İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

10 Şubat 2014 Pazartesi

, , , , , , ,

Bu planetin 1 ili bizim 8.5 saatımıza bərabərdir

       Gün ərzində sizin işdə keçirdiyiniz və ya evdə yataraq keçirdiyiniz vaxtın,700 işıq ili uzaqlıqdakı  planetin 1 ilinə bərabər olduğunu xəyal edin. "Kepler 78b" adlı bu planet öz günəşi (ulduzu) ətrafındakı 1 dövrü sadəcə 8.5 saatda tamamlayır.

    ABŞ-ın Massachusetts Texniki İnstitutundan (MİT) olan elm adamları Dünya ilə eyni ölçülərdəki bu planetin indiyə qədər kəşf olunmuş ən qısa dövr müddətinə sahib olan planetlərindən biri olduğunu bildirdi.Öz günəşinə xeyli yaxın olan Kepler 78b bilinən yaşam üçün əlverişli deyil.Səth temperaturu 2760 dərəcə selsidən çoxdur.Planetin öz ulduzuna olan yaxınlığı Merkurinin Günəşə olan yaxınlığından 40 dəfə daha çox olduğu məlumdur.Səth quruluşunun isə hərəkətdə olan lava okeanından ibarət olduğu düşünülür.Planet tamamilə dəmir elementindən təşkil olunmuşdur.

   Kepler 78b alovlar içindəki səthindəki materialların səbəb olduğu radiasiya kombinasiyalarından əks olunan işıq seli sayəsində elm insanlarının diqqətini çəkmişdir.MİT professorlarından Josh Winn belə qeyd edir:"Əslində bu planetin yox olmama səbəbi onun çox sıx bir kütləyə sahib olmasıdır.Bu xüsusiyyəti planeti daha da inanılmaz edir".

    Planet Cygnus (Siqnyus) ulduz qrupunda yerləşir.Daha da dəqiqləşdirsək,Kepler 78b sistemində olan bu planetin dövr etdiyi günəşinin ətrafında daha 2 planet də var.Ancaq onlardan dünyaya ən çox bənzəyəni elə Kepler 78b-dir.Ətrafında çox zəif şəkildə atmosferi var.

      Bu planet Kepler teleskopundan gələn məlumatlar vasitəsilə kəşf olunub.Teleskop kosmosda yerləşdirilib və ulduzlardan gələn işıqları araşdıraraq onların ətrafında planetlərin olub olmadığını müəyyən edir.Sizə çox mənasız bir vəzifə kimi gələ bilər.Ancaq dünya bənzəri planetləri araşdıraraq,bizə yeni bir evin axtarışını edir.150mindən çox ulduzdan gələn işığı analiz edən bu teleskop,planetlər ulduzun qarşısından keçərkən onların mövcudluğunu təsdiq edə bilir.Bu prosesi lampanın qarşısındakı milçəyin necə kölgə yaratdığını təsəvvür edərək anlaya bilərsiniz.
     Ölçüsü isə dünyanın ölçüslərinə yaxındır demişdik.Belə ki,dünyadan cəmi 20% böyükdür.Yer kürəsinin diametrinin 12742km olduğunu bilirik.Kepler 78b-nin diametri isə 14800km-dir.



                                      Mənbə:  1. Cosmos-Kozmos
                                                   2. apod.nasa.gov

3 yorum:

  1. Çox sevərək oxuduğum nadir bloq yazarlardan birisiniz. Sizi gec kəşf etdiyim üçün təəssüflənirəm.

    YanıtlaSil