İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

28 Şubat 2014 Cuma

Kepler 715 yeni planet kəşf etdi

    NASAnın Kepler teleskop peykindən daxil olan məlumatlar sayəsində 715 yeni planet kəşf olundu.Bu planetlər 305 ulduzun ətrafında dövr edir.Ölçüləri Neptunun 95%-i ilə 4 Dünya arasında dəyişən bu planetlər həm də indiyə qədər kəşf olunmuş Dünya ölçülərinə yaxın planetlərin sayında əhəmiyyətli bir artımı da özündə əks etdirir.


     NASAdan John Grunsfeld:"Kepler heyətinin yeni ovları bizi yenə həyəcanlandırdı.Qarşıdakı illərdə fəaliyyətə başlayacaq olan James Web Teleskopu üçün də önəmli hədəflər müəyyən etdi".

    İlk planetin kəşfindən indiyə qədər ekzo planet kəşfi çətin və əziyyətli olmuşdur.Hazırda isə alimlər ulduzun ətrafında dövr edən 1-dən çox planeti belə görə biləcək texnikaya və metodlara sahibdirlər.Keplerin son 2 il ərzində (2009-2011) işarə etdiyi "namizəd planetləri" təsdiqləmək üçün NASAnın Ames Tədqiqat Mərkəzində çalışan Jack Lissauerin komandası işlər görür.

   150.000 ulduzu araşdıran Kepler teleskopundan gələn məlumatlar dəqiqliklə tədqiq olundu.Bir neçə min namizəd planet qaldı.Bu namizədlər Keplerin ulduzları arasında səpələnsəydi,ancaq bir neçə planet tapıla bilərdi.Lakin Kepler 100-lərlə ulduzdakı minlərlə namizəd planeti görməyi bacardı.Diqqətli çalışmalardan sonra isə 715 planetin kəşf olunduğu təsdiqləndi.


  4 il əvvəl fəaliyyətə başlayan Keplerin ilk kəşfi 100-lərlə planet olmuşdu və bunu 1000-lərləsi izlədi.Amma bunlar sadəcə namizəd idi.Bu,qrup planet sistemlərindəki planetləri araşdıra bilmək üçün önəmli bir üsuldur.Planetlərin necə yarandıqları haqqında da əhəmiyyətli informasiyalar əldə etdik Kepler sayəsində.

    Bu planetlərdən ən çox diqqət çəkənləri isə maye halda suyu özündə saxlamaq üçün yetərli temperatura malik olanlarıdır.Bunlardan biri Kepler-296f adlı planetdir.Bu planet Günəş bənzəri bir ulduzun ətrafında dövr edir.Dünyadan 2 dəfə böyük olan planetin atmosferinin hidrogen-heliumdan ibarət olduğu mu,yoxsa okeanlarla örtülmüş mü olduğu hələ ki bilinmir.

   Kaliforniyadakı SETİ mərkəzindən Jason Rowe: "Bu işdə biz atomun klassik modeli kimi planetlərin ulduzlarının ətrafında düz və yuvarlaq bir orbitdə dövr etdiyini düşündük.Ulduzların içində evimizə bənzər izlər axtarmağa çalışdıq.Bu sayədə kəşf daha asan oldu".

  Bu son kəşflər,təsdiqlənən ekzoplanetlərin sayını 1700-ə çatdırdı.2009-cu ilin mart ayında kosmosa göndərilən Kepler kosmik aparatı Dünya bənzəri planet kəşfi üçün hazırlanmış ilk teleskopdur.

Kepler teleskopu



                                                             Mənbə: Astronomi Diyarı

0 yorum:

Yorum Gönder