Meqa teleskop olacağı planlanan "Avropanın Son dərəcədə böyük teleskopu" - "European Extremely Large Telescope (E-ELT)" üçün Avropa Cənubi Rəsədxanası (ESO) tərəfindən təsdiqini aldı.
E-ELT 39 metr seqmentli güzgüyə malik olacaq və Çilidə yerləşən Cerro Amazones dağında inşa olunacaq.Qeyd edəcək adı çəkilən ərazi ESOnun Paranal Rəsədxanasının yaxınlığındadır.Mütəxəssislərin söylədiklərinə görə bu teleskop dəqiqliyinə görə oxşarlarından çox fərqlənəcək.
Nəhəng teleskop digər təkmil teleskoplardan 12 dəfə daha çox işıq toplaya biləcək.Məlumat üçün deyək ki,teleskop üçün ən çox lazım olan xüsusiyyət onun yaxınlaşdırma qabiliyyəti deyil,aynasının ölçüləridir.Alimlər bu cihazdan həyat üçün əverişli şəraitə malik olan planetləri,o cümlədən də qaranlıq maddə və eləcə də qaranlıq enerjinin araşdırılması üçün istifadə edəcəklər.
Oxford Universitetindən İsobel Hook deyir:"Teleskop optik və infra qırmızı astronomiyada inqilab yaradacaq.Böyük işıq toplama qabiliyyəti ilə o, həyəcanverici astronomiya fenomenlərini daha detallı araşdırmağa icazə verəcək.
Bunlara baxmayaraq,E-ELT layihəsi hələ inşa olunmaq üçün hazır deyil.Belə ki, ESO-ya üzv olan 15 ölkədən lazımı səslər toplanmalı və layihənin dəyərinin 90%-i əvvəlcədən təmin olunmalıdır.Layihənin 1 milyar 83 milyon avro,kobud olaraq isə 1.35 milyard dollara başa gələcəyi gözlənilir.Teleskopun tikintisinin bu il başlanması və 2020-yə qədər bitməsi gözlənilir.
Bu videoda isə layihə və tikinti ilə tanış ola bilərsiniz:
0 yorum:
Yorum Gönder