İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

15 Mart 2014 Cumartesi

Ay - Günəş sistemi seriyasının davamı

 
      Ay - gecə göy üzünə baxdıqda ən asan görülə biləcək cisimdir.Ayın orbiti və səthi bir çox sirləri özündə birləşdirir.Onun Dünya ətrafındakı oxu üzrə 1 tam dövrü 27.3 günə bərabərdir.O Yer kürəsi ətrafında hərəkət etsə də, öz ətrafında dövr etmir.Buna görə də biz həmişə onun bir üzünü görürük.Ayın öz işığı yoxdur.O, Dünyanı aydınlatmaq üçün göndərdiyi işığı Günəşdən alır.Ay Yerdən 384.400 km uzaqlıqdadır.

     Baxmayaraq ki, Ay Yerin peykidir, lakin o, planet olan Plutondan böyükdür.Ayın yaranmağı haqqında bir çox fərziyyələr də mövcuddur.Onun xüsusiyyətlərini geniş şəkildə izah edək.

Ayın formalaşması

   Ayın formalaşmağı ilə əlaqədar 4 teoriya var.Bunlarla tanış olaq:

1. Bu fərizyyəyə görə Ay Dünya kimi öz-özlüyündən yaranmışdır.Yəni Günəş sistemi yaranan vaxt artıq qalan qaz və toz hissəciklərinin sıxlaşması sayəsində meydana gəlmiş və Dünyanın yer çəkimi qüvvəsinə qapılaraq onun ətrafında dövr etməyə başlamışdır.Bu fikir o qədər də real deyil və özünə tərəfdar toplamayıb.Bu mülahizəyə görə Ay Yerin qardaşıdır.Lakin burada bir səhvlik var.Belə ki,əgər Ay Yerin qardaşı olsaydı,Dünyaya bənzəməliydi və eyni elementlərə sahib olmalıydı.Bunun ən yaxşı göstəricisi dəmirdir.Dünyada dəmir bolca mövcuddur.Lakin Ayda isə yox deyiləcək qədər azdır.

2. Başqa bir fərziyyəyə görə Ay Günəş sistemi içərisində dəmirin az olduğu bir yerdə yaranıb və daha sonra Dünya tərəfindən tutularaq öz orbitinə salınmışdır.Hər nə qədər bu fikir dəmir cəhətdən kasıblığı açıqlasa da,onun düzgün olduğunu demək olmaz.Çünki Yerin izotop kompozisiyası Aydakı qayalıqlardan alınan nümunələrlə eynidir.Bu,Ay və Dünyanın fərqli yerlərdə yaranmadığı anlamına gəlir.Yəni,bu fərziyyə də səhvdir.

3. Növbəti fərziyyədə isə Dünya qədim zamanlarda öz ətrafında çox sürətli döndüyündən,səthindən Ay böyüklükdə bir qaya parçasının kosmosa getdiyi düşünülür.Bu cisim daha sonra Dünya ətrafında dövr etməyə başlamışdır.Haqqında danışdığımız mülahizə Ayın Yer mantiyasına oxşadığını açıqlayır.Ancaq edilən enerji və digər riyazi hesablamalardan sonra belə aydın oldu ki,əgər bu teorem düzgündürsə,onda Ay Yerdən daha uzaqda olmalıdır.Yəni 3-cü fərziyyəmiz də yanlışdır.

4. İndi danışacağımız fərziyyə Ay haqqında ən çox həqiqətə uyğun olan fərziyyədir.Dünya 4,5 milyard il bundan əvvəl yaranmışdır.Bu vaxtlarda Günəş sistemində hələ də planet yaranma prosesi gedirdi və kiçik planetlər yaranırdı.Dünyanın yarandığı dövrün sonlarında kiçik bir planet Dünyamız ilə toqquşdu.Bu planetin Marsın kütləsinə bərabər olduğu təxmin edilir.Çarpışmadan sonra Dünyadan xeyli miqdarda irili-xırdalı qaya parçaları kosmosa yayılmışdır.Bu parçalar xeyli müddət ərzində Yer kürəsinin orbitinə oturmuş və birləşməyə başlamışdır.Əvvəlcə isti olan Ay səthi,sonralar soyumuş və meteroit yağmurlarından sonra indiki vəziyyətini almışdır.


