Daha öncә mәlumat verdiyimiz (buradan oxuya bilərsiniz),astronomların yeni kəşf etdiyi səkkiz planetdən birinin,Dünyaya ən çox bənzəyən planet olduğu aydın oldu.NASA-nın kosmik teleskopu Kepler ilə təsbit edilən 'Günəş sistemi xaricindəki' bu planetlərdən yalnız üçündə həyat imkanları müşahidə edilib.Həyata uyğun olma ehtimalı olan planetlərə Kepler 438b,Kepler 442b və Kepler 440b adları verilib.Bu planetlər arasında da Dünyaya ən çox bənzəyənin də Kepler 438b olduğu bildirilib.Daha əvvəl isə Kepler 186f adlı planetin Dünya ilə bənzərlikləri ən çox olan planet olduğuna inanılırdı.Dünyadan %12 nisbətində daha geniş olan Kepler 438b,Kepler 186b'dәn daha böyükdür.Hәmçinin, ulduzuna daha yaxın məsafədə dönməsi səbəbiylə,Dünya ilә müqayisə etdikdә %40 daha çox işıq alır.ABŞ-ın Kaliforniya ştatındakı araşdırma mərkəzi SETİ-dә çalışan Dr. Doug Caldwellə görə,438b-nin səthi Dünyanın səthindən daha istidir.Caldwell,qırmızı cırtdan günəşi ətrafında dönən bu planetdən baxıldığında səmanın,Dünyaya müqayisədə daha qırmızı göründüyünü söyləyir.

Caldwell,planetlәrin Dünya kimi sәthi olduğunu vә aldıqları işığın da demәk olar ki,Yer kürәsindәkinә bәrabәr olduğunu bildirib.
- Daha әtraflı mәlumat irәlilәyәn günlәrdә paylaşılacaq.
Görəsən başqa canlılar da bizi axtarırmı?
YanıtlaSil