İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

7 Ocak 2014 Salı

, , , , ,

Nikola Tesla - qısa tarixcə

   Siz onu yəqin ki o qədər də yaxşı tanımırsınız.Ancaq Nikola Tesla bəşəriyyətin ən böyük fiziklərindən olub.Bu gün onun ölüm günü olduğu üçün qısa bir yazını ona ithaf etmək yerinə düşərdi.

  7 yanvar 1943 - Serb əsilli amerikan fiziki,elektrofiziki,"kəşfçisi" Nikola Teslanın öldüyü gündür.O,1856-cı ildə indiki Xorvatiya torpaqlarında anadan olmuşdur.İndiki yazımızın mövzusu bu olmadığı üçün yalnız kəşfləri haqqında yazacam.

  Dərs kitablarında çox nadir hallarda öyrədilsə də,Tesla dövrünün ən dahi insanlarından olmuşdur.Xüsusilə də elektrik cərəyanlarının kabelsiz daşınması sahəsində əvəzsiz işlər görmüşdür.Elektriki kəşf edən Edison ilə arasında gərgin mübarizə gedirdi.Nikola Teslanın elektriklə bağlı çoxlu kəşfləri var.

   Tesla dünyanın ilk su-elektrik stansiyasının "kəşfçisi" idi.Bu stansya Niaqara şəlaləsində yerləşir və hələ də işlək vəziyyətdədir.Ən böyük xəyallarından biri olan - kabelsiz enerji daşınması sahəsində təcrübələr etmişdir.Kilometrlərlə uzaqlıqdakı elektrik lampalarını kabelsiz olaraq işlədə bilmişdir.Tesla ilk süni şimşək yaradan insan kimi tarixə keçmişdir.Elektrik ötürülməsində Edisonun "birbaşa axın"ına qarşı özünün "alternativ axın nəzəriyyəsi"ni irəli sürmüşdür.Radio sistemi (çoxları elə bilir ki,radio sistemi Marconi tərəfindən icad edilib,ancaq bu səhvdir) , flurosent lampa,pult,neon işıqları,sürət ölçən,maşınlardakı xodlama müxanizmi,lazer texnologiyası,radar texnologiyasının əsasları,elektrik mikroskobu,mikrodalğa sobanı kəşf etmişdir.Tesla elm dünyasından 60 il əvvəl rezonans tezliklərini hesablaya bilmişdir.Tesla dünyanın ilk milyarderi ola bilərdi.Lakin o,sadəcə olaraq patentləri qarşılığında aldığı 216 min dollar ilə kifayətləndi.Çünki onun məqsədi insanlara ucuz,hətta pulsuz elektrik enerjisi vermək idi.

   Nikola Tesla 86 yaşında öz iş otağında ürək çatışmazlığından vəfat etmişdir.Teslanın 700dən çox patenti olmuşdur.O dövrün ən böyük elm gücü sayılan Edison tərəfindən sıxışdırılmasa və yetərli maliiyyə dəstəyi olsa idi nələri bacaracağını düşünmək belə mümkün deyil.


                                              Mənbə : Evrenin işleyişi
                                                           Wikipedia


0 yorum:

Yorum Gönder