İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

23 Şubat 2014 Pazar

Mövzudan kənar - Hüseynli Nərmini xilas edək!

    

Bu günkü mövzu heç də ulduzlara,Aya və yaxud qalaktikalara aid deyil.Bu gün bir xeyriyyə aksiyasından danışacam.Hüseynli Nərmin haqqında.

Hüseynli Nərmin 1 May tarixində yanlış diaqnoz zob adıyla əməliyyat olunmuşdur.Sonradan  limfa vəzlərində problem olduğu aşkarlanmış və xəstə 24 iyun tarixindən Milli Onkologiya Mərkəzində kimyaterapiya müalicəsinə başlamışdır. 7 kurs kimyaterapiyadan sonra 30 noyabr tarixində müalicəsi bitmiş və qismən sağalmışdı.Lakin yanvar ayında edilən analizlər göstərdi ki xəstəlik onun sümük iliyinə keçmişdir.Hal-hazırda yenə kimyaterapiya alır.Bu müalicə ərzində isə onda qan göstəriciləri kəskin aşağı düşür və nəticədə qanaxma qansızmalar baş verir.Müalicəsi Almaniya,Türkiyə və İsraildə aparılmalıdı.Çünki Nərminin sağlamlığına qovuşması üçün ona sümük iliyi köçürülməlidi.Bunun üçün araşdırmalara görə 150.000euro tələb olunur.

İndi biz gənclər olaraq bu qıza yardım etməyə çalışırıq.Bəzilərimiz kitab və ya əşyalar toplayır,bəzilərimiz təşkilati işlərlə məşğul olur,bəzilərimiz isə küçələrə düşüb pul yığırıq.Şəhərin küçələrində bu qızın şəklini göstərib ianə toplayırıq.Yardımsevər insanlar köməklik göstərirlər.Ancaq bəzilərindən elə sifət görürük ki,nəysə demirəm burasını.Ən çox da ürəyimizi ağrıdan bilirsiniz nə oldu?Yardım toplamaq üçün dərdimizi danışanda həmsöhbətimiz deyirdi ki,mən də xərçəng xəstəsiyəm və öz dəstəyini edirdi.Bəzilərinin isə anası bu xəstəlikdən əziyyət çəkir.Bu xəstəlikdən əziyyət çəkən hər kəsin tez bir zamanda sağalmasını arzu edirik.



  Hüseynli Nərminə necə kömək edə bilərsiniz?

1) 1-ci gün saat 10:00-dan 22:00-a qədər Park Bulvarın ikinci mərtəbəsində xeyriyyə yarmarkası keçiriləcək. Həm gəlib bazarlıq edə, həm də bu bazarlıq vasitəsi ilə Nərminə kömək edə bilərsiniz.

2) Oda teatrı fevralın 22-si və 23-ü saat 15:00-da, 17:00-da və 19:00-da tamaşalar göstərəcəklər, tamaşalara giriş bileti 3-4 manat olacaq, gələn bütün gəlir isə Nərminin hesabına köçürüləcək. Ünvan: Tarqovı, İSR Plazanın arxası, Topçubaşov küç. 38 ZİRZƏMİ məkan.

3) Bank vasitəsi ilə dəstək olmaq üçün:
http://quickpay.goldenpay.az/Template/Default.aspx?mer=nermin

Benefisiarın adı: Hüseynli Nərmin
Bankın adı: Azərbaycan Beynəlxalq Bankı
Benefisiarın hesablaşma hesabı İBAN: AZ82IBAZ33801019442808378213
Card to card (kartdan karta) köçürmə etmək istəyənlər üçün:6762 6121 0411 0249

Paypointden digər xidmətləri>>> Unibank>> pin kod=5j34ldc>> plastik kartlar>> visa electic kredit'ə basandan sonra yeni səhifə gələcək orda istədiyiniz məbləği daxil edəcəksiniz və ödəniş olacaq. Burdakı hesab Islamzade Ezizenin adınadır.

4) İngilis dili öyrənərək Nərminə dəstək ola bilərsiniz, ətraflı:https://www.facebook.com/photo.php?fbid=1409937392594122&set=a.1391943487726846.1073741830.100007336231391&type=1&theater

5) Fransız dili öyrənərək Nərminə dəstək ola bilərsiniz, ətraflı:
https://www.facebook.com/photo.php?fbid=10201303394696095&set=a.1177551808174.2024425.1509503671&type=1&theater

6) Əli Xəyyamın Ali&Nino kitab mağazalarında və Prezident kitab evində satılan "YYS" və "Deyil" kitablarından gələcək olan gəlir də Nərminin hesabına köçürüləcək.

7) Ölkəsindən asili olmayaraq (avropa, usa,ingiltere,braziliya,tailand,hindistan, singapyr,dubag,argentina ve s ) viza düzeldecek dostlarınızı zəhmət olmasa, https://www.facebook.com/ayten.bayramova - Nana Bayramidzeye yönləndirin. Viza üçün nəzərdə tutulan xidmət haqqları hamısı Nermin Huseyinlinin müalicəsi üçün köçürüləcək .

8) İstifadə etmədiyiniz kitablar varsa, bizə gətirin. Kitablar toplanacaq daha sonra sərgi təşkil olunacaq. Sərgi 28 may metrosu ətrafında planlaşdırılır. Kitabların hansı növ olması vacib deyil. Yığılan məbləğ gənclərimiz üçün xərclənəcək ! 1 Kitab belə olsa əsirgəməyək !
Son tarix: 25 Fevral 2014
Kitabların yığılacağı ünvan: Amerika səfirliyinin yanı Süleyman Rüstəm 52 A
Əlaqə tel 440 97 09 ; 050 559 49 32 ; 055 939 99 28

9) Sumqayıtda yaşayırsınızsa,
https://www.facebook.com/events/1376258845979571/

1 Azn-in belə bizim üçün necə önəmli olduğunu düşünə bilmərsiniz.Sabah saat 10:00-22:00 arası Park Bulvardakı kitab satışı aksiyasında sizləri gözləyəcəyik! Əldə olunan bütün yardımlar Nərminin əməliyyatı üçün xərclənəcək.

0 yorum:

Yorum Gönder