    Ayın daxili quruluşuna gəldikdə,onun nüvəsi 680km-ə bərabərdir.O,dəmir,kükürd və s. elementlərdən təşkil olunmuşdur.Ayın mantiyası isə 1330km-ə bərabərdir və dəmir,maqnezium elementlərindən təşkil olunmuşdur.Bazalt qatın dərinliyi 70km-dir.
   
Ayın qısa xarakteristikası
Qeyd etdiyimiz kimi,milyon illər əvvəl Ay səthində meteroit və asteroid yağmurları olmuşdur.Bunun nəticəsində də burada kraterlər yaranmışdır.Ayda hava olmadığından,kraterlər necə var idisə elə də qalmışdır.Yəni burada heç bir eroziya baş verməmişdir.Ay səthi 43% oksigen,20% silikon,19% maqnezium,10% dəmir,3% kalsium,3% aliminum, 0,42% xrom, 0,18% isə manqandan ibarətdir.

Ay tutulması

Ay tutlması zamanı Ay,Dünya və Günəş eyni xətt üzərində durur.Bu hadisə Dünyanın Ay və Günəş arasında yerləşdiyi vaxt baş verir.Yer kürəsinin kölgəsi Ayın üstünə düşür və nəticədə Ay tutlması baş verir.Qeyd etməliyik ki,bu hadisə yalnız bütöv Ay olduqda baş verir.

Ay tutlması
Dünyanın oxu 23,5 dərəcə mailidir,Ayın oxu isə 1,5 dərəcə.Bu səbəbdən də Ayda fəsillər müşahidə olunmur.Lakin bəzi ərazilərin digərlərinə nisbətən çox qızdırıldığı və Günəş işığı qəbul etdiyi vaxtlar ola bilər.

   Ay səthində bizə çox lazım olan bir yanacaq var.Bunun adı Helium-3'dür.Bu haqda ətraflı olaraq Rusiya Ayı koloniyalaşdırmağa başlayır məqaləmizdən oxuya bilərsiniz.

Ay'a ilk dəfə kosmik aparat göndərən ölkə Sovetlər Birliyidir.Onlar 1959-cu kosmik cihaz göndərmişdir.1969-cu ildə isə Ay səthinə ilk dəfə olaraq insan ayaq basdı.Bunu reallaşdıran ölkə ABŞ idi.Apollo 11 kosmik gəmisinin heyət üzvləri Neil Armstrong və Buzz Aldrin Ay'a ayaq basan ilk insanlar olaraq tarixə keçdilər.Lakin bundan başqa kosmik gəmidə başqa bir adam da var idi.O,Michael Collins idi.Michael Ay'a ilk ayaq basan insanlardan biri olmadığı üçün çox təəssüflənirdi.Lakin daha çətin bir tapşırıq Michael'ı gözləyirdi.Belə ki,o, Ayın Dünyadan görünməyən üzünün şəkillərini çəkdi.Bu hadisə də bəşəriyyət tarixində bir ilk hesab olunur.


Lakin Ay missiyası həm Sovetlər Birliyində,həm də Amerika Birləşmiş Ştatlarında birdən birə dayandı.Səbəbləri isə dəqiq bilinmir.Sovetlər Birliyinin Ay proqramı Luna,ABŞ-ın Ay proqramı isə Apollo adlanır.Son zamanlarda Ay səthinə Çinin kosmik cihazı göndərilmişdir.2013-ün dekabr ayından bəri orada tədqiqat aparır.Bu haqda daha ətraflı Çin Ayda məqaləmizdən oxuya bilərsiniz.



Mənbə: 1. Space
                                           2. Rasathane.ankara.edu.tr
                     3. Wikipedia


1 yorum: