Kütləsi ........................................................ 3,3x1023 kg
Diametri............................................................ 4,870 km
Yer çəkimi qüvvəsi ......................................... 3,7 m/s2
Orta dövr sürəti................................................ 48 km/s
Günəşdən orta məsafəsi .................... 58 milyon km
Günəşə ən yaxın məsafəsi ...............46,5 milyon km
Günəşə ən uzaq məsafəsi ............229,4 milyon km
Dünyaya en yaxın məsafəsi ............79,8 milyon km
Orta səth temperaturu ......................................343°C
Peyk sayı.............................................................Yoxdur
Günəş sistemi məqalələri seriyasına Merkuri ilə başlayırıq.[ Günəş haqqında isə buradan oxuya bilərsiniz - Günəş,onun yaranması və xüsusiyyətləri ].
Günəşə ən yaxın və Günəş sisteminin ən kiçik planetidir.Ulduzumuz ətrafında orbiti - eliptikdir.Digər planetlər kimi Merkuri də Günəşdən gələn işıqları əks etdirir.Venera,Mars və Yupiterdən sonra dünyadan ən parlaq görünən planetdir (diqqət edin,ulduz yox planet).Merkuri Utarit olaraq da adlandırılır.Alimlərin fərziyyələrinə görə bu planet də digər günəş sistemi planetləri ilə eyni zamanlarda meydana gəlmişdir.
Merkuri qatı kürə şəklində olub,diametri 4870km-dir.Bu da dünyanın diametrinin 2/5-nə bərabərdir.Yer çəkimi qüvvəsi burada Dünyadakının 38%-i qədərdir.Yəni dünyada 45kq olan bir insan Merkuridə 17kq-dır.Öz aramızdı,ağır çəkililər üçün ideal yerdir [ :) ]
1974-cü ilə qədər Merkuri haqqındakı məlumatlar yalnız teleskop və radar məlumatlarından ibarət idi.29 mart 1974-cü ildə Merkurinin 740km yaxınlığından keçərək orbitə oturan Mariner 10 kosmik aparatı dünyaya şəkillər halında minlərlə informasiya göndərmişdir.Merkuri Günəş ətrafında hər 88 dünya günündə ,öz ətrafında isə hər 59 dünya günündə dövrünü tamamlayır.Başqa sözlə,Merkurinin 1 ili 88günə, 1 günü isə bizim 59 günümüzə bərabərdir.
Mariner 10 sayəsində Merkurinin atmosferi haqqında da məlumatlar əldə edilmişdir.Bu planetdə atmosfer zəif olsa da mövcuddur.Dünya atmosferinin milyonda birinə bərabərdir.Burada əsas hissəsi heliumdan ibarət olmaq üzrə arqon,neon qazları da mövcuddur.Atmosferindəki helium Günəşə doğru axır.Planetdə nə oksigen,nə karbondioksid,nə də azot vardır.Atmosfer təzyiqi səthdə 1 millibardır.Dünyada isə dəniz səviyyəsində 1000 millibardır.
Mainer 10 kosmik aparatından çəkilmiş görüntü |
Səth temperaturu gündüz 425 dərəcə,gecə isə -175 dərəcə arasında dəyişir.Digər planetlərdə temperatur fərqi bu qədər böyük deyildir.Merkuri səthində də Ayda olduğu kimi kraterlər,fay xətləri mövcuddur.Ən öyük krater 350km diametrindədir və şimal qütbündə yerləşir.
Merkuridə maqnit sahəsi çox zəifdir.Ona görə də Günəş küləklərinin təsiri burada çox şiddətli hiss olunur.Yer kürəsində atmosferin ətrafında maqnit sahəsi olduğundan,biz bu hadisədən çox da təsirlənmirik.Merkuridə maqnit sahəsinin gücü 350-700 qamma gücündədir.Dünyada isə bu əmsal 30.000 qammadır.
Teleskop və ya binokldan baxdıqda aydın olur ki,Merkurinin də mərhələləri var.Yəni tam,yarım formada görünür.Bunun da səbəbi Merkurinin Günəşlə Dünya arasında yerləşməsidir.
Merkurinin ətrafında hərəkət edərək onu araşdıran kosmik aparatlardan biri də Messengerdir.Messenger proqramı NASA tərəfindən inkişaf etdirilmişdir.2004-cü ildə Yer kürəsindən göndərildi.Çox yüksək texnolgiya ilə təchiz edildiyindən,Mainer 10-dan daha çox səmərə verəcəyi gözlənilir.
0 yorum:
Yorum Gönder