərinə atır.Bu tip hadisələr yalnız super kütləli qara dəliklərdə baş verir.
Real bir qara dəlikdən fəzaya püskürdülən materiya.  M-87 qalaktikasının mərkəzindəki qara dəlikdən bir görüntü.


Qara dəliklərdən danışarkən qalaktikaların toqquşmasına da nəzər salmaq lazımdır.Qalaktikalar kainatda qruplar halında yerləşirlər.Ancaq bəzən onların cazibə qüvvələri bir birini cəzb edir və nəticədə onlar toqquşurlar.Belə olan halda böyük qalaktika kiçiyi udar.Əgər hər ikisi də təxmini eyni ölçülərdə olarsa onlar birləşərlər.Nəticədə ulduzlara,ulduz sistemlərinə və planetlərə o qədər də çox bir şey olmaz.Çünki aralarındakı məsafə həddindən artıq çoxdur.Ancaq toz və qaz hissəcikləri xaotik şəkildə bir birinə yaxınlaşar,belə olan halda qara dəliklər də boş durmazlar və birləşərlər.Bu hadisə isə milyardlarla il ərzində baş verir.
Hubble teleskopundan çəkilmiş 2 qalaktikanın toqquşması

Bizim daxil olduğumuz Süd Yolu qalaktikasının da mərkəzində qara dəlik vardır.Kütləsi 4milyon Günəş kütləsinə bərabərdir.Bəs bu kütləni necə hesablayıblar? Ultra-bənövşəyi şüaları qəbul edə bilən teleskoplarla ulduzların vəziyyəti müşahidə olunduqda görülüb ki,ulduzlar hansısa bir qaranlığın ətrafında hərəkət edirlər.Bu ulduzların kütləsinin 4 milyon Günəş kütləsi olduğu araşdırmalardan sonra məlum olmuşdur (və təbii olaraq qara dəliyin də kütləsi buna bərabər olur).

Qalaktikamızda 10 milyona qədər irili xırdalı qara dəlik olduğu məlumdur.
    
, , , ,

Qara dəliklər bildiklərimizin sərhəddidir - 2

              
   Bundan əvvəlki məqaləmizdə qara dəliklər haqqında məlumat vermişdik.Qara dəliklərdə işığın (yəni hər hansı cisim-ulduz,planet və ya başqa kosmik cisim) bu dəliklər tərəfindən udulduğu yerə hadisə üfüqü və ya horizonu (event horizon) deyilir.İşıq da daxil olmaqla,heç bir maddə bu sərhəddi keçdikdən sonra bir daha oradan çıxa bilməz.Qara dəliyə düşən cisim  bütöv halda deyil,fəzanın əyilməsi sayəsində maddə halında hərəkət edir.Bu,insan və ya bərk bir cisim olsa belə nəticə dəyişməz.


                    Qara dəlik necə yaranır?
   Qara dəliklər yaranma mənbələrinə görə ulduz qara dəlikləri,ilkin qara dəliklər,orta kütləli qara dəliklər və super kütləli qara dəliklərə bölünür.

     Ulduz qara dəlikləri - Adından da göründüyü kimi bu qara dəliklər ulduzlarla əlaqəlidir.Ulduzlar həyatları boyu fusion reaksiyaları (ərimə reaksiyası) vasitəsilə hidrogen kimi zəif elementləri dəmir kimi ağır elementlərə çevirir.Bu elementlər cəzbetmə qüvvəsi vasitəsilə ulduzun mərkəzinə doğru çəkilməklə bərabər,həm də itələmə qüvvəsi vasitəsilə xaric olunur.Ancaq bütün zəif elementlər enerjiyə çevrildikdən sonra ulduzdakı cəzbetmə,yəni kütləçəkim qüvvəsi itələmə qüvvəsinə üstün gəlir və ulduz öz mərkəzinə doğru çökür.Bir çox ulduz bu hadisədən sonra "ağ cırtdan"lara çevrilər.Ancaq daha böyük ulduzlar-Günəşdən 15 dəfə ağır ulduzlar həyatlarını sonlandırarkən sürətli nüvə büzülməsi keçirərək təxminən 8km diametrli,10^16 qram/s(10 üstü 16) sıxlığında qara dəliyə çevrilirlər.

Qara dəlikdən maddə və ya foton'un qaça bilməyi üçün onun sürəti işıq sürətindən böyük olmalıdır.İşıq sürətindən daha böyük bir sürət hələ ki kəşf edilmədiyindən,bu hadisə bizə müəmmalı olaraq qalır."Qara dəliyə düşən maddə artıq başqa bir kainatdadır".Bu fikir bizə maddənin kainatdan kənara çıxdığını söyləmir.Sadəcə olaraq maddə ilə artıq əlaqəmiz kəsilmişdir.
NGC 7052 adlı qalaktika və mərkəzdə qara dəlik səbəbi ilə yaranmış toplanma diski.Bu qara dəlik ulduz qara dəliyidir.

