İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

9 Ocak 2015 Cuma

Neptun - seriyanın sonuncusu


Neptun Günəş sisteminin səkkizinci planetidir.Plutonun planet statusundan çıxarılıb cırtdan planet olaraq qəbul edilməsindən sonra Günəş Sisteminin ən uzaq planeti olaraq bilinir.Adını dəniz tanrısı Naptunus'dan almışdır (Yunan mifologiyasında Poseidon olaraq da bilinir).23 sentyabr 1846-cı ildə Berlində Johan Galle tərəfindən kəşf edilmişdir.


Neptunun kəşfi
Neptun kəşf edilmə formasına görə Günəş sistemindəki heç bir planetə bənzəmir.Praktiki olaraq kəşf edilmədən öncə teorik olaraq varlığı bilinən və hesablamalar nəticəsində yeri müəyyən edilən yeganə Günəş sistemi planetidir.Planeti 1846-cı ildə Johan Galle kəşf etmişdir və hesablamalarda cəmi 1 dərəcəlik yanlışlıq olmuşdur.Fəqət tarixi sənədlər planeti tam olaraq J.Gallenin kəşf etmədiyini göstərir.Belə ki,Galle Urbain Le Verrier və John Couch-un planet ilə bağlı hesablamalarından da istifadə etmişdir.Ancaq şübhəli məsələ budur ki,İtalyan astronom Qalileo Qaliley hələ 1612-13-cü illərdə yeni teleskopu ilə Yupiterin peyklərini müşahidə edərkən çəkdiyi şəkillərdə Neptunu da qeyd edib.Elm adamları,Qalileyin bu kəşfini açıqlamamasının səbəbini planetin çox zəif sürətlə döndüyü üçün onu bir ulduz sanması ilə" əlaqələndirir.Ancaq Melborn Universitetindən araşdırmaçı David Jamieson,Qalileyin Neptunun bir planet olduğunun fərqində olduğunu,ancaq Katolik kilsəsinin təzyiqi ilə bunu açıqlamadığını müdafiə edir.Qalileyin 27-28 dekabr 1612ci ildə etdiyi müşahidələrə əsasən çəkdiyi şəkildə Yupiterin solundaki Ganymede ilə sağındaki Europa və Callistoya əlavə olaraq,Yupiterə olan uzaqlığı qırıq xətlərlə bildirilmiş Neptunu görmək olar.Həmçinin,"Starry Night" proqramı ilə həmin tarixə gedib müşahidə edəndə həqiqətən də Neptunun o vəziyyətdə olduğunu müşahidə etmək olar.

Qalileyin 27-28 dekabr 1612-ci il müşahidəsinə əsaslanaraq çəkdiyi şəkil 

27-28 dekabr 1612-ci il tarixli "Starry Night" məlumatı

28-29 yanvar 1613-cü ildə etdiyi müşahidə nəticəsində Neptunun yerinin dəyişdiyini gördü və şəkildə işarələdi

28-29 yanvar 1613-cü il tarixli "Starry Night" məlumatı

Günəş sistemindəki yeri

Neptun planeti böyük sayıla biləcək bir planetdir.Kütlə və ölçü baxımından Saturn və Yupiterdən sonra üçüncü sırada gəlie.Kütləsi Dünyanınkından 17 dəfə çoxdur.Radiusu təxminən 22300 km, Günəşə olan uzaqlığı 4.5 milyard kmdir.Öz oxu ətrafındakı dönüşünü 15 saatda,Günəş ətrafında dönüşünü isə 164 ildə tamamlayır.Səth temperaturu isə -220 dərəcədir.

Günəşə olan uzaqlığı səbəbiylə Neptun planeti haqqında çox qəti məlumatlar olmaması ilə yanaşı,planet "Buz nəhəngləri" sinifinə aid edilir.Quruluş etibarilə Urana çox bənzəyən Neptun planetinin atmosferi əsasən hidrogen və helium,az miqdarda karbohidrogen və azot,su,ammonyak və buzdan təşkil olunmuşdur.Neptun planetinin buz nəhəngi deyə adlandırılmasının səbəbi də daxili laylara qədər quruluşunun həmişə buz və ya qayalardan ibarət olmasıdır.Planetə mavi rəngini verən,səthindəki metan təbəqəsidir.

Neptun haqqında demək olar ki,bütün məlumatlarımız,Voyager 2 kosmik cihazının 1989-ci ildə planetə yaxın keçişi əsnasında əldə edilmişdir.Günəşə Urandan daha uzaq olduğundan astronomlar  Neptunun o qədər də maraqlı olmayacağını düşünürdülər.Amma Voyager 2, Neptunun Günəş sistemindəki ən gözəl planetlərdən biri olduğunu göstərdi.Voyager 2,Neptuna çatmazdan öncə, Dünyadan edilən müşahidələr nəticəsində planetin bir sıra halqa və yarımhalqalarla əhatə olunduğu düşünülürdü.Cihaz,tam 5 halqa tapdı,ancaq halqalar o qədər tünd rəngli idi ki,bunu sadəcə yaxındaki cihazın kamerası görə bilərdi.

Neptun planeti fırtınalı bir səthə malikdir.Günəş şüalarını udmaq baxımından bir yarımkürə digərindən daha istidir.Bunun səbəbi istiliyə bağlı olaraq metan qazlarının planet içində rəqs etməsidir.Həmçinin Günəş ətrafında fırlanma müddətinin uzun olması səbəbilə Neptun planetində fəsillər təxminən 40 il çəkir.

Neptun planeti bilinən 14 peykə malikdir.Bunlardan ən məşhuru və ən böyüyü Triton'dur.Tritonun Neptuna uzaqlığı 355.000 km,diametri 6.000 km-dir və planet ətrafındakı dönüşünü 5,88 gündə tamamlayır.Həmçinin Triton Neptun ətrafında tərs fırlandığı üçün alimlər onun sonradan qazanılmış peyk olduğunu güman edir.İkinci böyük peyk Nereidlerin ölçüsü olduqca kiçikdir (300 km) və çox yastı bir orbit üzərində döndüyündən Neptuna olan uzaqlığı 1,3 milyon km. ilə 10 milyon km. arasında dəyişir. Planet ətrafındakı dönüşünü isə 359,9 gündə tamamlayır.Neptun planetinin bilinən peykləri Nereidler, Proteus, Naiad, Thalassa, Despina, Galateia, Larissa, S / 2004 N və başqalarıdır.

Günəş sisteminin digər planetləri haqqında məlumat almaq üçün buraya klik edin.

1 yorum: