Kütləsi ............................................................ 5,3x1012 ton
Həcmi ............................................................. 9,3x1020m3
Sıxlığı ............................................................ 5,1 qram/cm3
Diametri............................................................... 12100 km
Orbit sürəti............................................................ 35 km/sn
Günəşə olan orta məsafəsi..................... 108 milyon km
Dünyaya ən uzaq məsafəsi .................... 252 milyon km
Dünyaya ən yaxın məsafəsi ...................... 40 milyon km
Öz ətrafında dövr müddəti.................... 243 dünya günü
Günəş ətrafında dövr müddəti ............ 225 dünya günü
Işığı əks etmə qabiliyyəti............................................ 1.70
Atmosfer təzyiqi .........................................................90 bar
Səth temperaturu......................................................475°C
Peykləri......................................................................Yoxdur
Venera Günəşə ən yaxın olan 2-ci planetdir.Adını Romada gözəllik və sevgi tanrısından almışdır.Qədim zamanlarda o, 2 ulduz kimi - səhər ulduzu və axşam ulduzu kimi fərz olunurdu.Çünki o,səhər gün çıxana yaxın və axşam gün batana yaxın görünür.
Fiziki xüsusiyyətləri
Venera və Dünya çox zaman əkizlər adlanırlar.Çünki onlar çox yaxın ölçülərə,kütləyə,sıxlığa və cazibə qüvvəsinə malikdirlər.
Venera Günəş sistemindəki ən isti planetdir.Baxmayaraq ki,o,Günəşə ən yaxın planet deyil,lakin atmosferinin çox sıx olması nəticəsində temperatur Venera və atmosferi arasında həbs olunur,nəticədə isə planet həddən artıq qızır.Oradakı temperatur ortalama 465 dərəcə selsidir.Bu isə gülləni əritmək üçün kifayətdir.Burada nəinki yumurta qoysanız bişər,hətta ən yüksək temperatur tələb edən yeməyi də hazırlamağa çalışsanız,heç gözləməyinizə ehtiyac qalmadan yemək bişəcək (Təbii ki özünüz bişməsəniz [ :) ]. Dünyadan göndərilən kosmik aparatlar temeperaturun çox yüksək olması səbəbi ilə yalnız bir neçə saat Veneranın temperaturuna tab gətirir.Bu aparatlara misal olaraq Sovetlər Birliyinin dəfələrlə göndərdiyi Venera Kosmik Aparatını göstərmək olar.
Veneranın atmosferi əsasən Sulfurik-asidli buludlarla,karbon dioksiddən ibarətdir.Lakin mütəxəssislər onun atmosferində su izlərinə də rast gəliblər.Atmosferi digər bütün planetlərin atmosferindən ağırdır,o cümlədən Dünyanın atmosferindən də (təqribən 90dəfə).
Veneranın səthi dəhşətli dərəcədə qurudur.Burada maye su yoxdur.Buna səbəb isə temperaturun yüksək olmasıdır.Kiçik damlalar yaransa belə,yüksək temperatur onları tez buxarlandırar.Burada həm də çoxlu sayda vulkanlar da var.Venerada Maksvel dağ silsiləsi yerləşir.Onun uzunluğu 870km,ən hündür nöqtəsi isə 11.3km-dir.Bu pik həm də planetin ən hündür nöqtəsi hesab olunur.
Veneranın Dünyadan baxanda ən parlaq planet olmasının səbəbləri isə (ulduz yox,planet) atmosferində buludların çox sıx olması və bizə olan yaxınlığıdır.Planetin öz oxu ətrafında dövr müddəti 243 gündür.Venera həm də digər planetlərin əksinə hərəkət edir.Buna görə də bu planetdə Günəş qərbdə doğulub,şərqdə batır.Venerada 1 il isə 225 günə bərabərdir.
Veneranın atmosferinin 96,5 faizi karbon dioksid, 3,5 faizi azot,qalan hissəsi isə kükürd-dioksid,arqon,su,karbon mono-oksid,helium və neondan ibarətdir.Onun maqnit sahəsi Dünyanın maqnit sahəsinin 0,000015-nə bərabərdir.Veneranın metal nüvəsi 6000km,mantiyası isə 3000km qalınlığa malikdir.Üst qatı-bazalt isə 10-20km qalınlığındadır.
Burada əsən küləklər çox şiddətlidir.Qasırğalarının gücü saatda 360km-ə bərabərdir.Səthi çox hərəkətli olduğundan,burada relyefin dəyişməyi qısa bir müddət ərzində baş verir (Yer kürəsinə görə).
European Space Agency - Avropa Kosmos Agentliyi tərəfindən göndərilmiş olan Venus Express kosmik aparatı 2005-ci ildə Venera səthinə enmişdir.O,burada bir çox şeyin şahidi olmuşdur.Əsas da şiddətli ildırımların.Bu ildırımlar su buludunda deyil,asidli buludlarda yaranır.
