İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

27 Aralık 2013 Cuma

, ,

Qara dəliklər bildiklərimizin sərhəddidir - 1

Qara dəliyin ulduzu udması

Qara dəlik nədir?
Qara dəliklər izahı bir qədər çətin olan kosmik cisimlər olduqları üçün yazımıza belə bir misalla başlayaq.

4 nəfərin böyük bir parçanı uclarından tutduğunu fərz edək.Biz də bu parçanın ortasına dəmir bir top ataq.Parçanın ortasında,yəni ağırlıq mərkəzində dayanacaq olan top parçanı biraz daha yerə yaxınlaşdıracaqdır.Daha ağır bir topu parçanın üzərinə atsaq mərkəz yerə daha çox yaxınlaşar.Başqa bir yüngül topu parçanın mərkəzinə doğru yumalasaq,həmin top öz yolundan biraz da olsa dönüb əyri traektoriya çəkər.Bunun səbəbi isə üzərində hərəkət etdiyi parçanın səthinin yerə paralel olmamasıdır.Bunları niyə izah edirik?Cavab-cismin kütləsinin fəzaya necə təsir etməsini araşdırmaqdır.

Günəşin fəzanı əyməsi və dünyanın bu əyilmiş traektoriya boyu Günəş ətrafında hərəkəti

Kosmosdakı bütün cisimlər ona şəkildəki və misaldakı kimi təsir edirlər.Bu təsir onların kütlələri sayəsində gerçəkləşir.Çevrələrində bir kütlə çəkim sahəsi yaradırlar.Bu təsirin səbəbi də fəzanın deformasiyasıdır.Bəs qara dəliklər hardadır?Planetləri və ulduzları yüngül toplar və ağır toplar kimi sivmollaşdırmışdıq.Bəs qara dəlikləri necə simvollaşdıraq?Bildiyimiz bir şey var ki qara dəliklərdən qaçışın mümkün olmadığıdır.Kütləçəkimləri bu qədər yüksəkdir.Qara dəlikləri bizim misala daxil etməyimiz üçün onların ölçülərini bir neçə dəfə kiçildib,çəkilərini isə qat qat artırmağımız lazımdı (ancaq qara dəliklər o qədər də kiçik deyildir).Biz burada qara dəlikləri misaldakı ən böyük topdan 100.000 dəfə daha ağır bir şarik kimi qiymətləndirməliyik.Əgər parçamız yetərincə sağlamdırsa,bu şarikləri parçanın üstünə atdıqda parça maksimum dərəcədə əyiləcəkdir.İndi isə bu şarikin ətrafına biraz əvvəl dediyimiz toplardan birini ataq.Görəcəksiniz ki,top həmin şarikin yaratdığı çuxura tərəf yönələcək və onun içinə düşəcəkdir.Bu - qara dəliyin ulduzu udması prosesidir.
İşığın fəza-zamanda planet və ya ulduz tərəfindən istiqamət dəyişdirməsi


Qara dəliklər haqqında onu da qeyd edək ki,bu kosmik cisimlər hətta işığın belə qaçmağına icazə verməyən,sıxlığı çox olan və fəzanı sonsuza qədər əyə bilən cisimlərdir.Qalaktikaların mərkəzlərində qara dəliklər mövcuddur.Qara dəlik qalaktikanın mərkəzinin ətrafındakı cisimləri yüksək sürətlə hərərkət etdirir,isidir və yüksək enerjili X-şüaları yayır.Buna görə də qalaktikaların mərkəzləri şəkillərdə parlaq görünür.

Qara dəliklər öz kütlələri qədər kütlə çəkiminə sahib olur.Yəni Yupiter ölçüsündə bir qara dəliyin cəzbetməsi Yupiterin kütləsindən çox olmaz.Ancaq ölçüsü onun ölçüsündən qat qat kiçik olar.

Qara dəlik haqqında daha çox məlumat üçün növbəti məqaləmizə baxın.


1 yorum: