Elm Qurdu 2013-cü ilin dekabr ayından Coşqun Şirinov tərəfindən yaradılmış ilk yerli astoronomiya blogudur.Həmin tarixdən indiyə qədər astronomiya aləmində baş verən son xəbərləri,yenilikləri izləyicilərinə çatdıran Elm Qurdu daima həvəskar gənclərə yardım etməyə,onları bilgiləndirməyə çalışmışdır.Blogda və səhifədə izləyicilər arasında heç bir dini,irqi və digər formada ayrıseçkilik edilməməyə çalışılmış,hər kəsin dini ideologiyasına hörmət göstərilmişdir.O səbəbdəndir ki,bir çox səhifədə baş verən dini və etnik zəmindəki mübahisələrə səhifəmizdə rast gəlinməmişdir.Elm Qurdu izləyicilərinə azad seçim haqqı sunur və məqsədi sadəcə cəmiyyətimizi məlumatlandırmaq,yeni-yeni elmi səhifələrə,saytlara dəstək göstərməkdir.2014-cü ilin mart ayından səhifədə idarəçiliyə Rəşad Axundzadə də başlamışdır.Qısa müddətdə kifayət qədər izləyici kütləsinə sahib olan Elm Qurdu,zamanla idarəçilərin vaxt qıtlığı səbəbilə passivləşmiş,ancaq fəaliyyətini dayandırmamışdır.İlin sonunda səhifədə idarəçiliyə Huseyn Garnett də qoşulmuş,blogumuzun dizaynı yenilənmiş,yeni bölmələr əlavə edilmişdir.Çox yaxında yeni saytımız fəaliyyətə başlayacaq,saytda bölmələrin sayı artırılacaq,istifadəçilər arasında müzakirə etmək imkanı daha rahat hala gətiriləcək.Bütün bu müddət ərzində bizi izlədiyiniz,fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirik,əgər səhifə haqqında təklifləriniz və ya səhifədən hər hansısa bir səbəbdən narazılığınız varsa,bizimlə əlaqə saxlaya bilərsiniz.
- Hörmətlə , Elm Qurdu.
~ Elm Qurdu - Facebook
Mən istərdim ki, burada tək astronomik deyil, əlavə olaraq arxeologi və tarixi bilgilərin olmasını, insan anatomiyasına aid dərin bilgilərin yerləşdirilməsi izləyicilər üçün böyük maraq artışının yaranmasına, ən əsasıda bilgi toplamaq istəyən şəxslərin Aərbaycan dilində daha geniş məlumatların toplamasına yardımcı olar bilər.
YanıtlaSil