İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

Günəş etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Günəş etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

27 Şubat 2014 Perşembe

, , ,

Seriyanın ilki - Merkuri

Kütləsi ........................................................ 3,3x1023 kg             
Həcmi .......................................................5,95x1019 m3
Diametri............................................................ 4,870 km
Yer çəkimi qüvvəsi ......................................... 3,7 m/s2
Orta dövr sürəti................................................ 48 km/s
Günəşdən orta məsafəsi .................... 58 milyon km
Günəşə ən yaxın məsafəsi ...............46,5 milyon km
Günəşə ən uzaq məsafəsi ............229,4 milyon km
Dünyaya en yaxın məsafəsi ............79,8 milyon km
Orta səth temperaturu ......................................343°C
Peyk sayı.............................................................Yoxdur

  Günəş sistemi məqalələri seriyasına Merkuri ilə başlayırıq.[ Günəş haqqında isə buradan oxuya bilərsiniz - Günəş,onun yaranması və xüsusiyyətləri   ].

    Günəşə ən yaxın və Günəş sisteminin ən kiçik planetidir.Ulduzumuz ətrafında orbiti - eliptikdir.Digər planetlər kimi Merkuri də Günəşdən gələn işıqları əks etdirir.Venera,Mars və Yupiterdən sonra dünyadan ən parlaq görünən planetdir (diqqət edin,ulduz yox planet).Merkuri Utarit olaraq da adlandırılır.Alimlərin fərziyyələrinə görə bu planet də digər günəş sistemi planetləri ilə eyni zamanlarda meydana gəlmişdir.
    Merkuri qatı kürə şəklində olub,diametri 4870km-dir.Bu da dünyanın diametrinin 2/5-nə bərabərdir.Yer çəkimi qüvvəsi burada Dünyadakının 38%-i qədərdir.Yəni dünyada 45kq olan bir insan Merkuridə 17kq-dır.Öz aramızdı,ağır çəkililər üçün ideal yerdir [ :) ] 
   1974-cü ilə qədər Merkuri haqqındakı məlumatlar yalnız teleskop və radar məlumatlarından ibarət idi.29 mart 1974-cü ildə Merkurinin 740km yaxınlığından keçərək orbitə oturan Mariner 10 kosmik aparatı dünyaya şəkillər halında minlərlə informasiya göndərmişdir.Merkuri Günəş ətrafında hər 88 dünya günündə ,öz ətrafında isə hər 59 dünya günündə dövrünü tamamlayır.Başqa sözlə,Merkurinin 1 ili 88günə, 1 günü isə bizim 59 günümüzə bərabərdir.

      Mariner 10 sayəsində Merkurinin atmosferi haqqında da məlumatlar əldə edilmişdir.Bu planetdə atmosfer zəif olsa da mövcuddur.Dünya atmosferinin milyonda birinə bərabərdir.Burada əsas hissəsi heliumdan ibarət olmaq üzrə arqon,neon qazları da mövcuddur.Atmosferindəki helium Günəşə doğru axır.Planetdə nə oksigen,nə karbondioksid,nə də azot vardır.Atmosfer təzyiqi səthdə 1 millibardır.Dünyada isə dəniz səviyyəsində 1000 millibardır.
Mainer 10 kosmik aparatından çəkilmiş görüntü
    Səth temperaturu gündüz 425 dərəcə,gecə isə -175 dərəcə arasında dəyişir.Digər planetlərdə temperatur fərqi bu qədər böyük deyildir.Merkuri səthində də  Ayda olduğu kimi kraterlər,fay xətləri mövcuddur.Ən öyük krater 350km diametrindədir və şimal qütbündə yerləşir.
    Merkuridə maqnit sahəsi çox zəifdir.Ona görə də Günəş küləklərinin təsiri burada çox şiddətli hiss olunur.Yer kürəsində atmosferin ətrafında maqnit sahəsi olduğundan,biz bu hadisədən çox da təsirlənmirik.Merkuridə maqnit sahəsinin gücü 350-700 qamma gücündədir.Dünyada isə bu əmsal 30.000 qammadır.
    Teleskop və ya binokldan baxdıqda aydın olur ki,Merkurinin də mərhələləri var.Yəni tam,yarım  formada görünür.Bunun da səbəbi Merkurinin Günəşlə Dünya arasında yerləşməsidir.
   Merkurinin ətrafında hərəkət edərək onu araşdıran kosmik aparatlardan biri də Messengerdir.Messenger proqramı NASA tərəfindən inkişaf etdirilmişdir.2004-cü ildə Yer kürəsindən göndərildi.Çox yüksək texnolgiya ilə təchiz edildiyindən,Mainer 10-dan daha çox səmərə verəcəyi gözlənilir.



