İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

25 Ocak 2015 Pazar

NASA'nın Mars helikopteri layihəsi


       NASA qırmızı planet Marsdan daha səmərəli məlumatlar almaq üçün Mars helikopteri layihəsi üzərində çalışmağa başladı.
       ABŞ-ın kosmos proqramı proyektlərindən məsul qurum olan Milli Aeronavtika və Kosmos Mərkəzi - NASA Marsdakı işləri gücləndirmək və daha mütəmadi informasiyalar əldə edə bilmək üçün Mars Helikopteri üzərində çalışır.
      2.2kq çəkisi olan cihazın üzərində enerji yığmaq üçün günəş paneli mövcuddur.Baş mühəndislərdən olan Bob Balaram ən böyük problemlərinin Marsın atmosfersiz olduğunu qeyd etmişdir.Belə ki,bu zaman idarə etmədə bir sıra problemlər olacaq. JPL (Jet Propulsion Labs) tərəfindən hazırlanan helikopter üzərindəki Günəş paneli vasitəsilə özünə lazım olacaq enerjini toplayacaq.Gün ərzində 7 dəqiqə işləməsi planlaşdırılan cihaz,əsasən Curisoity cihazının görüntüləyə bilmədiyi yüksəklikləri görüntüləyəcək. Həmçinin, Curisoity Marsda toplam 7,100 metrlik sahəni "kəşf edib",bu bir ay üçün orta hesabla 400 metr deməkdir.Helikopter isə ay ərzində 500 metr məsafəni araşdıra biləcək. Hazırlanma prosesi davam edən helikopterin videosunu  da izləyə bilərsiniz.

     

































24 Ocak 2015 Cumartesi

Warp Drive - işıqdan 10 qat sürətli səyahət

Kosmik səyahətlər gerçək olur!
NASA Warp Drive texnologiyası üzərində işləyir.
Işıqdan sürətli getmək yerinə gəminin önündəki kosmosu büküb və arxasındakı kosmik boşluğu genişlədən Warp motorları işıqdan 10 qat sürətli səyahəti mümkün edir.Həmçinin,Eynşteynin işıq sürəti sərhədini aşmadan!Əvvəllər bir problem var idi : kosmik boşluğu bükmək üçün ən az Yupiter kütləsi böyüklüyündə yanacaq istifadə etmək lazım idi. NASA-dan Dr. Harold White və qrupu, yeni Warp mühərriki dizaynıyla bu problemi böyük ölçüdə həll edib.
Artıq, sadəcə 500 kq ekzotik maddə yanacağıyla yaxın ulduzlara 6 ayda getmək mümkündür. Günəş sisteminin xaricinə çıxan Voyager 1-in (doğru istiqamətdə getsəydi) bizə ən yaxın ulduz sisteminə 77 min ildə çatacağını düşünsək bu, insanlıq tarixində atılmış böyük addımdır.
Geriyə kainatda həqiqətən də ekzotik maddə olub-olmadığına və praktikada bir Warp gəmisi inşa edib-edə bilməyəcəyimizə baxmaq qalır. Dr. Harold White da məhz bunun üzərində çalışır.

Gerçək qəhrəman


Warp motorlu kosmik gəmiləri inkişaf etdirməyi bacarsaq, 50 işıq ili məsafəyə qədər olan ulduzları, insanları soyuducuda dondurmadan və ya gəmidə doğulub böyüyən nəvələrimizi görmədən, 6 aylıq müddətdə kəşf edə bilərik.Beləcə Kepler kosmik teleskopu də daxil olmaqla Dünyadakı digər teleskoplardan tapılan toplam 1795 planetin böyük bir qisimini insanlı uçuşlarla şəxsən ziyarət edə biləcəyik.Elm adamları qüsursuz bir kvant cazibə qaydası inkişaf etdirdiyi zaman, işıqdan sürətli səfər etmək böyük ehtimalla uşaq oyuncağına çevriləcək. Ancaq gəlin biz zamanı sürətləndirək və xəyal gücünün qanadlarıyla ulduzları indidən kəşfə çıxaq!

