İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

30 Ocak 2014 Perşembe

, , , , , , ,

Warp Drive - Kosmosda işıq sürətilə səyahətin tək yolu

Nasanın Warp Drive proyekti haqqında yəqin ki çox da məlumatlı deyilsiniz.Bu proyekt reallaşarsa(işıq sürətinin bir neçə qatına çatarıq),Günəş sisteminə ən yaxın ulduz olan Alfa Centauri'yə 2 həftədə gedə bilərik.Ki həmin ulduz sisteminin bizdən uzaqlığı 4 işıq ilinə bərabərdir (4x10trilyon km).Yəni indiki vəziyyətdə işıq sürəti ilə hərəkət etsək belə 4 il çəkər.

    Star wars,Star trek kimi filmləri izləyənlər Warp Drive ifadəsini eşitmiş olarlar.Bu anlayış bizim işıqdan sürətli hərəkət etməyimiz üçün hələ ki tək real yoldur.Meksikalı fizik Miguel Alcubierre tərəfindən 1994-cü ildə kəşf olunan Warp Drive fizikası kosmik gəmilərin "işıqdan sürətli getmədən" işıqdan sürətli səyahət etməsinə imkan verir.
   İsaac Amirovun 1950-ci illərdə yazdığı romanlarından bəri eyni ssneri təkrarlanır.Bəşəriyyət başqa ulduzlara çata bilmək istiyir,ancaq bu marağ təmin etmək üçün sürət limitini artırmaq lazımdır.Çünki ən yaxın ulduzlar belə bizdən 4 işıq ili uzaqlıqdadır daxil olduğumuz,400 milyard ulduzu olan Süd Yolu qalaktikasının diametri təxminən 100min işıq ilidir !
   Bəli,kainatı burdan Londona uçmuş kimi qısa vaxtlarda kəşf etmək istiyiriksə,işıqdan sürətli səyahət etməliyik.Ancaq Einstein'ın Nisbilik nəzəriyyəsinə görə işıqdan sürətli hərəkət etmək mümkün deyil.İşıq sürətinə yaxın bir sürətlə hərəkət etsək belə,bütün ölkələrin 100 illər boyu işlətdikləri elektrik enerjisini sərf etmək lazımdır.
   Bəs nə etməliyik?Əlbəttə ki, Star Wars filmlərinin simvolu olan Warp Drive'ı inkişaf etdirib,işıq sürətinə çatmalıyıq.Fizika qanunlarını pozmasaq belə,fizikadakı "qanuni boşluqlardan" yararlanaraq bu qanunların ətrafından fırlanmağın bir yolunu tapmalıyıq.

       Warp Drive nədir?

 
    Bu terminin bizim dildəki tam qarşılığı "əymə sürüşü"dür.Azərbaycan dilindəki qarşılğı o qədər də gözəl alınmadığından,məqalədə elə Warp Drive ifadəsini işlədəcəm.
   Warp Drive - önümüzdəki fəzanı qatlayaraq və arxamızdakı fəzanı parça kimi açaraq,əslində işıqdan sürətli getmədiyimiz halda,kosmosda işıqdan sürətli yer dəyişdirməyimiz deməkdir.Bəs bu necə mümkün ola bilər?




 Warp Drive'ı sörf dalğaları,kosmik gəmini sörf taxtası,gəminin kapitanını isə sörfçü kimi görə bilərik.
Surfing

