Marsın səthində bir qaya parçası qəflətən peyda olsa nə baş verərdi? Hal-hazırda qırmızı planetdə kəşf gəzintisi edən robot Opportunity'nin önündə reallaşan hadisə də tam belə bir şeydi.Şəkildə görülən bu qaya parçası bir müddət əvvəl Opportunity tərəfindən görüntülənib.
Bəhs olunan bu qaya, robot tərəfindən 12 sol (1 Mars günü) əvvəl çəkilən digər görüntülərdə yox idi.İnsanı təəccübləndirən hadisəyə aid bir çox açıqlamalar var.Ancaq bunlardan ən çox özünə tərəfdar toplayanı o qədər də həyəcanlı olmayan növdəndir.Bu fərziyyəyə görə şəkildə görülən daş həmin yerə robotun təkərlərindən biri tərəfindən qısa bir müddət əvvəl sovrulub.Elə olsa belə,qayanın anormal açıq tonları və qırmızı rəngli iç hissələri həm "cemli pirojna" adlandırılmasına səbəb oldu,həm də bu cismin nədən ibarət ola biləcəyi haqqında maraq oyandırdı.
Daha sonra edilən kimyəvi analizlər qaya parçasının tərkibində əvvəllər sınanmış bütün nümunələrlə müqayisədə 2 dəfə daha çox manqan olduğunu göstərdi.Bu gözlənilməz ipucu bəşəriyyətin düşündüyü Marsın geoloji tarixi haqqındakı fərziyyələrə çox da uyğun deyil.Onu da qeyd edək ki,Opportunity Marsdakı 10-cu ilini qeyd edir.O, hal-hazırda Endeavor kraterinin kənarında yerləşən Murray təpəliyindəki araşdırmalarını davam etdirir.
Mənbə: Cosmos-Kozmos
0 yorum:
Yorum Gönder