1 Ocak 2014 Çarşamba

, , , , , , , , , , , ,

Qaranlıq maddə nədir?

   Qaranlıq maddə adından da göründüyü kimi qəribə bir materiyadır.Əslində qaranlıq da deyil.Sadəcə olaraq onun qaranlıq adlandırılması amerikan mədəniyyətinə xas olan bir keyfiyyətdən irəli gəlir.Amerikalılar nə olduğunu təxmin edə bilmədikləri bir şeyə "dark",yəni tünd,qaranlıq dediklərindən,bu anlayışa da qaranlıq maddə adlanır.Səbəbi budur.Yoxsa onun qaranlıq ya da aydınlıq olduğunu hələ ki görə bilməmişik.
 
             Yaxşı bəs bu qaranlıq maddə anlayışı necə yaranıb?
    Bir neçə yüz ildir ki,Newton və Keplerin sayəsində göy cisimlərinin orbitlərini və sürətlərini ölçmə imkanımız var.Bunun isə n qədər formulu var.Bu formulların izahına girməyə ehtiyac yoxdur.Beləliklə,bu modellər və formullar sayəsində bir cismin başqa bir cisimlə təsiri nəticəsində orbitlərini və sürətlərini müyyən edə bilərik.Ancaq yenə də bir xülasə kimi qeyd edək:

   Kütləsini bildiyimiz bir cisim və onun ətrafında hərəkət edən başqa cisimləri düşünün.Misal olaraq Günəş və ətrafında hərəkət edən planetləri göstərə bilərik.Kiçik orbitli olan planetlər böyük orbitlilərə nisbətən daha sürətlə hərəkət edirlər.Yəni Merkuri planeti çox böyük sürətlə Günəşin ətrafında hərəkət etdiyi halda,Neptun çox yavaş sürətlə hərəkət edər.Bunun da səbəbi Günəşdən uzaq cisimlərin cəzbetmə qüvvəsinin azalması ilə daha az kütləçəkim təsirinə məruz qalmasıdır.Riyazi olaraq isə,"hərəkət müddətinin kvadratının,ətrafında döndüyü cismə uzaqlığının 3-cü dərəcədən qüvvəti" kimi qəribə bir düsturu var.

İndiyə qədər apardığımız bütün araşdırmalar və müşahidələr bu formulların,yəni Newton qanunlarının düzgün olduğunu göstərir.Bunun əksinin doğruluğu isbatlanmamışdır.

İndi isə danışdığımız anlayışın miqyasını böyüdək: Qalaktikamız olan Süd Yoluna daxil olan ulduzlar,planetlər,qaz və toz hissəcikləri,ümumilikdə isə kütləsi qalaktikanın mərkəzinə getdikcə daha da sıxlaşır.Qalaktikamızdakı 400 milyarda yaxın ulduz bu kütlə mərkəzinin ətrafında hərəkət edir.Onda belə bir fikir yürüdə bilərik:

Qalaktikamızın mərkəzinə yaxın ulduzlar daha sürətlə,uzaqdakılar isə daha yavaş hərəkət edirlər.
Xeyr.Əfsuslar olsun ki,bunu deyə bilmirik.

