İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

12 Ocak 2015 Pazartesi

Kosmosda ulduzu olmayan planet - PSO J318.5-22



Beynəlxalq astronomlardan ibarət bir qrupun kəşf etdiyi,hər hansısa ulduzun orbitində olmayan və kosmosda sərbəst halda hərəkət edən bu planet Dünyadan sadəcə 80 işıq ili uzaqlıqda yerləşib və Yupiterdən 6 qat daha böyükdür.Planetə PSO J318.5-22 adı verilib.Haleakalā-da yerləşən Pan-STARRS 1 (PS1) adlı geniş diametrli araşdırma teleskopu bu yalnız planetdən yayılan bənzərsiz bir istilik hərəkətini müəyyən edib.Hawaiidəki teleskopundan davam etdirilən müşahidələr nəticəsində planetin bir ulduzunun olmadığı və "qaz nəhəngi" planetlər qrupuna daxil edildiyi bildirilib.Hawaii Universiteti Astronomiya İnstitutundan Dr. Michael Liu,"Daha əvvəl kosmosda sərbəst şəkildə irəliləyən bir obyekt görməmişdik.Yalnız planet,gənc planetlərdə görülən bütün xüsusiyyətlərə məxsus olsa da,sərbəst bir şəkildə kosmosda hərəkət edir.Hər zaman belə cisimlər olduğunu düşünürdük,amma olduğundan artıq əminik"-deyir.

Günəş,Yupiter və PSO J318.5-22-nin müqayisəsi

Max Planck Universitetindən Dr. Niall Deacon isə"Keçdiyimiz son on ildə günəşinə olduqca uzaqda yerləşən xarici planetlər kəşf edilsə də,bu planetlər hələ də ulduzunun cazibə qüvvəsi altında idilər.Bunların hamısı gənc ulduzlara sahib idilər (200 milyon ildən az) PSO J318.5-22 isə aşağı cazibəli,sərbəst üzən kütlələrdən biridir,bəlkə də ən az kütləyə sahib olanıdır.Lakin ən bənzərsiz yanaşma,kütlə,rəng və enerji çıxışının digər göstərilən planetlərlə bənzər olmasıdır.Normalda bu planetləri parlaq ulduzları səbəbilə görmək çətindir,lakin bu planetin ulduzu olmadığından onu müşahidə etmək olduqca asan oldu.

PSO J318.5-22-nin kosmik boşluqdaki yeri və fərqləndirilməsi

Bu planet Yupiter kimi "qaz nəhəngi" planetlərinin yaranmasının dərhal sonrasını anlamaq baxımından mükəmməl bir fürsət təmin edəcək,"-deyir.PSO J318.5-22 planeti "qəhvəyi cırtdan" adlanan sönmüş ulduzların araşdırması zamanı aşkar edilmişdir.Zəif istilikləri və rəngləri səbəbilə bu planetlər çox qırmızı bir rəngə sahib olurlar.Bu "qəhvəyi cırtdan" adı verilən ulduzlar PS1 teleskopu ilə hər gecə yoxlanır.PSO J318.5-22 olduqca qəribə bir planet olduğu üçün daha tez diqqətə çarpır.Planet o qədər qırmızıdır ki,bilinən bütün "qəhvəyi cırtdan"-lar ilə müqayisə belə oluna bilməz.PS 1 teleskopu hər gecə 4000 terbayt ölçüdə fotoşəkil əldə edir(txm. 4000 terabayt=4,000,000 gb).
Mənbə : ScienceDaily

1 yorum:

  1. Hard Rock Hotel and Casino Philadelphia Archives - Dr. Maryland
    Hard Rock 밀양 출장안마 Hotel and Casino Philadelphia's historic Casino. (Photo: 구미 출장샵 GRAND OPENING) – 용인 출장샵 (PRESS RELEASE) -- For years, Hard Rock has housed some 정읍 출장샵 of the world's most 파주 출장샵 legendary

    YanıtlaSil