İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

16 Ocak 2015 Cuma

Saturnun peyki Titanın sirli adası

Saturn sistemini müşahidə edən Cassini kosmik cihazı,bir neçə ay əvvəl təsbit etdiyi Titan'daki 'sehrli ada'-nı yenidən müşahidə edib.Ancaq sirri açıla bilməyən adanın dəyişdiyi fərq edildi.
Cassini'nin ilk olaraq iyun ayında fotoşəkillərini çəkdiyi Titan'daki əsrarəngiz ada,itdikdən bir neçə ay sonra yenidən meydana çıxıb.Titanın maye metan dolu Ligeia Mare dənizində təsbit edilən və 'sehrli ada' olaraq adlandırılan quruluş, yeni müzakirələri də özü ilə gətirdi.
Cassini,sehrli adanı təsbit etdiyi bölgəni ilk dəfə 2007-ci ildə görüntüləmiş və fotoşəkillər, qaranlıq bir sahə göstərmişdi.Cassini,yaz aylarında çəkdiyi fotoşəkillərdə Ligeia Mare'deki bölgədə dəyişmə müşahidə etmişdi.Bir müddət gözdən itən əsrarəngiz quruluş,yenidən ortaya çıxmışdı.
Elm adamları,dənizdə yaşanan buxarlanmanın dəyişikliyə səbəb olduğunu düşünür.Yaxınlardakı sahil xəttində də bir dəyişmə yaşanmaması,bu ehtimalı gücləndirir.Digər ehtimallar arasında isə dalğalara səbəb olan güclü küləklər,suyun səthinə yüksələn qaz qabarcıqları,su üzərində üzən bərk maddələr və ya dayaz sularda üzən bərk obyektlər yer alır.


NASA,ortaya atılan fikirlərdən də daha maraqlı bir vəziyyətin də baş verə biləcəyini bildirsə də,bunun Dünyadankənar həyat ehtimalı ilə çox da əlaqəsi olmadığını düşünür.NASA,dəyişikliklərin Titan'daki mövsümi dəyişmələrdən də qaynaqlana biləcəyini ifadə edib.Cassini komandasının başçısı Stephen Wall,"Elm sirrləri sevir.Bu anlaşılmaz vəziyyətdir,Titanda həyəcan verici bir dəyişikliyə şahidlik etməmizi təmin edir.Ada üzərindəki müşahidələrə davam edərək daha çox detal əldə edə biləcəyimizi ümid edirik"-dedi.
NASA,sirrin Titana göndəriləcək kosmik zond ilə açılacağını güman edir.


0 yorum:

Yorum Gönder