İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

28 Aralık 2013 Cumartesi

, , , ,

Qara dəliklər bildiklərimizin sərhəddidir - 2

              
   Bundan əvvəlki məqaləmizdə qara dəliklər haqqında məlumat vermişdik.Qara dəliklərdə işığın (yəni hər hansı cisim-ulduz,planet və ya başqa kosmik cisim) bu dəliklər tərəfindən udulduğu yerə hadisə üfüqü və ya horizonu (event horizon) deyilir.İşıq da daxil olmaqla,heç bir maddə bu sərhəddi keçdikdən sonra bir daha oradan çıxa bilməz.Qara dəliyə düşən cisim  bütöv halda deyil,fəzanın əyilməsi sayəsində maddə halında hərəkət edir.Bu,insan və ya bərk bir cisim olsa belə nəticə dəyişməz.


                    Qara dəlik necə yaranır?
   Qara dəliklər yaranma mənbələrinə görə ulduz qara dəlikləri,ilkin qara dəliklər,orta kütləli qara dəliklər və super kütləli qara dəliklərə bölünür.

     Ulduz qara dəlikləri - Adından da göründüyü kimi bu qara dəliklər ulduzlarla əlaqəlidir.Ulduzlar həyatları boyu fusion reaksiyaları (ərimə reaksiyası) vasitəsilə hidrogen kimi zəif elementləri dəmir kimi ağır elementlərə çevirir.Bu elementlər cəzbetmə qüvvəsi vasitəsilə ulduzun mərkəzinə doğru çəkilməklə bərabər,həm də itələmə qüvvəsi vasitəsilə xaric olunur.Ancaq bütün zəif elementlər enerjiyə çevrildikdən sonra ulduzdakı cəzbetmə,yəni kütləçəkim qüvvəsi itələmə qüvvəsinə üstün gəlir və ulduz öz mərkəzinə doğru çökür.Bir çox ulduz bu hadisədən sonra "ağ cırtdan"lara çevrilər.Ancaq daha böyük ulduzlar-Günəşdən 15 dəfə ağır ulduzlar həyatlarını sonlandırarkən sürətli nüvə büzülməsi keçirərək təxminən 8km diametrli,10^16 qram/s(10 üstü 16) sıxlığında qara dəliyə çevrilirlər.

Qara dəlikdən maddə və ya foton'un qaça bilməyi üçün onun sürəti işıq sürətindən böyük olmalıdır.İşıq sürətindən daha böyük bir sürət hələ ki kəşf edilmədiyindən,bu hadisə bizə müəmmalı olaraq qalır."Qara dəliyə düşən maddə artıq başqa bir kainatdadır".Bu fikir bizə maddənin kainatdan kənara çıxdığını söyləmir.Sadəcə olaraq maddə ilə artıq əlaqəmiz kəsilmişdir.
NGC 7052 adlı qalaktika və mərkəzdə qara dəlik səbəbi ilə yaranmış toplanma diski.Bu qara dəlik ulduz qara dəliyidir.

Qara dəliklərdə çox güclü cazibə qüvvəsi olduğunu bilirik.Qalaktikaların mərkəzlərindəki qara dəliklər ətrafdakı ulduzlardan komponentlər qopararaq toplanma diski yaradır.Bu toplanma diskindəki maddələr isə bir müddət sonra qara dəlik tərəfindən udulur.

       İlkin qara dəliklər - kainat ilk yaranan vaxtlarda maddələrin mükəmməl sıxlığından yarandığı fərz olunur.Böyük Partlama (Big Bang) modelinə görə kainat yaranandan sonrakı ilk bir neçə dəqiqədə temperatur və sıxlıq dəhşətli dərəcədə çox olub.Bu dəliklər də elə yüksək sıxlıqdakı dalğalanmalardan yaranmışdır.Kütləsi 10 üstü 14 vəya 10 üstü 23 kq olan bu maddələr alimlərin son dövrlərdə kəşf etdikləri qaranlıq maddə də ola bilərlər.Bu qara dəliklər qalaktikaların mərkəzində deyil,kosmosdakı boşluqlarda yerləşir.Mikro qara dəliklər də adlanır.

    Orta kütləli qara dəliklər - 100-10.000 Günəş kütləsinə bərabər olan bu qara dəliklər kiçik və super kütləli qara dəliklər arasında aralıq mövqe tuturlar.40 il əvvələ qədər qalaktikaların mərkəzlərinə yerləşdikləri bilinməkdəydi.Ancaq əslində belə deyildi.Kainatda boş halda gəzən bu qara dəliklər çox güclü işıq saçırlar.Əslində isə bu işıq onlardan yox,udduqları cisimlərdən-ulduzlardan gəlir (Bu işığı ovdan gələn ah-nalə kimi də başa düşə bilərsiniz).Bəzi alimlər elə düşünürlər ki,orta kütləli qara dəliklər ulduz qara dəliklərinin daha da böyümüş formalarıdır.Orta kütləli qara dəliklərə nümunə olaraq M-82 qalaktikasındakı qara dəliyə baxaq.Parlaqlığına baxsaq görərik ki,kütləsi 460 Günəş kütləsinə bərabərdir.Bizim qalaktika olan Süd yolundan 5 qat,mərkəzindən isə 1 qat daha parlaqdır.Teleskopla baxdıqda M-82 göy üzündəki ən parlaq qalaktikadır.
     M-82 qalaktikasının X-şüa teleskopundan görünüşü.Mərkəzdə görsənən qırmızı rəng qara dəlikdən çıxan                                                                        X şüasıdır.

    Orta kütləli qara dəliklər də ətrafındakı ulduzların maddələrindən bəslənərək həyatlarını davam etdirirlər.Əvvəlcə ətrafındakı ulduzun xarici təbəqəsini,daha sonra isə daxili təbəqəsini sovurur.Bu zaman isə ətrafında toplanma diski yaradır.

  Orta kütləli qara dəliklərə daha bir nümunə.Şəkildə göstərilən parlaq cisim ESO 243-49 qalaktikasıdır.Dairəyə alınmış cisim isə HLX-1 qara dəliyidir.Bu qara dəlik 2004-cü ildə göndərdiyi ultra radiasiya şüası ilə ilk dəfə görünmüşdü.Ancaq həmin vaxtlar onun qara dəlik olduğu bilinmirdi.2009-cu ildə isə rəsmən qara dəlik olduğu elan olunmuşdur.

Super kütləli qara dəliklər haqqında məlumat növbəti məqaləmizdə olacaq.

0 yorum:

Yorum Gönder