Mars,şübhəsiz "Dünyadan kənar həyat" üçün ən ideal namizəddir.Marsın əvvəllər özündə həyat daşıması iddiası,planetdə bir zamanlar suyun mövcud olduğu iddiasına əsaslanır.Vulkanik fəaliyyətin də yüksək səviyyədə olacağı bu erkən dövrdə Mars atmosferinin,karbondioksid və su baxımından zəngin olduğu təxmin edilir.Günəşə uzaqlığı nəzərə alınarsa,bu vəziyyət,böyük ehtimalla planetin donmasına maneə törədəcək istixana təsirini təmin etməli idi.Ancaq,nüvəsinin gedərək soyuması səbəbiylə Mars,təxminən 3,9 milyard il əvvəl,maqnit sahəsini itirdi."Kosmik şüalanma" yolu ilə,Mars atmosferinin əhəmiyyətli bir hissəsinin kosmosa uçduğu hesab edilir.Nəticədə,səth istiliyi, təxminən bugünkü səviyyəsinə;yəni ortalama -50 ° C-yə düşmüşdür.
Yenə də NASA-nın Marsdaki robotları,Avropa Kosmos Agentliyi ESA'nın Mars Express orbit vasitələri və daha əvvəlki araşdırmalardan əldə edilən tapıntılar,Marsda bir zamanlar,maye suyun mövcud olduğunu göstərir.Son araşdırmalar isə,böyük miqdarda suyun Mars səthində donmuş halda tutulduğunu göstərir.Əgər bir zamanlar Marsda həyat həqiqətən başladısa,daha sonra atmosferini itirməsi səbəbiylə,səthdə həyat bitmiş olmalı idi.Çünki Mars səthinin məruz qaldığı kosmik və ultrabənövşəyi şüa bombardmanı və səth qayalarının da yüksək dərəcədə oksidləşdirici olması,səthi,kimyəvi baxımdan çox zəhərli hala gətirirdi.Bu da Yerdəkinə bənzər həyat formalarını böyük sual altına alırdı.
Marsın biosferi
Görəsən Marsın yeraltı təbəqəsi bu gün özündə nələr saxlayır?Alimlər ehtimal edir ki,soyuğa uyğunlaşan və buzun əridiyi bölgələrdə yaşayan mikroorqanizmlər hələ də həyatdadır.Bu layın dərinliyi, Yerdəki mikroorqanizmlərin inkişaf edə biləcəyi ən aşağı temperatura (-18 ° C) bərabərdir.Vəziyyət hansı görüşün leyhinə olursa olsun,qəti olaraq bir şeylər demək üçün,dərinləriklərdə araşdırma edə biləcək təchizata sahib olmaq lazımdır.Bunun da Marsdaki robotlar ilə həyata keçirilməsi mümkün deyil.
Marsda metan qazı
Mars atmosferində metanın kəşfi elm dünyasında maraqla qarşılanan hadisələrdən biridir.Metan istehsalını təmin edəcək müəyyən bir qaynaq olmadan metanın atmosferdə ən çox bir neçə yüz il qala biləcəyi düşünülür.Metanı yarada biləcək qaynaqlar,vulkanik ya da geotermik fəaliyyətlərdir.Dünyada isə metanın mühüm mənbələrindən biri həyatın özü və mikroorqanizmlərdir..
Metan, Marsda yeraltı suyun bol olduğu bölgələrdə,cəmləşməyə meyl göstərir.Bu ümid verici bir faktdır.Ancaq bunu həyatla əlaqələndirmək üçün,Marsdakı metan istehsalının sürəti və miqdarı əlaqədar hesabları da nəzərə almaq lazımdır.Əgər bu qaz tamamilə bioloji mənşəli olarsa,hesablamalara görə Marsdaki bioloji kütlə 20 ton olmalı idi.
Marsda həyat əlamətləri
İlk olaraq onu deyək ki,Marsda keçmişdə ola biləcək hər hansısa yaşam formasına və ya hal-hazırda mövcud olan həyat izlərinə rast gəlinmişdir.İlk növbədə,Marsda həyatın canlı kimyasının Dünyadakına bənzərliyini çoxdur.O zaman belə bir sual ortaya çıxır : Bəlkə,həyat Marsda başlayıb və ağıllı varlıqlar onu Dünyaya daşıyıb? (Necə ki,Mars One layihəsi həyatı Mars planetinə daşıyacaq) Avstraliyanın Maquarie Universitetindən Paul Davies,Marsın, 'həyatın mənşəyi' baxımından,Dünyadan daha uyğun bir yer olduğunu müdafiə edənlərdən biridir.
Mars, Dünya kütləsinin yalnız onda birinə malikdir.Erkən dövrlərində Dünyaya nisbətən,daha az bombardmana məruz qalmış,bu səbəbdən daha sürətli soyumuşdur.Bu da əlbəttə,həyati şərtlərin Marsda daha erkən bir dövrdə yetkinləşmiş olması mənasını verir.Marsdan Dünyaya bilinən 32 meteoridin gəlmiş olmasıysa iki planet arasında, bir növ "qaya mübadiləsi"ndən söhbət gedə bilər.