Müşahidələr göstərir ki,Süd Yolunun mərkəzindəki ulduzların dövr sürəti daha uzaqdakılardan zəifdir.Yəni bu vəziyyət Newton qanunlarına tərs hesab olunur.İlk olaraq ağlımıza "görəsən hesablamamızda bir tərslik var?" sualı gəlir.Və ya Einstein'in "Nisbilik" nəzəriyyəsinə müraciət edirik.Amma Einstein qanunları ilə hesablasaq belə istənilən nəticə alınmır.Uzaq ulduzlar daha yavaş dönməlidir,ancaq onların sürətinə çatmaq qeyri-mümkündür.


  Hətta bəzi ulduzların dövr sürəti o qədər çoxdur ki,bu sürətlə onlar çoxdan qalaktikamızı tərk etməli idilər.Yəni Süd Yolu qalaktikasının bilinən kütləsi bu ulduzları qalaktikada saxlamaq üçün kifayət deyil.Bu halda əlimizdə 2 səbəb qalır.Ya Einstein və Newton'un cazibə qanunu haqqındakı fərziyyələri səhvdi,ya da biz Süd Yolunun kütləsini düzgün hesablamırıq.Birinci qeyd etdiyimiz səbəb Günəş sistemindəki müşahidələrimzlə öz doğruluğunu sübut etmişdir.Onda,demək ki,kütlə hesablarımızda bir səhvlik var !

  Süd Yolunun kütləsini təkrar-təkrar,bezmədən yenidən ölçdük.Nəticə isə eyni idi.Görə bildiyimiz bu kütlə ulduzların hərəkətlərini anlamağımıza kömək etmir.Qalaktikamızın daxilində bizim görə bilmədiyimz bir maddədən ibarət əlavə kütlənin də olduğu qənaətinə gəlmək lazımdır.Bütün qalaktikanı əhatə edən bu maddə ulduzların orbital hərəkətlərinə təsir edir,üstəlik bu təsiri yarada bilmək üçün maddənin miqdarının Süd Yolu qalaktikasındakı "cəm" maddə və cisimlərin kütləsinin 90 faizi qədər olmağı lazımdır.Başqa sözlə,sən demə indiyə qədər hesabladığımız kütlə qalaktikamızın kütləsinin 10%-i imiş.Qalan 90%-ini isə görə bilmirik.Artıq qalaktikamızda homogen olmayan bir şəkildə mövcud olan "görünməz" maddənin olduğunu qəbul etməliyik.

100 Milyonlarla işıq ili uzaqlıqdakı qalaktikalar qrupunun görünüşü

Uzaq qalaktikaları (daha doğrusu qalaktikalar qruplarını) izlədikdə aydın olur ki,qalaktikaların hərəkətləri və cazibə qüvvələrinin təsiri qaranlıq maddə hesaba alınmadan açıqlana bilməz.Demək ki,kainatın da böyük bir hissəsi məhz bu qaranlıq maddədən ibarətdir.

Əgər qaranlıq maddə anlayışı səhv olsa,onda Newton və Einstein fizikasını bir kənara atmalıyıq.Bu isə mümkün deyil.Yəni qaranlıq maddənin varlığından əminik.Bəs bu qaranlıq maddə nədən ibarətdir?

Bu sualı cavablandıra bilmirik.Ancaq bəzi variantlar mövcuddur.Neytronlar məsələn.Bunlar maddə ilə heç bir şəkildə əlaqəyə girməyən,yəni görülməsi çox çətin olan hissəciklərdir (Neytronlar - işıq sürəti ilə hərəkət edən və maddələrin içindən heç təsir etmədən keçə bilən hissəciklərdir.Bu xüsusiyyətlər səbəbindən də onların qavranılması çox çətindir.Neytronlar çox kiçik,ancaq 0 olmayan kütlələri var.Elektrik yükləri yoxdur) Ancaq bildiyimiz qədərilə,olması lazım olan neytron sayı qaranlıq maddə üçün kifayət etmir.