Kosmosun kəşfi


Astrofizik Neil deGrasse Tyson; həmkarı və mənəvi müəllimi olan Carl Sagan'ın 80-ci illərdən bu yana 600 milyon adam tərəfindən izlənən məşhur "Kosmos" seriyasının yeni versiyasında kosmosu, "təxəyyülün gəmisi" ilə kəşf edirdi (Cosmos - Bir uzay serüveni - Nat Geo). Halbuki NASA-nın warp motorlu kosmik gəmisinin şəkillərinə baxdıqda əsl texnologiyanın çoxdan xəyal gücünə yetişdiyini görürük. Texnologiya kainatda işıqdan sürətli səfər edərək uzaq ulduzlara çatma xəyalımızı reallaşdırmaq üzərədir və NASA-nın Johnson Kosmik Mərkəzindəki gizli Eagleworks iş qrupunu idarə edən Dr. Harold White ilə qrupu bunu bacarmaya söz verib.İlk baxışda bu şəkilləri hazırlayan qrafik Mark Rademaker'in boş xəyal arxasında qaçdığını düşünə bilərsiniz. Halbuki işıqdan 10 qat sürətli səfər etməyə şərait yaradan yeni Warp mühərriki üçün lazım olan yanacağın 500 kq-a salınması amerikalıların doğru yolda olduğunu göstərir.

İş prinsipi.Cihaz necə işləyir?


"Ulduz gəmisi" iki metal halqayla əhatə olunmuş vəziyyətdədir. Bu halqaların içindəki rulonlarda keçən elektrik axınları kosmik gəminin ətrafında bir Warp köpüyü yaradır.
Bu görünməz enerji sahəsi, gəminin kosmosu bükərkən səhvən özünü də əzib parçalamasını önləyir. Warp köpüyünün dərhal kənarında, gəminin burnunun azca yanında, halqa şəkilli Warp motorları kosmosu bükür. Gəminin arxa tərəfində isə kosmosu genişlədir.
Beləcə gəmi kosmosda sürətlənmədən, kosmosda tək addım atmadan boşluqda yol alır. Əslində kosmik gəmi heç hərəkət də etmir, lakin kosmik boşluğu eynilə eskalator kimi hərəkət edərək işıqdan sürətli hərəkət edir.Bunu belə izah edək, birinci halda A nöqtəsindən B nöqtəsinə ayaqla getdiyinizi, ikinci halda isə eskalator üzərində dayanıb heç hərəkət etmədiyinizi düşünək.Hər iki halda da B nöqtəsinə çatacaqsız, ancaq ikinci halda sizin hərəkət etmənizə ehtiyac yoxdur.Warp texnologiyasında kosmos, eskalator rolunu oynayır. Bu təsiri isə Warp gəmisinin mühərrikləri yaradır.

Gəminin yanacağı nədir?


Warp mühərriklərinin kosmosu bükməsi üçün böyük miqdarda enerji lazımdır. Nə benzin, nə raket yanacağı, nə də nüvə enerjisi buna yetmir.Burada antimaddədən istifadə oluna bilər, ancaq iş kosmosu bükməyə gəlincə məsələ yalnız yüksək enerji istehsalı deyil. Bizə bir də kosmosu bükmə qabiliyyətinə malik qeyri-adi bir yanacaq lazımdır.Hər nə qədər antimaddə, maddə ilə təmas etdiyində böyük bir partlayışla yox olsa da, antimaddə kainatı bükməyi bacarmır. Bunun üçün qeyri-adi xüsusiyyətlərə sahib ekzotik maddə istifadə etmək lazımdır.Kainatda ekzotik maddənin olub-olmadığı elm adamları arasındaki aktual müzakirə mövzusudur. Əgər ekzotik maddə varsa, bu şəkillərdəki texnologiyanı yarada bilərsiniz, kağız üzərindəki hesablamaları istifadə etməklə gerçək bir warp mühərriki inşa edə bilərsiniz. Yenə də nəzəri irəliləyişlər sevindirici haldır. Dr. White və qrupu, işıqdan 10 qat sürətli getməyi təmin edən 10 metr diametrindəki bir warp köpüyü yaratmaq üçün yalnız 500 kq ekzotik maddənin yetərli olduğunu söyləyirlər. Ən yaxın qonşumuz - təxminən 4 işıq ili uzaqdakı Proxima Centauri olduğuna görə bu sürətlə oraya 5 ayda gedə bilərik!
Ancaq bunun əldə edilməsi o qədər də imkansız deyil,təsəvvür edin ki, 1500-cü illərdə avropalılar Şimali Amerikaya 3 aya gedirdi və o zaman bir avropalıya "Gələcəkdə Amerikaya bir gündə gedə biləcəksiz" -desəniz,dəli olduğunuzu düşünərdi.