Qara dəliklərdə çox güclü cazibə qüvvəsi olduğunu bilirik.Qalaktikaların mərkəzlərindəki qara dəliklər ətrafdakı ulduzlardan komponentlər qopararaq toplanma diski yaradır.Bu toplanma diskindəki maddələr isə bir müddət sonra qara dəlik tərəfindən udulur.

       İlkin qara dəliklər - kainat ilk yaranan vaxtlarda maddələrin mükəmməl sıxlığından yarandığı fərz olunur.Böyük Partlama (Big Bang) modelinə görə kainat yaranandan sonrakı ilk bir neçə dəqiqədə temperatur və sıxlıq dəhşətli dərəcədə çox olub.Bu dəliklər də elə yüksək sıxlıqdakı dalğalanmalardan yaranmışdır.Kütləsi 10 üstü 14 vəya 10 üstü 23 kq olan bu maddələr alimlərin son dövrlərdə kəşf etdikləri qaranlıq maddə də ola bilərlər.Bu qara dəliklər qalaktikaların mərkəzində deyil,kosmosdakı boşluqlarda yerləşir.Mikro qara dəliklər də adlanır.

    Orta kütləli qara dəliklər - 100-10.000 Günəş kütləsinə bərabər olan bu qara dəliklər kiçik və super kütləli qara dəliklər arasında aralıq mövqe tuturlar.40 il əvvələ qədər qalaktikaların mərkəzlərinə yerləşdikləri bilinməkdəydi.Ancaq əslində belə deyildi.Kainatda boş halda gəzən bu qara dəliklər çox güclü işıq saçırlar.Əslində isə bu işıq onlardan yox,udduqları cisimlərdən-ulduzlardan gəlir (Bu işığı ovdan gələn ah-nalə kimi də başa düşə bilərsiniz).Bəzi alimlər elə düşünürlər ki,orta kütləli qara dəliklər ulduz qara dəliklərinin daha da böyümüş formalarıdır.Orta kütləli qara dəliklərə nümunə olaraq M-82 qalaktikasındakı qara dəliyə baxaq.Parlaqlığına baxsaq görərik ki,kütləsi 460 Günəş kütləsinə bərabərdir.Bizim qalaktika olan Süd yolundan 5 qat,mərkəzindən isə 1 qat daha parlaqdır.Teleskopla baxdıqda M-82 göy üzündəki ən parlaq qalaktikadır.
     M-82 qalaktikasının X-şüa teleskopundan görünüşü.Mərkəzdə görsənən qırmızı rəng qara dəlikdən çıxan                                                                        X şüasıdır.

    Orta kütləli qara dəliklər də ətrafındakı ulduzların maddələrindən bəslənərək həyatlarını davam etdirirlər.Əvvəlcə ətrafındakı ulduzun xarici təbəqəsini,daha sonra isə daxili təbəqəsini sovurur.Bu zaman isə ətrafında toplanma diski yaradır.

  Orta kütləli qara dəliklərə daha bir nümunə.Şəkildə göstərilən parlaq cisim ESO 243-49 qalaktikasıdır.Dairəyə alınmış cisim isə HLX-1 qara dəliyidir.Bu qara dəlik 2004-cü ildə göndərdiyi ultra radiasiya şüası ilə ilk dəfə görünmüşdü.Ancaq həmin vaxtlar onun qara dəlik olduğu bilinmirdi.2009-cu ildə isə rəsmən qara dəlik olduğu elan olunmuşdur.

Super kütləli qara dəliklər haqqında məlumat növbəti məqaləmizdə olacaq.

27 Aralık 2013 Cuma

, , , ,

Supernova nədir?

      Supernova...Gözəl səslənir.Görünüşü də möhtəşəmdir.Bəs Supernova nədir?
Kainatdakı ən böyük enerji partlamaları olaraq bilinən Supernovalar Günəşdən daha böyük ulduzların həyatlarını sonlandırıb partlaması nəticəsində ortaya çıxır.Günəşdən yüz milyonlarla dəfə daha parlaq olan ulduzların nüvələrindəki yanacağı bitirmələri ulduzun partlamasına səbəb olaraq,kainatdakı ən möhtəşəm hadiəsələrdən birini yaradır.Plazma halında olan ulduzun supernovaya çevrilməsi bəzən həftələr,bəzən də aylar çəkə bilər.Supernovanın sönərkən ətrafa yaydığı enerji isə Günəşin hətta milyardlarla ildə yaradacağı enerjidən də çox ola bilər.

