Bu şəkil yeni kəşf olunan qalaktikaların ümumi və tək tək görünüşləridir.Şəklə diqqətlə baxsanız kənardakı A,B,C,D kadrlarını ümumi halda görə bilərsiniz. |
NASAnın Hubble kosmik teleskopu 13,2 milyon işıq ili uzaqlıqdakı 3000-dən çox qalaktikanı görüntüyə alıb.Bu qalaktikalar əvvəllər heç vaxt görülməyib və hərəsinin içində 10 milyon - 100 trilyon ulduz olduğu ehtimal edilir.
Amerika Astronomiya Birliyinin verdiyi məlumata görə bu qalaktikalar hələ "bala" qalaktikalardır.Big Bangdən 500 milyon il sonrakı halını gördüyümüz bu qalaktikaların ölçüləri bizim qalaktikamız olan Süd Yolunun sadəcə 100-də 1-i qədərdir.Hubble teleskopunun daha da təkmilləşdirilməsi nəticəsində biz kainatı 20 qat daha yaxşı görə bilirik və bunun sayəsində də yeni qalaktikalar tapa bildik.
Kaliforniya universitetinin professoru Garth İlingworth bu haqda belə fikir bildirdi : "Böyük Partlayışdan sadəcə 500 milyon işıq ili sonraya səyahət etdiyinizi düşünün.Qalaktikalar bir-birlərinə daha yaxın və daha kiçikdirlər.Mavi işıq yayırlar və hər yerdədirlər.Bir çox element hələ yaranmamışdı.Planetlər belə yox idi.Böyük bir ehtimalla,hələ Süd Yolundakı heç bir cismə bənzəmirdilər".
Bu şəkillərdə qeyd etdiyimiz kimi 3000-dən çox,daha öncə görmədiyimiz qalaktika var.Bunların böyük bir hissəsi Süd Yolu qalaktikasından 1000 dəfə daha kiçikdirlər.Ulduzlardan gələn işıq 1 ildə 9,6 trilyon km qət edir.Bu da bizim onların hələ milyon,hətta milyard il əvvəlki formalarını gördüyümüzü ifadə edir.
Mənbə: Hubble Space Telescope
Hubblesite
0 yorum:
Yorum Gönder