Venera səthinə ABŞ-ın,Sovetlər Birliyinin və Avropa Kosmos Agentliyinin 20-dən çox aparatı enmişdir.NASA-nın Mariner 2 kosmik aparatı 1962-ci ildə enmiş,34760km-dən çox məsafə qət etmişdir.Sovetlər Birliyinin Venera 7-si başqa planetə enən ilk kosmik aparat olmuşdur.Venera 9 isə planetdən şəkillər çəkib göndərən ilk kosmik aparatdır.Veneranın orbitində qalıb onu tədqiq edən ilk kosmik aparat NASA-nın Magellan cihazıdır.O,Veneranın 98faizinin xəritəsini hazırlaya bilmişdir.Avropa Kosmik Agentliyinin cihazı olan Venus Express isə hələ də Veneranın orbitindədir.Yaponların Akatsuki kosmik aparatı 2010-cu ildə oraya enib,hələ də planeti tədqiq edir.
Mənbə: Space.com
Həcmi ............................................................. 9,3x1020m3
Sıxlığı ............................................................ 5,1 qram/cm3
Diametri............................................................... 12100 km
Orbit sürəti............................................................ 35 km/sn
Günəşə olan orta məsafəsi..................... 108 milyon km
Dünyaya ən uzaq məsafəsi .................... 252 milyon km
Dünyaya ən yaxın məsafəsi ...................... 40 milyon km
Öz ətrafında dövr müddəti.................... 243 dünya günü
Günəş ətrafında dövr müddəti ............ 225 dünya günü
Işığı əks etmə qabiliyyəti............................................ 1.70
Atmosfer təzyiqi .........................................................90 bar
Səth temperaturu......................................................475°C
Peykləri......................................................................Yoxdur
Venera Günəşə ən yaxın olan 2-ci planetdir.Adını Romada gözəllik və sevgi tanrısından almışdır.Qədim zamanlarda o, 2 ulduz kimi - səhər ulduzu və axşam ulduzu kimi fərz olunurdu.Çünki o,səhər gün çıxana yaxın və axşam gün batana yaxın görünür.
Fiziki xüsusiyyətləri
Venera və Dünya çox zaman əkizlər adlanırlar.Çünki onlar çox yaxın ölçülərə,kütləyə,sıxlığa və cazibə qüvvəsinə malikdirlər.
Mars,Dünya və Veneranın müqayisəsi |
Veneranın atmosferi əsasən Sulfurik-asidli buludlarla,karbon dioksiddən ibarətdir.Lakin mütəxəssislər onun atmosferində su izlərinə də rast gəliblər.Atmosferi digər bütün planetlərin atmosferindən ağırdır,o cümlədən Dünyanın atmosferindən də (təqribən 90dəfə).
Veneranın atmosferinin ultra-bənövşəyi şüa detektorunda görünüşü |
Veneranın Dünyadan baxanda ən parlaq planet olmasının səbəbləri isə (ulduz yox,planet) atmosferində buludların çox sıx olması və bizə olan yaxınlığıdır.Planetin öz oxu ətrafında dövr müddəti 243 gündür.Venera həm də digər planetlərin əksinə hərəkət edir.Buna görə də bu planetdə Günəş qərbdə doğulub,şərqdə batır.Venerada 1 il isə 225 günə bərabərdir.
Veneranın atmosferinin 96,5 faizi karbon dioksid, 3,5 faizi azot,qalan hissəsi isə kükürd-dioksid,arqon,su,karbon mono-oksid,helium və neondan ibarətdir.Onun maqnit sahəsi Dünyanın maqnit sahəsinin 0,000015-nə bərabərdir.Veneranın metal nüvəsi 6000km,mantiyası isə 3000km qalınlığa malikdir.Üst qatı-bazalt isə 10-20km qalınlığındadır.
Burada əsən küləklər çox şiddətlidir.Qasırğalarının gücü saatda 360km-ə bərabərdir.Səthi çox hərəkətli olduğundan,burada relyefin dəyişməyi qısa bir müddət ərzində baş verir (Yer kürəsinə görə).
European Space Agency - Avropa Kosmos Agentliyi tərəfindən göndərilmiş olan Venus Express kosmik aparatı 2005-ci ildə Venera səthinə enmişdir.O,burada bir çox şeyin şahidi olmuşdur.Əsas da şiddətli ildırımların.Bu ildırımlar su buludunda deyil,asidli buludlarda yaranır.
Venera səthinə ABŞ-ın,Sovetlər Birliyinin və Avropa Kosmos Agentliyinin 20-dən çox aparatı enmişdir.NASA-nın Mariner 2 kosmik aparatı 1962-ci ildə enmiş,34760km-dən çox məsafə qət etmişdir.Sovetlər Birliyinin Venera 7-si başqa planetə enən ilk kosmik aparat olmuşdur.Venera 9 isə planetdən şəkillər çəkib göndərən ilk kosmik aparatdır.Veneranın orbitində qalıb onu tədqiq edən ilk kosmik aparat NASA-nın Magellan cihazıdır.O,Veneranın 98faizinin xəritəsini hazırlaya bilmişdir.Avropa Kosmik Agentliyinin cihazı olan Venus Express isə hələ də Veneranın orbitindədir.Yaponların Akatsuki kosmik aparatı 2010-cu ildə oraya enib,hələ də planeti tədqiq edir.
Şəkildə Veneranın Günəşin önündən keçməyi əks olunub.Bu hadisə 105 ildən bir təkrarlanır. |
Mənbə: Space.com
Maraqli planetdi
YanıtlaSil