ABŞ'ın Duke Universiteti tələbələri,başlatdıqları Marsa peyk göndərmə proyektini maddi cəhətdən təmin etmək üçün fərqli bir yola əl atıblar.Tələbələr,internetdən başlatdıqları kampaniyada Marsa göndərməyi planlaşdırdıqları peykin içinə 2 terabayt həcmində yaddaş yerləşdirəcəklərini və proyekt üçün 1 dollar yardım edən hər kəsin öz 'selfie'sini bu yaddaşa yükləyəcəklərini açıqladılar.Daha çox yardım edərək yaddaşa videolar da yerləşdirmək mümkün olacaq."Marsa zaman kapsulası" adlı proyektə dünyanın hər yerindən qatılmağın mümkün olduğu bildirilir.Proyektin həyata keçirilməsi üçün 30 milyon dollar ,ya da qısacası 30 milyon selfie lazımdır.Proyekti öz üzərilərinə götürən tələbələr növbəti 3 il ərzində peyki Marsa göndərməyi hədəfləyir.Əgər proyekt uğurlu olarsa,Duke tələbələri Marsa kosmik cihaz göndərən ilk özəl təşəbbüs olacaq.Proyektin rəsmi saytı www.timecapsuletomars.com'da zaman kapsulası fikri belə açıqlanır:"Bu proyektə dünyanın hər yerindən qatılım var.Bu zaman kapsulası ilə hər kəs gələcəkdə Marsa gedəcək olanlara bir mesaj vermək şansı əldə edəcək.Kapsulaya yerləşdirilən mesajlar Marsda kaloniya qurmağa gedən ilk insanlar üçün çox mənalı olacaq."
Tərcümə edən : Reşad A-zadeh
Mənbə : BBC News
0 yorum:
Yorum Gönder