İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

18 Ocak 2015 Pazar

2014-cü ilin ən böyük astronomiya hadisələri


     2014-cü il astronomiya üçün zəngin bir il oldu.Keçdiyimiz 12 ay ərzində Marsın tədqiqində tarixi əhəmiyyətli inkişaf əldə olundu,kometalarla əlaqədar 2 hadisədə nəticəyə yaxınlaşıldı,qaranlıq maddəyə aid ipucu və Böyük partlayışdan işarələr tapıla bildi.Bunlar və digər hadisələr barədə daha ətraflı məqaləmizdən oxuya bilərsiniz.




          Mars tədqiqatında tarixi il

    Yeni məlumatları da nəzərdən keçirdikdən sonra,yeni işarələr Marsda həyatın dəstəkləndiyini aşkara çıxardı. 2014 həm də Mars misiyasının 50 illiyi idi.
    Mars planetindəki zondumuz Cuiosity üzərində işləyən astronomiya alimləri dekabrda elan etdilər ki,üzvi maddələr tapılıb (karbon və Yer kürsəində həyatı dəstəkləyən əsas maddələr).Curiosity 2013-cü ilin may ayında qayanın tərkibində qazıntı işləri apararkən xlorobenzin,dixloroetan,dixloropropan və dixlorobutan maddələrini tapmışdı.Tədqiqatçılar isə bu hadisədən sonra təşvişə düşmüşdülər ki,onların tapıntısı Marsda həyatın mövcudluğunu və ya nə vaxtsa həyat olduğunu dəstəkləmir.Lakin adıçəkilən hadisə bu ehtimal üçün şans yaradırdı.
    Əlavə olaraq,Dekabrda tədqiq etdilər ki,zond Mars səthində metana rast gəlib,baxmayaraq ki,keçən il heç bir metan nümunəsi müşahidə olunmamışdı.Yer kürəsində yaşayan orqanizmlərin metan istehsal etdiyi məlumdur.Bu isə qırmızı planetdə həyat üçün daha bir ehtimaldır.
    
Curiosity zondu Mars səthində tədqiqatlar aparır (illustrasiya)
    NASA'nın "Mars Atmosferi və Müvəqqəti Təkamül" (Mars Atmosphere and Volatile Evolution-MAVEN) adlı kosmik aparatı 21 Sentyabrda qırmızı planetə çatdı. 671 milyon dollarlıq misiya Marsı göllər və çaylar olan "dünyadan" səhralıq əraziyə çevirən hadisəni araşdıracaq.
    Bu hadisədən 2 gün sonra Hindistanın Mars Orbit Misiyası (Mars Orbit Mission-MOM) kosmik aparatı oraya çatdı. 74 milyon dollarlıq proyekt Hindistanın Mars üçün ilk cəhdidir.MOM kamera,o cümlədən, planetin səthini və atmosferini tədqiq etmək üçün 4 alətlə təchiz olunub.
   Qeyd edək ki,bəşəriyyətin Mars fəaliyyəti ilk dəfə Marinet 4 kosmik gəmisi ilə 1964-cü ildə başlamışdı.


        Kometa ilə ilk eniş təması            



          Tarixdə ilk dəfə AKA (Avropa Kosmos Agentliyi) kometa səthinə enməyə cəhd etdi.Philae zondu kometa güc itirməzdən və yuxu rejiminə keçməzdən əvvəl ondan qaya örnəkləri almalı idi.

     Philae'nin ana gəmisi Rozetta kosmik  aparatı Kometa 67P/Churyumov-Gerasimenko kometasına çatmaq üçün 4 milyard mil (6.4 milyard km) məsafə qət etdi.12 Noyabr,günün erkən saatlarında Philae Rosetta kosmik aparatını tərk etdi və 510km-lik qısa səyahətdən sonra kometaya çatdı.2 sıçrayışdan sonra səthə enə bildi.



     Philae günəş enerjisi ilə çalışırdı və bədbəxtlikdən,endiyi ərazi bütünlüklə kölgəlik idi.Nəticədə enerji yığmağı mümkün olmadı və Philae yuxu rejiminə keçdi.

     Zondun enerjisi bitməzdən əvvəl bəzi elmi işlər də görə bildi.Belə ki,o,kometanın tərkibində bəzi üzvi maddələr,o cümlədən karbon atomlarına rast gəldi.AKA-nın məlumatına görə Philae-in etdiyi araşdırmalardan sonra orada buz hissəcikləri də tapılıb.
    Almaniya Aerokosmik Agentliyinin həmin zond üzrə təyin olunmuş meneceri Stefan Ulamek belə dedi: "Ağır şərtlər altında çalışmasına baxmayaraq,bu cihaz çox gözəl fəaliyyət göstərdi.Philae'in nailiyyətinə görə tamamilə fəxr edə bilərik.


