İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

6 Mayıs 2014 Salı

SERERADA SU TAPILDI


Günəş Sistemindəki ən maraqlı göy cisimlərindən Serera (ingiliscə Ceres) cırtdan planetində su buxarı müşahidə edildi. Mütəxəssislər bu planetin səthinin altında Dünyada olduğundan daha çox şirin su ola biləcəyini bildirdi.
Avropa Kosmik Agentliyi (ESA) idarəsindəki Herschel İnfraqırmızı Kosmos Teleskopu'nun məlumatlarını araşdıran alimlər, Günəşə 419 milyon kilometr uzaqlıqdakı buzla örtülü Sereranın səthindəki qeyzerlərdən nizamlı olaraq fışqıran suyun səbəb olduğu buxar buludlarını təsbit etdi. 950 kilometrlik diametriylə Ayın üçdə birindən bir az daha kiçik olan Ceres, buna baxmayaraq Mars və Yupiter arasındakı asteroid qurşağının ən böyük obyekti olaraq bilinir.

Dünyadakı içməli sudan daha çoxu Sererada ola bilər.

Nature adlı elmi jurnalda nəşr olunan araşdırma nəticələrinə görə , Ceres'dəki iki bölgədən kosmosa buxar buludu çıxışı olduğunu təyin edən alimlər,qeyzerlərdən püskürən bu buludların , planetdə suyun varlığına dair ilk qəti dəlil olduğunu bildirdi.ESA tərəfindən aparılan araşdırmanın başçısı Michael Küppers , "İlk dəfə Serera üzərində su buxarı olduğu qətilik qazandı. Bu bizə Sereranın buzlu bir səthi və atmosferi olduğunu sübut edir" dedi. Küppers və yoldaşları , Sereranın qayadan meydana gəlmiş nüvəsini örtən qalın buz layı əridildiyi təqdirdə , dünyadakı bütün şirin su miqdarından daha çoxunun əldə edilə biləcəyini dilə gətirir.Planetdəki su buxarına Günəş şüalarının əritdiyi buz təbəqələrinin səbəb olduğu , səthin altında axıcı su olduğu və bu suyun zaman zaman kosmosa püskürdüğü düşünülür.

1801ci ildə kəşf edilmişdi

Serera ilk dəfə 1 yanvar 1801də İtalyan astronom Giuseppe Piazzi tərəfindən kəşf edilmişdi. Piazzi gördüyü cismi əvvəl kometa sanmış , daha sonra təxminən 4 illik bir dönüş periodu olan nəhəng bir asteroid olduğu aydın olmuşdu. Asteroidlər arasında ilk kəşf olduğu üçün '1 nömrə ' olaraq adlandırıldı. Eyni zamanda 50 il ərzində də səkkizinci planet olaraq təsnif edildi.Müşahidələr nəticəsində formasının aşağı cazibəyə sahib digər asteroidlər kimi nizamsız deyil də kürə şəklində olduğu ortaya çıxdı. Səthinin su buzu və karbonat , gil kimi müxtəlif hidratlı minerallardan meydana gəldiyi təxmin edilir. Səthinin altında maye sudan ibarət olan bir okean olma ehtimalı olan Ceres'in səth istiliyinin təxminən mənfi 38 dərəcə olduğu düşünülür.Cırtdan planetin səthini araşdırıb xəritə hazırlayacaq olan NASA cihazı Dawn'ın 2015-ci ilin Mart və ya aprel aylarında Sereraya çatması gözlənilir.

0 yorum:

Yorum Gönder