11 Ocak 2015 Pazar
30 iyunda gün 1 saniyә uzanacaq
Bәhs edilәn gündә 2015 -ci ilә 1 saniyә әlavә olunacaq.International Earth Rotation Service (IERS) tərəfindən edilәn açıqlamada bu hadisәnin hәyatımıza ciddi bir tәsirinin olmayacağı bildirilir.
Bәs niyә bir ilә bir saniyә artırılmasına ehtiyac duyulur?
Sualın cavabı Dünyanın dönmә sürәti ilә aydınlaşdırıla bilәr.Dünyanın fırlanma sürәti hәr keçәn gün daha da yavaşıyır.Bu yavaşlama saniyәnin iki mindә biri qәdәrdir,yәni normal olaraq hәm hiss etmәyәcәyimiz,hәm dә o qәdәr dә güclü tәsiri olmayacaq qәdәr kiçikdir.Amma әgәr saatlar düzәldilmәsә,illәr әrzindә toplanan zaman fәrqlәri әhәmiyyәtli problemlәrә sәbәb ola bilәr.1972-ci ilәn bәri müәyyәn aralıqlarla saatlara 1 saniyә әlavә edilir.Әn son dәyişiklik 30 iyun 2012-ci ildә edilmişdi.Kiçik bir ehtimal olsa da,30 İyun 2015-ci ildә bəzi texnoloji alətlərdə və internetdə kiçik hәcmli problemlər yaşana bilər.Bir çox firma,xüsusilə də internet firmaları bu tarixdə yaşanacaq saat dəyişikliyi üçün indidən işlər etməyə başlayıb.Məsələn Google,30 İyun günü serverlәrinә milisaniyәlәr ölçüsündə əlavələr edərək bu dəyişiklikdən təsirlənməmək istəyir.
Kaydol:
Kayıt Yorumları (Atom)
0 yorum:
Yorum Gönder