İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

26 Şubat 2014 Çarşamba

,

Başqa planetlərdə bitkilər nə rəng ola bilər?


    Bəşəriyyət olaraq hər şeyin sabit,dəyişməz qalmağını istəyirik.Bu da reallıqları görməyimizə maneəçilik törədir.Canlıların lazım olduğu kimi var olduğunu düşünürük.Bu,beyin mexanizminə təzyiq edir.Halbuki sual verməyə cürət edən birini çox maraqlı cavablar gözləyir.

   Məsələn bitkilərin rəngi.Bitkilər yaşıl rəngədirlər mi?Əksini bir çoxları düşünə bilməz.Yaxşı,sarısı,qırmızısı,ağı da var.Ancaq bitki deyəndə ağla ilk gələn rəng yaşıldır.Bəs nəyə görə məhz yaşıl rəng?Yaşıl şərtdir?

   Əlbəttə ki yox.Planetimizdəki bitkilər yaşıl rənglidir,çünki Dünyanın da daxil olduğu sistemə uyğun bir şəkildə təkamül etmişdir.Günəşin yaydığı dalğaları istifadə edərək inkişaf etmişdirlər.Əgər Günəşin xüsusiyyətləri fərqli olsaydı,bitkilərin də xüsusiyyətləri bir qədər dəyişik olardı.Və böyük bir ehtimalla bir çox canlının xüsusiyyətləri də.

  Bitkilərin rəngi ulduzlardan gələn işığın növü və miqdarı ilə birbaşa əlaqəlidir.Bizim Dünyamızda bitkilər Günəşdən gələn işığın yüksək enerjili qırmızı və mavi spektrlarından istifadə etdikləri halda,daha zəif enerjili yaşıl spektrları isə əks etdirirlər.Bu səbəblə də geri göndərilən yaşıl işıq üzündən yaşıl görünürlər.

    Daha zəif işıq saçan ulduzların ətrafında dövr edən planetlərdə isə bitkilər yaşıl deyil,qara və ya daha tünd rəngdə ola bilərlər.Bu planetlərdəki bitkilər kiçik ulduzlardan gələn az miqdarda işığın hamısından istifadə etmək məcburiyyətində qala bilərlər və bu səbəbdən də gələn bütün işığı özündə həbs edərək qara rəngə "bürünərlər".Yəni,əgər başqa planetlərdə bitki örtüyü varsa,bizim gözlədiyimizdən daha qəribə bir görüntüyə sahib olacağı deməkdir.




                                            Mənbə: Kozmik Anafor

0 yorum:

Yorum Gönder