   İndiyə qədər dediklərimdən bir şey anlamamağınız normaldı.İndi misalda izah edək.Özünüzü dalğanın üzərində surfing edərkən hiss edin.Dalğa sizi daşıdığı üçün sürətlə gedirsiniz.Yaxşı bəs dalğanın üstündə yer dəyişdirirsiniz mi? -Xeyr.Dalğanın üstündə siz hərəkət etmirsiniz.
   Warp Drive da bunun kimi bir şeydi.Kosmik gəminin önündəki fəzanı bir mələfə kimi bürüşdürərək qatlayıb sıxırsınız.Arxadakı fəzanı isə gərib, yayırsınız.Bunun sayəsində kosmosda işıqdan sürətli səyahət edə bilirsiniz.Ancaq komos dalğası kosmosun dalğalar kosmosun dalğalanması ilə meydana gəlir.Buna görə də bu dalğalar işıqdan sürətli hərəkət etsələr də,əslində kosmik gəminiz işıqdan sürətli getmir.Sadəcə olaraq işıqdan sürətli gedən bu dalğaların üstündə surfing edir.Einstein'ın Nisbilik nəzəriyyəsinə görə maddə və enerji işıqdan sürətli gedə bilməz,amma kosmosun özünün işıqdan sürətli dalğalanması və ya genişlənməsini məhdudlaşdıran bir hədd yoxdur.Yuxarıdakı şəklə diqqətlə baxsanız,Warp Drive anlayışını daha yaxşı dərk bilərsiniz.

   Burada gəmimizin roket motorlarını işlək hala gətirmirik.Kosmosda sürətlənmir və ya dayanmaq üçün əyləcdən istifadə etmirik.Sadəcə olaraq kosmik gəminin ətrafında bir "Warp köpüyü" yaradırıq.Bu "köpük" kosmosda işıqdan sürətli səyahət etməyə kömək edən dalğalanma yaradır və ən yaxın ulduza 1 neçə həftə ərzində çata bilirik.

   Fizika qanunlarına görə bu mümkündür mü?Bu suala 30 il əvvəl versəydiniz elm insanları tərəfindən "Xeyr,işıqdan sürətli səyahət etmək mümkün deyil" kimi cavablar eşidərdiniz.Ancaq Meksikalı fizik Alcubierre Einstein'ın Nisbilik nəzəriyyəsindən istifadə edərək,Warp Drive'n mümkün olduğunu göstərdi.Burada işıqdan sürətli səyahət dedikdə,dalğanın sürətini nəzərdə tuturuq.Kosmik gəmi nəinki işıq sürətini keçmək,heç ümumiyyətlə hərəkət belə etmir.

   Warp Drive'ın ən təəccübləndirici xüsusiyyəti isə ondan ibarətdir ki,burada "əkizlər paradoksu" baş vermir.Əkizlər paradoksu o deməkdir ki,əgər siz kosmosda işıq sürətilə hərəkət edirsinizsə və sizin əkiziniz Yer kürəsindədirsə,onda siz 1-2 ildən sonra qayıtdıqda dünyada 50-60 il keçmiş olacaq və sizin əkiziniz,o cümlədən hər kəs yaşlanacaq.Ancaq Warp Drive'da isə dünyadan baxdıqda gəmidəki zaman yavaşlamır və gəmidən baxdıqda,dünyada zaman möhtəşəm bir sürətlə axmır.Buna görə də işıqdan sürətli səyahət edərək Alpha Centauri ulduz sisteminə 2 həftədə çatdıqda,Dünyada da 2 həftə keçir.Başqa sözlə,Yer kürəsində heç kim 20-30 il yaşlanmır.

   Kosmosda səyahət edən Warp köpüyü gıminin yoluna çıxan hər şeyi parçalaya bilməz mi?

Bu suala belə bir misallar aydınlıq gətirək.Yolda saatda 160 km gedən bir maşın divara çırpılsa nə baş verər?Əlbəttə parçalara ayrılar və əzilər.
Eyni şey kosmik gəmi üçün də eynidir.Yol alarkən qarşınıza bir planet və ya ulduz çıxsa,manevr etmək məcburiyyətindəsiniz.Eyni şey asteroid və qaya parçaları üçün də keçərlidir.Sual da burdan yaranır ki,bəs necə manevr edəcək?
   Alcubierre'in Warp motoru Warp köpüyünün mövcudluğuna icazə verir,ancaq bu köpüyün manevr etməsinə,sağa və ya sola dönməsinə,kosmos 3 ölçülü bir sistem olduğuna görə yuxarı çıxması və ya aşağı enməsinə şərait yaratmır.Hələ kosmik gəminin Warp köpüyünü yönləndirməyinə ümumiyyətlə şərait yaratmır.Warp Drive'n teorik olaraq mümkün,ancaq praktikada mümkünsüz edən səbəblərdən biri də budur: Manevr edə bilmirsiniz.