     Qırmızı planetin kometlə üzləşməsi



NASA'nın Hubble Kosmos Teleskopunun çəkdiyi şəkil.Marsın kometa ilə yaxınlaşması
      2014-cü ildə "Yaz manevri" adlanan kometa Marsın 139,500km yaxınlığından keçdi və arxasında toz yağışı buraxdı,hansı ki,alimlərin tədqiqat aparması üçün effektiv oldu.
      Sürəti 203,000km/saat olan kometa Marsın bizə görə əks tərəfində hərəkət etdikdə,1800kq-a yaxın qaya hissəcikləri Mars səthinə düşdü.Bu isə NASA alimlərinin gözlədiklərindən daha çox idi.
     NASA-nın Planetar Elm Bölməsinin rəhbəri Jim Green:"Tədqiqatlar göstərir ki,böyük ölçülü toz və qaya çöküntüsü Mars atmosferində dəyişikliyə yol açıb". Alimlər deyir ki,həmin hissəciklər yüksək miqdarda sodium ehtiva edir,hansı ki,Mars atmosferinə düşən kimi sarı rəng alıb və yanmağa başladı.İlkin təhlillər həm də dəmir,sink,potasium,mangan,nikel və xroma rast gəlindiyini də söylədi.Çöküntünün tərkibində Mars atmosferi ilə təzad təşkil edən maqneziumun da olduğu deyildi.
     Qeyd edək ki,kometa hər 8 milyon ildən bir Marsın bu qədər yaxınlığıdan keçir.


  Məskunlaşma zonasında Dünya ölçüsündə olan planet tapıldı



    İlk dəfə idi ki,başqa bir ulduz sistemində Yer kürəsinə yaxın ölçülərdə olan planet tapılırdı.Dünyamızın "yaxın qohumu" kimi sinifləndirilən planetdə maye halda su və digər həyat şəraitlərinin olması ehtimal olunur.Kepler-186f adlanan planet Yer kürəsindən 10 faizdən daha az böyükdür və qırmızı cırtdan ulduzun ətrafında dövr edir.Qırmızı cırtdan ulduzlar bizim Günəşimizdən daha kiçik və solğundur,ancaq buna baxmayaraq,onun da ətrafında həyat üçün əlverişli zolaq mövcuddur.Məskunlaşma bölgəsi - suyun maye halında qala bilməsi üçün lazımi temperatura malik planetlərin yerləşdiyi kosmik bölgədir.

    Kepler-186f öz sistemində 5 planetdən ulduzundan ən kənarda yerləşənidir.Bizdən 490 işıq ili uzaqda yerləşir.Alimlər düşünür ki,Kepler-186f-də bərk səth mövcuddur,lakin planetin atmosferinin olub-olmamağından o qədər də əmin deyillər.
    Kepler-186f Kepler Kosmos Teleskopu tərəfindən kəşf olunmuşdur.Bu teleskopla çalışan astronomlar fevralda elan etdilər ki,daha 715 yeni planet kəşf ediblər.Bu haqda Kepler 715 yeni planet kəşf etdi məqaləmizdən oxuya bilərsiniz.

    Qaranlıq maddəyə aid işarə tapıldı




      Deyəsən 2014-cü il qaranlıq maddənin ilk dəfə aşkara çıxarıldığı il kimi xatırlanacaq.Tədqiqatçılaq AKA-nın XMM-Newton kosmik aparatının məlumatlarından istifadə edərək Andromeda  və Perseus qalaktikasından gələn şüaları rentgen dalğa spektrində təhlil etdilər.

      Qaranlıq maddə indiyə kimi heç vaxt birbaşa aşkar edilməmişdi.Alimlər müəyyən etdilər ki, bu materiya işığı saçmır,əks etdirmir və udmur.Lakin mütəxəssislərin hesablamalarına görə o, kainatın 80%-ni təşkil edir və ulduzlar,qalaktikalara ölçüləbilən qravitasiya qüvvəsi ilə təsir edir. Astronomlar qaranlıq maddənin nədən təşkil olunduğunu bilməsə də, bir sıra namizəd nəzəriyyələr var.Yeni tədqiqatın nəticələrinə görə o, axion (aksion) adlanan hissəcikərdən ibarətdir.Başqa qrup alimlər isə qaranlıq maddənin tərkibinin zəif əlaqəli ağır hissəciklərdən (weakly interacting massive particles - WIMPs) yarandığını qeyd edirlər.
      Bu il isə  ABŞ-nın Enerji Departamenti və ABŞ Milli Elm Fondu gələcək 3 nəsil üçün qaranlıq maddə eksperimentlərinə maliyyə ayrılacağını bəyan etdi.Bu, tədqiqatın effektivliini 10 dəfədən çox artıracaq.



                      Günəşdəki hissəciklər - neytrinolar



Borexino detektoru tərəfindən müəyyən olunmuş prosesdə Günəşin mərkəzində xüsusi yanma reaksiyası nəticəsində neytronlar istehsal olunur.Şəkildə gördüyünüz təsvir isə detektorun daxili qabığı - saflaşdırılmış benzolla doldurulmuş neylon sfera-dır.

