Rusiya,təxminən 40 il əvvəl dayandırılmış Ay araşdırmaları proqramını yenidən canlandırır.Alimlər Ayı koloniyalaşdırmağın ölkə üçün perspektivlər açacağını bildirdilər.
Yaxın zamanlarda "Luna-25","Luna-26","Luna-27" kosmik aparatlarının Ay'a göndərilməyi planlaşdırılır.İlk missiyanın əsas məqsədi - Rusiyanın kosmik aparatlarının Aya eniş edə biləcəyi güvənini qazanmaqdır."Luna-27" eniş modulu su,daha doğrusu buz axtarmaq üçün lazımı texnika ilə təchiz ediləcək.Robotların Ayın lazimi nöqtələrinə çatdırılması üçün eniş modullarının istehsalı prosesi artıq başlanıb.
Bəzi mütəxəsislər Ay koloniyalaşdırılmadan Marsı koloniyalaşdırmaq düşüncəsinin düzgün olmadığını deyir.Rusiya Dövlət Astronomiya İnstitutunun üzvü Vladimr Surdin belə deyir:
Marsın koloniyalaşdırılması astronomiya dizaynerlərinin gözündən |
"Məncə Marsa uçuş uzaq bir perspektivdir.Ayda yaşamağı və çalışmağı öyrənə bilməsək,Mars tam adaptasiya oluna bilmərik.Marsa insanlı uçuşlar ideolojik anlam daşıyır.Əslində isə heç Marsın koloniyalaşdırılmağı fikrini ciddi düşünmür.Hələ ki bunu Ayda etməyi belə öyrənməmişik"
Ayın səthi meteroitlərin Aya çarpması nəticəsində yaranan incə toz təbəqəsindən ibarətdir.Buna "regolith" deyilir.Bu təbəqənin qalınlığı 1 neçə sm ilə 10-larla metr arasında dəyişir.Elm insanları,Ay regolith'indən dəmir,aliminium,silisium,titan,xrom,maqnezium əldə edə biləcəyimizi deyirlər.Əlavə olaraq isə hidrogen və suyun əldə olunması ehtimalı var.Hətta torpağından şüşə,seramika və başqa məhsullar istehsal oluna bilər.
Dünyada mövcud olmayan,lakin Ayda bol olan və olduqca perspektivli yanacaq olan Helium-3'ə xüsusi diqqət yetirmək lazımdır.Enerji tutumu çox böyük olan bu yanacağın 1 tonu 20 milyon ton neftə bərabərdir.Bu 1 tonu əldə etmək üçün isə 20 km kvadratlıq bir ərazini 3 metr qazmaq lazımdır.Helium-3 və Ay'ın koloniyası barədə daha dəqiq məlumat almaq üçün 2009-cu ildə çəkilmiş Moon filminə baxa bilərsiniz.
Moon filmindən bir kadr |
Mənbə: 1.Cosmos-Kozmos
2. www.permanent.com
0 yorum:
Yorum Gönder