Yeni dünyalarda məskunlaşmaq


Bu halda Dünyadan 20 işıq ili uzaqlıqdakı Gliese 581g adlı ekzoplanetə də iki ildə çatacağıq. Magellanın yelkənli gəmisinin Dünyanın ətrafını 3 ildə gəzdiyini düşündüyümüzdə müdhiş bir səfərdir bu.Gliese 581g Dünyaya bənzəyən bir planetdir və bəlkə də bu planetdə həyat var. Bu baxımdan, işıqdan sürətli hərəkət edən ulduz gəmiləri kosmosda həyat olan başqa dünyalar tapmamızı asanlaşdıracaq. (Hər nə qədər Gliese 581g'nin cazibə Dünyadan 4 qat qüvvətli olsa da bu vəziyyət planetdə həyatın inkişafına mane deyil).

Yanacağa necə qənaət edildi?


Elm adamları warp köpüyü üçün lazım olan yanacaq miqdarını warp köpüyünü titrədərək azaldıb.Kağız üzərində edilən hesablamalarda, warp köpüyünü titrəşdirmələrinin kosmosun sərtliyini aldığını və kosmik boşluğa elastiklik qazandırdığını görürük.
Bəs, nə zaman işıqdan sürətli səfərə çıxırıq? Bəlkə də,yaxın 50 il ərzində bu mümkün olacaq. Çünki warp gəzintisi üçün iki şeyə ehtiyacımız var: 1) fiziklərin araşdırdığı kvant qaydası warp mühərriklərinə icazə verməlidir , 2) kainatda warp motorlarında istifadə ediləcək ekzotik maddə olmalıdır.
Alimlər yetəri qədər ekzotik maddə olmazsa,bu cihazı düzəldə bilməyəcəklərini düşünür.Ancaq Harold White, warp motorları üçün ekzotik maddə istifadə etməyə belə ehtiyac olmadığı fikirindədir və bu fikrini yeni növ warp mühərriki yaradaraq sübut etməyə çalışır!
Dr. White və qrupu "kvant qapanması" deyilən yeni bir mühərrik yaradır.Yeni mühərrik, laboratoriya testlərində müvəffəqiyyətli olsa, Warp gəmiləri varlığı mübahisəli ekzotik maddə istifadə etmədən,yəni bildiyimiz fizikanın xaricinə çıxmadan kosmosda işıqdan sürətli səfər edə biləcək. Məhz buna görə də, Warp gəmiləri önümüzdəki 50 ildə gerçək ola bilər.

Warp Drive haqqında digər məqaləmizi buradan oxuya bilərsiniz.Yetəri qədər maraq oyadarsa, Dr.White və komandasının yeniliklərini müntəzəm olaraq paylaşacağıq.Ətraflı məlumat üçün:

İşıq sürəti yanlış hesablana bilər


Maryland Universitetindən fizik Ceyms Franson, işıq sürətinin düşünüldüyündən daha yavaş olduğunu göstərib. New Journal of Physics jurnalında nəşr olunan araşdırmada bildirilir ki, nisbilik nəzəriyyəsində təsvir edilən işıq sürətinin daha yavaş olması bir çox tənliyi dəyişdirə biləcək bir faktordur. Nisbilik nəzəriyyəsi vakuum içində işıq sürətini 299,792,458 metr/san olaraq təyin edir. Bəs Eynşteynin məşhur E = mc2 teoreminə görə olduqca əhəmiyyət daşıyan işıq sürəti, yanlış hesablandıysa? Franson'ın arqumentləri 1987-ci ilin fevralında partlayan komet SN 1987A'nın müşahidələrinə əsaslanır. Bu partlayışdan sonra Dünyaya çatan foton və neytrinlərdə problem müəyyən olunub. Hissəciklərin dünyaya 4,7 saat gec çatdığı aydın oldu. Elm adamları bunun, fərqli mənbələrdən gələn fotonlardan qaynaqlandığını düşündülər. Yaxşı, ya elə deyilsə? Franson işığın vakuum polarizasiyası adı verilən bir xüsusiyyəti səbəbilə yavaşlaya biləcəyini düşünür. Foton, pozitron və elektrona ayrılaraq çox qısa zamanda yenidən fotona çevrilə bilir. Bu səbəblə cazibə fərqi meydana gələrək, hissəcik, cütləri arasında təkrar birləşərkən kiçik bir enerji təsiri meydana gələ bilir. Məhz bu səbəblə də işıq yavaşlaya bilir. Əgər bu tərz birləşmələr 168,000 işıq ili ərzində bir neçə dəfə meydana gələrsə, SN 1987A 'dan gələn işığın 4,7 saat gecikməsi mümkündür. Franson'un fikirləri bilinən həqiqətləri tərsinə çevirə bilər.