Bəzi ağır atomlu hissəciklər və müşahidə olunması bir az çətin olan qırmızı cırtdan və  qəhvəyi cırtdan ulduzlar da qaranlıq maddə ola bilərlər.Buraya Yupiter böyüklüyündəki göy cisimləri və gözlə görünməyən qaz və toz hissəcikləri də namizəddir.Ancaq yenə də alınmır.Heç nə bu böyük qaranlıq maddə miqdarını açıqlamağa kömək etmir.

Görə bilmədiyimiz bir şey var.Həyatında heç vaxt bir pəncərə şüşəsi görməyən birinin,pəncərə yerində boşluq olduğunu zənn etməsi kimi bir şeydi əslində vəziyyətimiz.

Bütün bunlara baxmayaraq o qədər də çarəsiz deyilik bu mövzuda.Bəzi açıqlamalar da var.Məsələn,ulduz qrupları haqqındakı bəzi araşdırmalardan aydın oldu ki,bu qruplarda elə ulduzlar var ki,solğun olduqlarından görmək mümkün deyil.Belə ki,bu ulduzların miqdarı kütləvi ulduz qruplarındakı ulduzların ancaq qaranlıq maddə ilə izah edilə biləcəyini ortaya çıxardı.Yəni bəzi kiçik ölçülərdəki bu tip problemləri  izah edə bilirik.Ancaq qalaktik miqyasda bu izah hələ ki mümkün deyil.Əgər Süd Yolu qalaktikasındakı açıqlamanı ulduz qruplarındakı kimi edə bilsək,qaranlıq maddə anlayışına ehtiyac qalmayacaq.Bunu izah edə biləcək alimlərə isə şübhəsiz ki Nobel mükafatı almaqla yanaşı,100 ilin ən yaxşı astrofizikləri adı veriləcək,adları da hələ 2000 il kitablarda qalacaq.



Mənbə:        1.Kozmik Anafor
           2.Wikipedia







27 Aralık 2013 Cuma

, , , , , ,

Günəş,onun yaranması və xüsusiyyətləri

Günəş nədir? - Günəş bizə ən yaxın ulduzdur.Bəs ulduz nədir? Əsasən hidrogen və heliumun qarşılıqlı reaksiyasından enerji yaradan plazma kürələri olsa da,daha ağır elementlərdən (kobalt,nikel) təşkil olunmuş ulduzlar da mövcuddur.

Süd yolu qalaktikasının Orion qolu üzərində,qalaktikanın mərkəzindən təxminən 30.000 işıq ili uzaqlıqda olan Günəş öz ətrafında 1 dövrü 25 günə tamamlayır.Günəşin xüsusiyyətlərini birbaşa verib beyninizi yormaqdansa,onu Yer kürəsi ilə müqayisə edib yazmaq daha məqsədə uyğundur.Günəşin diametri Yerin diametrindən 109 dəfə böyük,yəni 1.500.000 kmdir.Həcmi dünyanınkından 1.300.000 , ağırlığı isə 330.000 dəfə böyükdür.Günəşin səthində istilik 5500 dərəcə,nüvəsindəki istilik isə 15.600.000 dərəcə selsi təşkil edir.Yer kürəsi Günəşdən gələn istiliyin 2 milyardda 1 hissəsini alır,qalan istilik isə kosmosda dağılır.

Günəşi araşdırarkən onu aşağıdakı hissələrə bölmək məqsədə uyğundur:

Nüvə - Hdirogen və Helium reaksiyalarının getməsi üçün lazımlı enerjinin yarandığı yerdir.Suyun sıxlığının 160 qatına bərabər sıxlığı vardır.Dəmirin sıxlığının isə 20 qatı.Ancaq bu sıxlığa baxmayaraq Günəşin nüvəsi qaz şəklindədir.
Radioaktiv bölgə - Nüvədən kənar bölgələrə fotonlarla enerji daşınmasını təmin edir.
Konvektiv bölgə - Mərkəzdən gələn istiliyin daşınmasını həyata keçirir.
Günəşin səthi (Fotosfer) - Fotosfer işıqlı kürə deməkdir.500km qalınlığındadır.
Günəşin atmosferi - İstilikdə azalma və artmalar müşahidə olunan bölgədir.
Kromosfer - Günəş tutulması olarkən qaranlıq Ayın kənarında incə bir təbəqə görsənir.Bu Kromosferdir.Rənk kürəsi də adlanır və 2000-3000km qalınlığa malikdir.


