İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

10 Mayıs 2014 Cumartesi

İşıq sürəti keçildi,yoxsa hələ də keçilməz sərhəd olaraq qalır?



《Dünya İsveçrədəki Avropa Nüvə Araşdırma Mərkəzi (CERN) laboratoriyasından gələn xəbərlə sarsıldı: Albert Eynşteynin nisbilik nəzəriyyəsinə görə kainatın sürət sərhədi olan işıq sürəti, neytrinlər adlanan çox kiçik kütləli hissəciklər tərəfindən keçildi.Neytrinlər,CERN-in Cenevrə yaxınlığında yerləşən mərkəzi ilə İtalyanın paytaxtı Romanın şərqindəki Gran Sasso laboratoriyası arasındakı 730 kilometrlik məsafəni işıqdan təxminən altı kilometr daha sürətli bir şəkildə qət etdi.İşıq sürəti saniyədə 299 min 792 kilometr 458 metrə bərabər hərəkət edərkən,neytrinlərin sürətini saniyədə 299 min 798 kilometr və 454 metr olaraq təyin edən fiziklər,hələ də aldıqları nəticələrə inana bilmir.OPERA adı verilən təcrübənin koordinatoru Antonio Ereditato "Alınan nəticə bizi heyrətə saldı.Ancaq bu nəticə təsdiqlənənə qədər bir kəşf olaraq qəbul edilməyəcək.Belə bir nəticə aldığınızda səhv etmək istəməzsiniz.Aylardan bəri heç bir problem yaşamadan testlər edirik və bu ana qədər bir səhv tapa bilmədik"-dedi.Təcrübənin nəticələrini ölçən Lyon Nüvə Fizika İnstitutu araşdırmaçısı Dario Autiero neytrinlərin işıq sürətini aşmağını belə açıqlayır:"Bir başqa deyişlə, əgər neytrinlər bir şüa ilə Yer üzündə 730 kilometrlik bir yolda yarışsaydılar,finiş xəttini işığa 20 metrlik bir fərq ataraq keçəcəklərdi."》
Fizika elminə damğasını vuran bu xəbər,qısa zamanda bir çox qəzet və jurnallarının,televiziya proqramlarının gündəmdən düşməyən xəbəri oldu.Lakin bir müddət sonra hesablamalarda böyük səhvlərin olduğunun anlaşılması ilə araşdırmanın başçısı Antonio Ereditato işindən istefa etdi.CERN isə öz nüfuzunu xeyli itirdi.Və hələ də deyə bilərik ki,elm-texnika nə qədər inkişaf etsə də,işıq sürəti keçilə bilməyən bir problem olaraq qalır..

1 yorum:

  1. Salam. Hesablamalarda böyük səhvin nə olduğu haqda məlumat yoxdurmu?

    YanıtlaSil