İşığın spektra ayrılması

Bu səbəblə kosmik nəzəriyyələr üçün dəyişməz qəbul edilən vahidlərdən istifadə edildiyi üçün bütün hesablamalar təməldən səhv olacaq. Məsələn Günəşdən gələn enerji bizə, düşünüldüyündən daha gec gələ bilər. Ya da 12 milyon işıq ili uzaqlıqdakı Messier 81 qalaktikasının işığı, hesablandığında əslində 2 həftə daha gec gələ bilər. Iddialar həqiqətən də sarsıdıcıdır. Nəticədə göy cisimlərindən qalaktikalara,kosmik məsafələrdən tutmuş zamanda səyahətə qədər bir çox astrofizik hesablamaları yanlış ola bilər.İşıq sürətinin düşünüldüyündən daha yavaş olması hərhalda hələ də bəzi sirrləri bilmədiyimizi göstərir.

21 Ocak 2015 Çarşamba

3.2 giqapiksellik kamera kosmosu müşahidə edəcək

Dünyanın ən keyfiyyətli kamerası kosmosu müşahidə etmək üçün hazırlanacaq. LSST adlandırılan 3.2 giqapiksellik kamera (meqapiksel yox,giqapiksel) 2022-ci ildə tamamlanacaq və 600km məsafədən avtomobil işığını görə biləcək.Bu məsafəni sizə belə izah edək.Əgər aradakı məsafə düz relyefli yerlər olsaydı,yəni dağlar və çökəkliklər olmasa idi,Bakıda oturub,Tiflisdə hərəkət edən bir maşının işığını görə bilərdiniz (Bakı-Tiflis arasındakı məsafə 554km-dir).Qeyd edək ki,sizin telefonlarınızın kamerası 8-13 meqapikseldirsə,bu teleskopun kamerası 3200 meqapiksel gücündə olacaq.
 Dünyanın  ən yüksək keyfiyyətli kamerası kosmosu müşahidə etmək üçün hazlırlanmağa başlandı.2022-ci ildə istifadəyə verilməsi planlanan kamera Çilidəki Paço dağında yerləşən böyük teleskopa (LSST - Large Synoptic Survey Telescope - Böyük Sinoptik Sorğu Teleskopu) quraşdırılacağı açıqlandı.Bu kamera 10 il müddətində 15 saniyəlik 800-dən çox şəkil çəkəcək.Çəkilən şəkillərin hər birinin Ayın səthindən 49 dəfə daha böyük bir göy üzünü tutacağı bildirildi.
     Əgər kamera tam çalışa bilsə,görünən bütün göy üzünü 2 həftə ərzində kadra alacaq.Kameranın çəkdiyi şəkillər isə ildə 6 petabayt yaddaş tutacaq.Bu isə 1 milyon giqabayt deməkdir.Kameranın ilk çalışmaları 2011-ci ildə başlamışdı.ABŞ hökümətinin dəstəyini alan proyekt 2022-ci ildə tamamlanacaq.
     LSST adı verilən kameranın tamamlanması üçün lazım olan büdcə ictimaiyyətə açıqlanmayıb.Proyektin direktoru Steven Kahnın sözlərinə görə kamera hazır olduqdan sonra 3 ton ağırlığında və 1 avtomobil böyüklüyündə olacaq və 189 CCD sensoru ilə təmin olunacaq.
     Tikintisi başa çatdıqdan sonra 10 il müddətində göy üzünü hər gecə müşahidə edəcək olan LSST hər 2 həftədə bir foto çəkəcək.Astronomlar əldə olunacaq şəkillər sayəsində kainatı daha yaxşı anlayacaqlarını qeyd edirlər.

Dünyada istilik rekordu qırıldı


NASA-nın məlumatına görə,2014 tarixin ən isti ili olaraq qeydə alınıb.
Daha əvvəlki istilik rekordları 2005 və 2010 illərinə aid idi. Həmçinin, ötən ilin may, iyun, avqust, sentyabr və dekabr aylarının yeni istilik rekordu ilə keçdiyi bildirilib.Çox sürətli qızdığı müşahidə edilən Dünyanın ən son yaşadığı soyuq rekordu 1916-ci ilə aiddir.1916-ci ildən bu yana Dünya daha soyuq bir il keçirməyib. Həmçinin, NASA nəinki Yer səthi hətta okean və dənizlərin də qızdığınıbildirməklə yanaşı, Dünyanın ən böyük cərəyanı olan Qolfstrimin isti sularının, əriyən buzlaqların soyuq suları səbəbilə şimal-qərbi Avropaya çata bilməməsi və nəticədə Avropada sərt qış keçməsindən də narahatdır.
Qeyd: Yuxarıdakı xəritə Dünyada 2014-ci ildə qızan və soyuyan sahələri göstərir.