   Benzin motorunun yanacağı benzindir.Bəs Warp motorlarının yanacağı nə olacaq?

  Warp motorlarının ən böyük problemi enerji problemidir.Bu motorların işləyə bilməsə üçün bütün kainatın enerjisindən daha böyük bir enerji sərf olunmalıdır.Bu da praktikada mümkün deyil.Bunu ancaq yoxluqdan enerji yarada bilməklə nail ola bilərik.Ancaq termodinamika qanunlarına görə yoxluqdan enerji yaratmaq və ya enerini yox etmək mümkün deyildir.Enerji ancaq çevrilə və ya transfer edilə bilər.Məsələn nüvə reaktorlarında olduğu kimi nüvə enerjisini suyu qızdırmaq üçün istilik enerjisinə çevirə bilərik.Beləliklə,yaradılan su buxarı istilik enerjisini mexanik enerjiyə çevirərək elektrik yaradan turbinləri fəaliyyətə keçirər və nəticə olaraq mexaniki enetjini elektrik enerjiyə çevirə biləcək şəbəkəyə paylaya bilərik,yəni enerjini transfer edərik.

   Kosmosu bükmək üçün təsəvvür edə bilməyəcəyiniz miqdarda enerji lazımdır.Ford və Romanın araşdırmalarına görə,kiçik bir kosmik gəmini Süd Yolu qalaktikasının bir ucundan digər ucuna daşıya bilmək üçün 1067 qram enerji lazımdır.Bu da bütün kainatın enerjisindən daha çox enerji deməkdir.Bu enerjini necə tapa bilərik?

   Warp motorları üçün yoxluqdan enerji yaratmaq

Bəxtimizdən kosmosda qaranlıq enerji dediyimiz enerji var.Qaranlıq enerji kainatın getdikcə genişlənməsinin əsas səbəbidir.Ancaq bu möhtəşəm miqdardakı enerji belə Warp motorlarını işlətməyə kifayət deyil.Əgər kainatda bizə lazım olacaq qədər enerji olsaydı,hər şey bu enerjinin təsirindən yanıb kül olardı.

   Buna görə də qaranlıq enerji fikrindən daşınmalıyıq.Başqa enerji qaynaqları tapmaq lazımdır.

   Taxionlar
   Bəzi nəzəriyyələrdə adları çəkilən bu hissəciklər bizə lazımlı enerjini verə bilər.Ancaq onun varlığı da tam olaraq isbat olunmayıb.Bu ondan istifadəni mümkünsüz edən 1-ci səbəbdir.2-ci səbəb də ondan ibarətdir ki,bu hissəciklər işıqdan sürətli hərəkət etdikləri üçün səbəb-nəticə əlaqəsini pozur və nəticənin səbəbdən əvvəl gəlməsini təmin edir.

Alcubierre'in Warp Drive sistemi üçün lazımlı enerjini təmin etmənin bir yolu da minlərlə ulduz stansiyası inşa etməkdir.Məsələn 26 işıq ili uzaqlıqdakı bir ulduza getmək üçün Dünya ilə ulduz arasında bu reaktorlardan ibarət bir kosmos metrosu tikməliyik.Bu zaman Warp köpüyü üçün lazımlı nerejini tunelin divarları verəcəkdir.Ancaq bunun üçün işıq sürətilə ən az 26 il yol gedib bu yerlərə kosmik reaktorlar döşəmək lazımdır.Yəni bir sözlə,10000 il kosmik tikinti işləri aparmaq üçün nə o qədər pulumuz,nə də ki zamanımız var.


                                     Mənbə: khosann.com



1 yorum: