Astronomlardan ibarət beynəlxalq səviyyəli bir qrup,bu günə qədər tapılan ən uzaq qalaktikanı kəşf etdi.Dünyadan 30 milyard işıq ili uzaqda olan qalaktikanın Big Bang haqqında məlumatlarımızı artıracağı düşünülür.Hubble teleskopu vasitəsilə tapılan qalaktikanın uzaqlığı,Hawaii'dəki Keck rəsədxanasında hesablandı.Araşdırmanın nəticələri Nature jurnalında dərc olundu.Qalaktika haqqında əlavə məlumatlar isə Keck 1 və Hubble teleskoplarından əldə edilən məlumatların cəmlənməsi hesabına əldə edildi.
Araşdırmanı aparan qrupun başçısı ABŞın Texas Universitetindən olan Steven Finkelstein,"Bu təsbit etdiyimiz ən uzaq qalaktikadı və Big Bang'dan 700 milyon il sonraki halı ilə görürük.Bu kimi kəşflərin ən maraqlı tərəfi,Kainatın əvvəllər nəyə bənzədiyi haqqında bizə məlumat verməsidir.İşıq sürətinin sabit olması və bununla bağlı olaraq bizə çatmasının zaman alması,bu qalaktikaların indi olduğu kimi görünməməsinə səbəb olur.Şəkilə baxdıqda z8_GND_5296’nin 13 milyard il əvvəlki halını görürük.Bu zaman,Big Bangdan indiyə kimi keçən zamanın %95-i deməkdir."-dedi. Həmçinin Finkelstein, Space.com’a verdiyi açıqlamada, "z8_GND_5296’nın yarandığı zaman var olan köhnə ulduzların çox güman ki,hələ də var olduğunu,ancaq bu gün daha böyük qalaktikaların parçaları halına gəldiklərini düşünürük"-deyə sözlərinə əlavə etdi.
Kainatın uzaq məsafələrindən işığın bizə çatması uzun zaman aldığı üçün biz bu qalaktikanı 13,1 milyard il əvvəlki halı ilə görürük,amma kainat daima genişləndiyi üçün qalaktikanın dünyaya olan uzaqlığı 30 milyard işıq ili olaraq bilinir.Qalaktikaya z8_GND_5296 adı verildi.Kainat genişləndiyi və bütün cisimlər biri-birindən uzaqlaşdığı üçün işıq dalğaları da geriləyir.Bu da cisimlərin gerçəkdə olduğundan daha qırmızı görünməsinə səbəb olur.Araşdırmaçılar bu qırmızı rəngi dəyişimini araşdırır.Bu qalaktikada görülən 7.51 dərəcəlik qırmızı dəyişimin,daha öncəki bir qalaktika üçün təsbit edilən rekord dərəcədən daha yüksək olduğu görüldü.
İngiltərədəki Greenwich Rəsədxanasından Dr.Marek Kukula isə "Kainatda ilk zamanlarında maraqlı təkamül keçirmiş qalaktikalar var.Bu sürətli ulduz və qalaktika yaranmasının səbəbini açıqlamaya yardımçı ola bilər"-dedi.
Nottingham Universitetindən Prof. Alfonso Aragon-Salamanca,bu kəşfin önəmli bir addım olduğunu,amma daha çox qalaktika axtarmaq gərəkdiyini;məsafə uzaqlaşdıqca,kainatda ilk yaranan ulduzların kəşfinə daha çox yaxınlaşacaqlarını dedi.
Dr. Stephen Serjeant isə,anormal dərəcədə qırmızı dəyişiklikləri olan qalaktikaların üzərində araşdırma aparmanın həyəcan verici olduğunu,fəqət həyəcanlı olduğu qədər də çətin olduğunu, bir çox uzaq qalaktika iddiasının sonradan daha yaxındaki naməlum ulduzlar olduğunun anlaşıldığını vurğuladı.
Süd yolunun %1-i qədər..
Yeni qalaktikanın,Dünyanın da daxil olduğu Süd yolunun %1-2si qədər bir kütləyə sahib olduğu və ağır metallar baxımından zəngin olduğu düşünülür.Bu qalaktikanın maraqlı xüsusiyyəti də qaz və toz buludlarını Süd yolundan yüzlərlə qat daha sürətli döndürərək yeni ulduzlar yaratmasıdır.Prof.Finkelstein "Kainat haqqında məlumat almağın maraqlı bir yolu da layları araşdırmaqdır;bunlar qalaktika yaranışı və təkamülündə hansı fiziki proseslərin hakim olduğu mövzusunda bizə yardımçı olacaq"-dedi.Bu qalaktikanın çox uzaq olmasından əlavə,olduqca qəribə olduğunu vurğulayan Finkelstein,NASA'nın James Webb Teleskopunun istifadəyə verilməsi ilə daha uzaq qalaktikalar kəşf edilə biləcəyini söylədi.
Süd yolundan daha məhsuldar..
Hubble'nın dərin kosmosda qalaktika axtaran CANDELS proyekti çərçivəsində bu günə qədər 100,000 qalaktika kəşf olunub.Nature jurnalında dərc olunan yeni araşdırmada,elm adamları bu qalaktikaların 43ünü yaxından araşdırdı.Qalaktikaların təsbitində hidrogeni istifadə edən elm adamları,araşdırılan qalaktikaların hidrogen xətti cədvəli ilə maraqlandı(H2O release).Ancaq tək xətt z8_GND_5296 qalaktikasında görüldü.Astronomlar,araşdırılan 6 qalaktikada deyil də təkcə z8_GND_5296 hidrogen tapmaqdan əlavə,gözlənilməz bir məlumat da əldə etdilər.Antik qalaktika,Süd yolundan tam 150 qat sürətli ulduz yaradırdı.Süd yolu hər il bir və ya iki Günəşəbənzər ulduz doğumuna şahid olur. z8_GND_5296 qalaktikasının isə 13 milyard ildən bu günə qədər hər il 300 belə ulduz doğurduğu düşünülür. z8_GND_5296 bu xüsusiyyətləri ilə həm ən uzaqdaki,həm də ən məhsuldar qalaktika olma rekorduna sahib oldu. Finkelstein, "Kainatın kiçik bir nöqtəsini göstərən Hubble görüntüsündə iki qeyri-adi şey təsbit etdik" ifadəsini işlətdi.
Tərcümə edən : Reşad A-zadeh (Elm Qurdu)
0 yorum:
Yorum Gönder