İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

28 Aralık 2013 Cumartesi

, ,

Çin Ayda

         ABŞ və Rusiyadan sonra Aya kosmik aparat endirən 3-cü ölkə olan Çinin ilk cəhdi uğurlu oldu.Bu 3-lükdən başqa Aya Avropa Kosmik Agentliyi,Yaponiya və Hindistan kosmik aparat göndərib,lakin bu aparatlar Ayın səthinə enməmiş müşahidələr aparmışlar.

       Chang'e-3 adlı kosmik aparat vasitəsilə 2 dekabr 2013 tarixində Aya göndərilən robot 14 dekabrda Aya çatdı.Ay yaxınlğına çatdıqdan sonra 720 saniyə gözlədikdən sonra Ay səthinə endiyini Pekindəki kosmik bazaya bildirdi.Aya enən robotun etdiyi ilk iş isə Çin bayrağına oraya sancmaq oldu.

      5 ay orada qalacaq olan robot Aya bir teleskop yerləşdirəcək.Bu teleskopun işıq toplama linzası o qədər də böyük deyil.Ancaq Ay atmosfersiz olduğundan,ordan əldə ediləcək görüntülərin təmiz olacağı gözlənilir.

     Kosmik aparatın Aya enişini bu videodan izləyə bilərsiniz :


0 yorum:

Yorum Gönder