20 Ocak 2015 Salı

Astronomların Aydaki yeni evləri - Ay dəlikləri

Ay üzərində milyonlarla kraterdən əlavə LRO-nun kəşf etdiyi 200-dən çox dəlik var. Bu dəliklər gələcəkdə astronomlar üçün bir sığınacaq ola bilər.
Diametrləri 5 ilə 900 metr arasında dəyişən bu dəliklər ilk dəfə Yaponiyanın Kaguya kosmik vasitəsi tərəfindən görülüb. Kaguya ilə üç dəlik kəşf edilmişdi. Daha sonra LRO'nun dar bucaqlı kamerası'nın (Narrow Angle Camera-NAC) çəkdiyi minlərlə fotoşəkilin kompüterlər köməyiylə araşdırılması nəticəsində bu rəqəm olduqca artdı.

LRO-nun çəkdiyi Günəş işığının bir qismini yansıdan dəliklərdən biri

Arizona universitetindən Robert Wagner: "Bu çuxurlar Ay üzərində sığınacaq insanlara dəstək ola bilər. Səthin onlarl metr altında həyat qurula bilər. Bu çuxurlar astronomları səthdəki radiasiyadan,  meteorit və gecə-gündüz arasındakı böyük istilik fərqindən qoruya bilər"-deyir.
Ay səthində böyük kraterlərin olduğu və tünd rəngi ilə seçilən 'Maria' adlı sahələr qatılaşmış lavadan meydana gəlmişdir. Qədim zamanlarda Mariaların lava axıntılarının lava okeanlarını meydana gətirdiyi düşünülür. Maria sözü latın dilindən tərcümədə 'dəniz' mənasını verməkdədir.
Wagner'ə görə bir çuxur, düşən bir meteoritin meydana gətirdiyi titrəmələr nəticəsində altı boşalmış səthin çökməsiylə meydana gələ bilər. LRO'nun çəkdiyi şəkillərdə bu çuxurların meydana gəlməsi haqqında çox az ipucuna rast gəlinir. Yer üzündə də bu tip boşluqlara rast gəlinir. Səthə şiddətlə çarpan böyük bir krater səthin yuxarı qalxmasına və altdakı lavanın çölə çıxmasına səbəb ola bilər. Bu da səth altında fərqli yerlərdə boşluqların meydana gəlməsini təmin edə bilər.
Çuxurların kəşfi eyni zamanda Ay üzərindəki lava okeanlarının necə əmələ gəldiyini də ortaya çıxarır. "Xüsusilə də bu dəliklərin varlığı Maria-nın meydana gəlməsinin anlaşılmasında çox önəmlidir. Orbitdən alınan görüntülərə baxıldığında dəliklərin göstərdiyi yeraltı layları görə bilirik. Səthdə ediləcək araşdırmalarla bu layların yaşları təyin oluna bilər."- deyə Wagner əlavə edir.
Bu günə qədər tapılan 200-dən çox dəlikdən 29'u bir milyard il yaşından gənc olub "Kopernik" krateri olaraq təsnif edilmişdir. Kaguya'nın kəşf etdiyi üç dəlik də bunlar arasındadır.

Dəliklərdən bəziləri,orta dərinlik : 222 metr

Ay səthindəki ümumi yaş bölgüsü ilə dəliklərin yaş bölgüsü biri-birinə uyğundur. Maria ətrafında ərimə yolu ilə meydana gəlmiş dəliklər üç milyard ildən daha böyük yaşa sahibkən təpəlik qisimlərdə daha az dəyişməyə uğramış daha gənc dəliklərə rast gəlirik. Bu dəliklərin ətrafının daha gənc yaşda meydana gəldiyini söyləyə bilərik.
LRO ilə Ayın ən az % 40-ının aydınlandığı yerləri görüntüləmək mümkündür.Wagner'in dediyinə görə əslində dəliklərin sayı daha çoxur. "Biz LRO görüntülərini araşdırmağı davam edəcəyik. Ancaq Ayın qütblərə yaxın yerlərinin ancaq % 25 işıqlı olması səbəbiylə iş çətinləşir. Bu sahələr üçün daha geniş bir analiz lazımdır. "
Wagner'a görə insanların yaşaması üçün səthdəki və yeraltındaki maddələrin tərkibi, termal hesablamalar, cazibə qüvvəsi və b. daha çox məlumata ehtiyac var."Bu dəliklərin quruluşu orbitdən çox da dəqiq aydın olmur.Bir çox sualın cavabı üçün dəliklərin hər baxımdan yaxından çəkilmiş görüntülərinə ehtiyacımız var. Bunun üçün isə yeni bir layihə lazımdır. "

Faydalı keçidlər