Günəş 4,6 milyard il bundan əvvəl böyük molekulyar buludun çökməsinin nəticəsi olaraq yaranmışdır.Bu fikrə görə Günəş girdab kimi dönən qaz və toz buludundan təkamül etmişdir.Daha sonra içəridəki atomlar yüksək sürətlə reaksiyaya girmişlər.Demək olar ki,kütlənin bütününün toplandığı mərkəzin istiliyi ətrfındakı diskə görə daha da artdığı zaman kütlə çəkimi (qravitasiya),qaz təzyiqi,maqnit sahələri kiçilən buluda təsir etdi və 200 AU diametrində öz ətrafında dönən bir diskə çevrildi(*1AU=təxminən 150milyon km).Bu ölçü vahidi Yerdən Günəşə qədər olan məsafəyə bərabərdir).Mərkəzdə çox yüksək temperatura malik bir ön ulduz yarandı(yeni yaranan ulduzlar belə adlandırılır).
Kosmosda ulduz yaranan bölgələri araşdırdıqda məlum olur ki,əksər ulduzlar daha qədim və böyük olan ulduzların həyat müddətlərini başa vurmalarından yaranır.Bu hadisə Supernova adlanır (bu haqda daha sonrakı məqalələrdə məlumat veriləcəkdir.

Günəşin yaşı 4,6 milyard il (daha dəqiq hesablamalarla 4,57milyard) hesab olunur.Həyatının yarısına gəlmiş olan bu ulduzda yarandığı dövrdən indiyə kimi 100 dünya ölçüsündə maddə enerjiyə çevrilmişdir.

Supernova kimi partlayacaq qədər böyük olmayan Günəş gələcək 5-6 milyard il içində "qırmızı giqant" dövrünə girəcək.Mərkəzində olan hidrogen yanacağı azaldıqca xarici təbəqəsi genişləyəcək və nüvəsi büzülərək daha da isinəcəkdir.Bu prosesdən sonra helium reaksiyaları başlayacaq və karbon ilə oksigen yarancaqdır.Ola bilsin ki Günəşin xarici təbəqələri genişləyərək dünyanın orbitinə qədər gəlsin,yəni bu ehtimal da var.Ancaq yəqin ki bu olmayacaq və Yer kürəsi də öz növbəsində Günəşdən uzaqlaşacaq.Bunun səbəbi isə Günəş qırmızı giqanta çevriləndə kütlə itirməsi və bunun sayəsində də yer çəkimi qüvvəsinin zəifləməsidir.Lakin dünyada olan su buxarlanacaq və Yer kürəsi atmosferi kosmosun dərinliklərinə doğru saçılacaq.Əgər həmin dövrələrə qədər dünyada insan qalsa (asteroid hücumu,buzlaşma və istiləşmə dövrləri ilə əlaqədar dünyanın həmin dövrə qədər insansız olacağı gözlənilir),elə həmin dövrdə məhv olacaq.Günəşə gəldikdə isə qırmızı ulduz dövründən sonra planet və bulud qarışığı bir cismə çevriləcəkdir.Daha sonra isə yalnız nüvəsi qalan Günəşimiz ağ cırtdana çevrilib həyatını başa vuracaqdır.Günəşdə qeyd elədiyimiz həyat dövrü onun ölçüsündə olan digər ulduzlarda da eyni ssenari ilə təkrarlanır.

Ulduzların həyat dövrünü bu şəkildən aydın görə bilərsiniz.Yuxarıdakılar Günəş tipli (orta və kiçik) ulduzların,aşağıdakılar isə böyük ulduzların həyat dövrü hesab olunur.