İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

18 Ocak 2015 Pazar

Olbers paradoksu - Gecәlәr niyә gündüzlәr kimi parlaq deyil?















     Dünyanın öz oxu ətrafında dönməsi gecə-gündüzü meydana gətirərkən,Günəş ətrafında dönmәsi isә mövsümləri meydana gətirir.Gündüz,Dünyamızın Günəşə baxan qisimində aydınlıq-gündüz olur.
     Bәs kainatda sonsuz sayda ulduz varsa,onda nə üçün gecələri səma bu sonsuz sayda ulduz tərəfindən gündüz kimi aydınladılmır?
    Uzun dövr hakim olan düşüncəyə görə kainat sonsuzluqdan bәri mövcuddur.Sonsuzluqdan bəri var olan bir kainatda (sabit kainat modeli) gecə,göy üzü niyә qaranlıqdır?Әslindә gecәlәr parlaq olmalı idi,çünki milyardlarla qalaktika və qalaktikaların әmәlә gәtirdiyi ulduzlar vardır.Әgər kosmosun sərhədləri yoxdursa və əzəldən bəri kainat varsa,bu halda sonsuz sayda ulduz var deməkdir.Bu da bol miqdarda işıq mənasını verir.Amma hamımızın şahid olduğumuz kimi,gecə göy üzü qaranlıqdır.Bu bizim gözümüzün gecә zәif görmәsi ilә dә әlaqәdar deyil,müxtәlif vasitәlәrlә dә bunu müşahidә edә bilәrik.
   Әslində bu sualın ilk soruşulduğu tarix 1577-ci ilә qədər getməkdədir;ancaq elmi baxından ilk dәfә Heinrich Olbers tərəfindən 1826-ci ildə soruşulmuşdur.Bu sual,1577-ci ildən bəri təxminən 500 il astronomların baş sındırdığı sual olmuşdur.Suala müxtәlif dövrlәr әrzindә müxtәlif cavablar verilmişdir:işığın boşluqdakı tozlar vә qalaktikalar tәrәfindәn udulması,tərs kvadrat qanununa görə (iki qat uzaqlıqdakı ulduzun işığı 1/4,üç qat uzaqlıqdakı ulduzun işığı və parlaqlığı 1/9-dur),uzaqdakı ulduzların işığının daha sönük olması vә s.Mövzu ilə əlaqədar ilk ciddi riyazi hesablamalar,Jean Phillip Loys də Chesaux tərəfindən 1744-ci ildә edilib.İlk öncә sonsuzluqdan bəri var olan vә soğan qabığı kimi açılan bir kainat modeli hazırladı və müşahidəçi (Dünya),onun mərkəzinə yerləşdirdi.İşığın uzaqlıqda zəifləməsi dә nәzәrә alınan hesablamalara görə,gecənin gündüzdәn 180 min qat parlaq olması gәrәkdiyi tәsbit edilib.Nəticədə,hesablama ilә müşahidə arasındakı uyğunsuzluğu açıqlamaq üçün,ulduzlardan çatan işığın ulduzlararası tozlar tərəfindən udulduğu vә zәiflәdiyi irәli sürüldü.Lakin bu,elm adamları üçün ideal cavab deyildi.
    Növbәti fәrziyyә isә,ulduzların kosmosda balanslı və təsadüfi dağılmadığı,biri-birilərinin arxalarına keçib işıqlarını örtә bilәcәklәri vә çoxunun sönük olduğu oldu.Әraflı bir cavabı 1901-ci ildə Lord Kelvin irәli sürdü:hər biri 100 milyard ulduzdan ibarət olan qalaktikaların,kifayət qədər ulduzdan ibarәt olmadığından səmanın qaranlıqdır.Qalaktikalardakı ulduzları kosmosa sәpәlәsәk də,sonsuz bir kosmosda,bütün kosmosu doldurmağa yetəcək qədər çox deyillәr.Müasir hesablara görə kainatın görünən genişliyi 10 işıq ilidir.Ancaq bilirik ki,Günәş kimi ulduzların həyat müddəti 10 milyard ildir.Bir sözlә,bəzi ulduzlar sönmüş ola bilərlər ya da işıqları hələ bizə gәlib çatmamışdır.Halbuki bu cavabların heç biri ideal deyil.Çünki bu açıqlamalar kainatәn sonsuzdan bәri var olduğuna vә sabit olduğuna әsaslanır.Bu gün bilirik ki,kainat sabit deyil və genişlənir.
1922-ci ildә riyazi olaraq ortaya qoyulan genişlənən kainat nәzәriyyәsi,1929-cu ildə Edwin Hablın müşahidələri ilə təsdiqləndi.1965-ci ildә dә kosmik fon işığının kəşfi kainatın genişlənməsi düşüncəsini gücləndirdi.Beləcə sonsuzdan bəri var olan sabit kainat modeli etibarlılığını itirdi.Kainatımız hələ,gecələrin işıqlı olması üçün çox gənc idi və yalnız 13.7 milyard yaşında idi.Belәliklә,heç bir ulduz 10 milyard ildən daha uzun müddət işıq yaymış ola bilməzdi.Mövzu ilә әlaqәdar bu fikirlәri irәli sürә bilәrik :
 - Birincisi,kainatın genişlənməsi eyni zamanda keçmişdə daha sıxılmış olduğu mənasına da gəlir.Qalaktikalararası genişlәmә davam etdikcә,vahid başına düşәn fotonun miqdarı azalır vә daha az aydınlıq yaradır.Hәmçinin,fotonların bir qismi udular vә daha aşağı enerji səviyyələrinə enərək,görünürlüklәri azalar.
 - İkincisi,ulduzlar sonsuzdan eyni yerdә ola bilməzdilər.Ortalama bir ulduzun həyat müddəti 10 milyard ildir və yanacaqları bu müddətdə çoxdan bitmiş olardı.
 - Üçüncüsü isә,unutmayaq ki,kainatın bir başlanğıcı vardır.
Yazar : Dr.Sultan Tarlacı
Tәrcümә : Elm Qurdu

0 yorum:

Yorum Gönder