Alimlər Süd yolunun mərkəzindəki superkütləli qara dəlikdə böyük x-ray partlayışı qeydə alıb.NASA-nın Chandra X-ray rəsədxanasının qeydə aldığı hadisə,qara dəliyin "davranışı" və ətrafındaki hadisələr ilə bağlı suallara səbəb olmaqdadır.Rəsədxana Süd yolunun mərkəzində əvvəlkilərə nisbətən 400 qat daha şiddətli bir partlayış təsbit edib.Sagittarius A adlanan və Süd yolunun tam mərkəzində olan superkütləli qara dəlik təxminən 4,5 Günəş kütləsinə bərabərdir.Elm adamları Sagittarius A-nın ətrafında G2 adlı bir qaz buludu təsbit etmiş və bunun,qara dəliklə qarşılıqlı təsirini yaxından izləməyə başlamışdı.
Massachusetts Amherst Kollecindən araşdırmaçı Darly Haggard:"Təəssüf ki,G2 qaz buludunda gözlədiyimiz "atəşfəşanlıq" baş vermədi,ancaq təbiətin çaşdırıcı təsiri özünü yenə göstərdi və başqa bir partlama gördük "-deyir.14 sentyabr 2013-cü ildə Haggard və qrupu Sagittarius A yaxınlığında normaldan 400 qat daha parlaq bir x-ray partlaması təyin etdi.Bu,qara dəlik yaxınındakı 2012-ci ildə görülən x-ray partlayışına görə üç qat daha böyük partlayış idi.20 oktyabr 2014-cü ildə baş verən isə qat daha parlaqdır.
Alimlər G2'nin 2014-cü ildə qara dəliyə 24 milyard kilometr yaxınlaşdığını təxmin edir.Chandra'nın 2013-də qeyd etdiyi G2 partlamasına nəzərən yeni partlayış 100 qat daha parlaq idi.Araşdırmaçılar qara dəlik yaxınlığındaki bu böyük partlayışı iki cür açıqlamağa çalışır.Birincisi bir asteroidin qara dəliyin çox yaxınında sorulması və böyük kütləli cazibə qüvvəsi səbəbiylə parçalanmasıdır.Qara dəliyin böyük cazibə qüvvəsi səbəbiylə orbiti pozulan asteroid geri dönüşü olmayan bir yola girir və yoxa çıxmazdan əvvəl müşahidə edildən x-ray şüalarını yaydı.
Massachusetts İnstitutu araşdırmaçılarından Fred Bagaboff:"Bir asteroid bir neçə saat içində qara dəlik tərəfindən parçalarına ayrıla bilər.Partlamanın şiddəti bu ehtimalı nəzərə almamızı təmin edir "-deyir.Böyük bir asteroidin partladığını müdafiə edən bu yanaşmanın da təsdiqlənməsi üçün əlavə dəlillər gərəkir.İkinci təxmin isə qara dəlik,onu əhatə edən qazı maqnit sahəsi vasitəsilə möhkəmcə sıxa biləcəyi yönündədir.Bəzən maqnit sahəsi x-ray şüalanmasına səbəb olur.Bu tip hadisələri Günəşdə də müşahidə edə bilərik.
Almaniyanın Max Planck İnstitutundan Gabriele Ponti:"Belə nadir görülən hadisələr bizə kainatın ən qəribə cisimlərinin strukturlarını və davranışlarını anlama şansı verir"-deyir.Qara dəlik yaxınlığında yüksək maqnit sahəsinə malik neytron ulduzu üzərində aparılan tədqiqatlar nəticəsində G2 qaz buludunun tapılması çox əhəmiyyətli məlumatları təmin edə bilər.Chandra rəsədxanası alimləri işin sirrini hələ də tapa bilməsələr də,bu mövzuda önəmli addımlar atıldığı güman edilir.
0 yorum:
Yorum Gönder