   Supernovalar kainatda çox böyük bir hadiəsnin reallaşmasına təkan verir.Belə ki,bu hadisə gerçəkləşərkən kosmosa maddə yayılır.Bu səbəbdən də kosmosda maddələrin bir yerdən başqa yerə daşınmasını həyata keçirən ən böyük qüvvənin də elə məhz supernova olduğunu qeyd etmək lazımdır.Beləliklə də ulduzun nüvəsindəki fərqli atomlar fəzaya yayılaraq maddə çeşidliliyinin artmasına səbəb olar.Bunun nəticəsində də yayılmış maddələrdən milyon illər ərzində ulduzlar yaranır.Yəni bir ulduzun məhv olmasından başqa bir ulduz doğulur.Bizim daxil olduğumuz Günəş sisteminin də ömrünü tamamlayan ulduzların supernovalarından kosmosa yayılan maddələrin sayəsində yarandığı təxmin edilir.

   2006-cı ildə P.Mondol və R.Quimby tərəfindən kəşf edilən və SN2006 GY adı verilən supernova,bəşər tarxinin görə bildiyi ən böyük supernova olaraq qeydə alınmışdır.Bu supernovanın ortaya çıxartdığı NGC 1260 qalaktikası dünyamızdan təxminən 238milyon işıq ili uzaqlıqdadır.Yəni dünyadan işıq sürəti ilə hərəkət edən bir kosmik gəmi bu qalaktikaya 238milyon il sonra çatacaqdır.Bu supernovadan çıxan işıq dünyaya 238milyon ilə çatdığından,əslində alimlər bu Supernovanın,yəni SN2006 GY supernovasının əslində 238milyon il bundan əvvəlki halını görmüşdülər.[İşıq sürəti haqqında http://elm-qurdu.blogspot.com/2013/12/isq-ili-ndir.html məqaləmizdən oxuya bilərsiniz]
      Yuxarıdakı şəkildə SN2006 GY supernovasının görülə bilən ən yaxşı formasının görürsünüz.


      Bu görüntüdə isə SN2006 GY supernovasının NGC 1260 qalaktikasındakı təxmini mövqeyi bizə göstərilib.

26 Aralık 2013 Perşembe

, , ,

İşıq ili nədir?

Bu-bizim evimiz olan Yer planeti və o cümlədən də Günəş sisteminin də içində olduğu "Süd yolu" qalaktikasıdır.Onun diametri təxminən 100min işıq ilinə bərabərdir.Bir dəqiqə.İşıq ili?

İlk dəfədən biraz qəribə səslənsə də işıq ili deyə adlandırdığımız bu anlayış kainatda bilinən ən böyük sürətdir.Bir işıq ili təxminən 9,5 trilyon kilometrə bərabərdir (çox vaxt 10 trilyon hesablanır).Yəni saniyədə 300min km/saat sürətlə hərəkət edən işıq şüaları 1 ildə 10 trilyon km yol qət edir.Başqa sözlə,bir ulduzun bizdən 10 işıq ili uzaqda olduğu deyilirsə,siz bu məsafənin 100 trilyon km olduğunu bilməlisiniz.İşıq ili sizə böyük ölçü vahidi kimi gəldisə,kainatda onun necə kiçik bir etalon olduğuna baxaq.

Günəş bizdən 150.000.000 km uzaqlıqdadır.Buna görə də Günəşdən çıxan işığın bizə gəlib çatmağı 500 saniyə,yəni 8 dəqiqə 20 saniyə çəkir.Ancaq daha uzaq bir cismə baxaq. M13 qalaktikası bizdən 25100 işıq ili uzaqlıqdadır.Bu da təxminən 240.000.000.000.000.000km (240 katrilyon) olar ki, M13 qalaktikası, kainatın böyüklüyünü düşündüyümüz zaman bizə çox yaxın, hətta burnumuzun dibində sayılar.M13dən çıxan işıq Yer kürəsinə 25100 il sonra gəlib çatar,yəni bu qalaktikanın gördüyümz vəziyyəti əslində 25100 il əvvəlki halıdır.

İşıq sürətinə çatmaq Nasa alimlərinin ən böyük məqsədlərindən biridir.Çünki kainatı daha çox araşdırmaq üçün işıq sürətinə,hətta onun 1000-1000.000. qatına nail olmağa ehtiyac var.Ancaq hələ ki,kosmik gəmilərdəki ən böyük sürət saniyədə 23 kmdir. 1977-ci ilin 5 sentyabrında fəzaya buraxılan kosmik aparat olan Voyager-1'in sürəti isə 18km/saniyədir.Hazırda Yer kürəsindən 19milyard km uzaqlıqda olan bu cihazın hər ankı vəziyyətini bu linkdən izləyə bilərsiniz( http://voyager.jpl.nasa.gov/where/ ).

Son olaraq işıq ili anlayışını daha dərindən qavramaq üçün bu videoya baxa bilərsiniz.Burada 10 milyon işıq ili uzaqlıqdan dünyamıza səyahət edəcəksiniz.