      İtaliyada, L'Aquila şəhəri yaxınlığında yerləşən Gran Sasso Milli Laboratoriyasının alimləri Avqust ayında elan etdilər ki,onlar Günəşin yanma reaksiyasını təmin edən,neytrino adlandırılan (neytron yox) hissəcikləri aşkar ediblər.Bu kəşf ulduzların yanma reaksiyası haqqındakı fikirləri təstiq etmiş oldu.

     Neytrinolar adi cisimlərin içindən ötüb keçir.Hətta hər saniyə onlar sizin əlinizdə keçir və siz onları hiss etmirsiniz.Bu zərrəciklər ilk dəfə 1960-ci illərdə kəşf olunsa da, düzgün izah olunmamışdı.
     Neytrinoların adi maddələrlə nadirən əlaqədə olduğu üçün onlar dərhal Günəşdən qaçır.


                   Kosmik tora aid ilk fikir



        Bu il alimlər kainatın nəhəng struktur vahidlərindən birini müşahidə etdilər: 2 milyon işıq ili genişliyindəki kosmik toru.

        Kainatımıza çox böyük miqyasda nəzər saldıqda görərik ki,o, hörümçək toruna bənzəyir,hansı ki,burada qaz hissəcikləri qalaktikalarda yayılıb və həm də onları bir biri ilə əlaqələndirir.Kosmik tor hipotezisi nəzəriyyəyə çevrilir.Lakin bu ilə qədər mütəxəssislər qalaktikalar arası bu şəbəkəni görməmişdilər.
      Havay adalarındakı Kek teleskopundan istifadə edərək çox parlaq cisim olan kuezarı (quasar) müşahidə etdilər.Kuezarlar elə qalaktikalardır ki,onların mərkəzindəki qara dəlik çox aktivdir və ətrafındakı qaz və toz hissəciklərini iki qütbdən kosmosun dərinliklərinə atır.Qeyd edək ki,həmin qara dəliyin ətrafındakı hissəciklər çox isti olur və aktiv şəkildə qara dəliyin ətrafında hərəkət edir.
      Kaliforniya universitetindən J. Xavier Prochaska keçən ilin Yanvar ayında demişdi:"Kuezarlar gördüyümüz iri həcmli qaz partikullarını möhtəşəm şəkildə aydınladır və bu da bizə qalaktikalar arasındakı genişlənmiş qaza aid şəkilləri əldə etməyə imkan verir."
      Nəticələr tədqiqatçılara həm də qaranlıq maddənin kainatda paylanmasını araşdırmağa kömək edir.Adi maddənin paylanmasının qaranıq maddənin öyrənilməsinə güzgü olacağı güman edilir,yəni harda ki,qaz tapılır,orada qaranlıq maddənin də olacağını gözləmək olar.


                 Tam Ay tutulması 4-lüyü başladı




         2014 göy üzünü izləyənlər üçün yaxşı il oldu.Bu il 2 tam Ay tutulması baş verdi,hansı ki,həmin vaxtlarda Ay bütünlüklə Yer kürəsinin kölgəsində gizləndi onun üzərində qırmızı işıq müşahidə olundu.2015-ci ildə də 2 tam Ay tututlması baş verəcək və Ay tutulması 4-lüyü tamamlanacaq.
        Tutulmalar 15 Aprel və 8 Oktyabrda baş verdi və Amerika qitəsində aydın müşahidə olundu.Növbəti tutulmalar 4 Aprel və 28 Sentyabr 2015 tarixlərində baş verəcək və yenə Amerika Birləşmiş Ştatları ərazisində müşahidə olunacaq.
       NASA'nın məlumatına görə 3 cür Ay tutulması mövcuddur:halqalı tutulma,hansı ki,Ay Yer kürəsinin kölgəsinin kənar hissələrinə keçir və onun görüntüsündə çox kiçik dəyişiklik baş verir.Qismən tutulma zamanı Ay Dünyamızın kölgəsinin nüvəsindən qismən keçir və bir hissəsi tündləşir.Və tam tutulma isə Ay bütünlükdə Yerin kölgəsi ilə örtülür və qırmızı rəng alır.
      Tututlmalar təqribən ildə 2 dəfə baş verir,ancaq gələcəkdə hansı tutulmaların baş verəcəyi barədə əlimizdə model yoxdur. 21-ci əsrdə 8 tam Ay tutulması baş versə də,1600-1900-cü illər arasında 1 tam tutulma belə gerçəkləşməmişdi.NASA alimləri söyləyir ki,bu həm də nadir bir şeydir ki,bütün 4 tutulmanın hamısı ABŞ ərazisindən izlənilə bilsin.




                                               Mənbə: Space

0 yorum:

Yorum Gönder