Alimlərin etdikləri hesablamalar isə,bəzi mikroorqanizmlərin,həm toqquşmalardan,həm də planetlər arası kosmosda edəcəkləri uzun səfərlərdən sağ çıxa biləcəkləri düşüncəsini gücləndirir.Ancaq bir şərtlə:Onları kosmik şüalanmadan qoruyacaq ən az bir metr radiuslu qaya ilə əhatə olmaları lazımdır.Dünyadakı bakteriyalar, 33.000 G'lik təzyiqidən əlavə,kosmik boşluğun soyuğuna iki ildən çox dözə bilər.Bu bakteriyaların milyonlarla il yarı-canlı olaraq qala bilmələri isə daha məntiqli görünür.
İkinci nəticə isə,Marsın canlı kimyasının Dünyadakına fərqli olduğudur.Buna görə Marsda həyatın meydana gəlməsinin Yerdəki ilə əlaqəsi yoxdur.Bu,da maraqlı başqa nəticələr doğurur.Çünki həyatın, eyni ulduz sistemindəki iki planetdə birdən inkişafının qəbul etmək,kainatın başqa bölgələrində də eyni şəkildə həyatın yarandığını qəbul etməkdir.
Marsda su varmı?
İnsanlıq,bu gün bu suala cavab axtarmaqdadır.Görəsən Marsda həyat var idimi?Əgər varsa,nə cür canlılardı bunlar?İnsana bənzər idimi?Həyatın təməl qaynağı olan su olmadan,Marsda həyat əlaməti olmayacağı qəti idi.Onda bütün bu suallara cavab tapa bilmək üçün ilk növbədə,Marsda bir damla da olsa,su axtarmaq lazımdır.Bu səbəblədir ki,başda NASA olmaq üzrə,ESAdakı bir çox elm adamları,yüzlərlə milyard dollar xərcləyərək,bu suala cavab axtarmaqdadır.
İnsanlıq,1976-cı ilə qədər,Mars'la əlaqədar suallara,təxmini cavablar verir və bir-birindən maraqlı nəzəriyyələr çıxarırdı.Ancaq amerikalılar 1976-ci ildə Marsa Viking 1 və Viking 2 adlı kosmik vasitələrini göndərdilər.Beləcə bir sıra nəzəriyyələr əhəmiyyətini itirərkən,bəzi suallar,daha da dərinləşməyə başladı və beləcə bütün araşdırmalar,sanki Marsda 'bir damla su' varmı sualına köklənmiş oldu.
Marsla əlaqədar ən əhəmiyyətli məlumatlar,ESA-nın Mars Express layihəsi ilə əldə edildi.2003-ci ilin iyun ayında Qazaxıstanın Baykonur kosmik mərkəzindən havalanan Mars Express,6 ay sonra Qırmızı planetə çatdı.Mars Express-dən ayrılan Beagle 2 adlı kosmik vasitəsinin vəzifəsi Mars səthində,2 metr dərinlikdə qazıntı həyata keçirərək,müxtəlif toz və zərrəciklər alıb,su və canlı izi axtarmaq idi.Ancaq,6 ay vaxt tələb edəcəyi düşünülən bu iş qəzalar səbəbilə problemlərlə qarşılaşdı.
Mars atmosferinin düşünüldüyündən daha az sıxlığa sahib olması səbəbilə,paraşüt enişi yavaşlada bilmədi və kosmik vasitə böyük bir sürətlə səthə çırpıldı.Layihə xərclərinin %80-nin xərcləndiyi kosmik vasitə,artıq bir işə yaramayacaqdı.Nə yaxşı ki,Mars Express'in daşıdığı və orbitdə dönən çox həssas kameralar,az da olsa elm adamlarını təsəlli etdi.Çünki Almaniyada hazırlanan yüksək keyfiyyətli kameralar,Mars səthində çəkdiyi üç ölçülü fotoşəkil və videoları peyk vasitəsi ilə Dünyaya göndərməyə başladı.Bu kameralar,10 Mart 2004-dən indiyə kimi,Mars ətrafında 3000 dövrə vurdu və ± 100 ºC-də,bir çox kosmik şüanın təsirinə baxmayaraq problemsiz çalışdı.Bu 'peyk maşın' bir Mars ili,yəni 687 gün davam edən səfər boyunca,planetin üçdə birini detallı bir şəkildə göstərdi.Mars Express orbitə oturduğunda, Amerikanın da iki kosmik vasitə,Qırmızı planetdə idi.Hətta NASA,10 Mart 2006-cı ildə,üçüncünü də göndərdi.Bu topoqrafik görünüşlər.Marsdakı vulkanlar,lava axınları,dərin çay yataqları və kraterlər kimi geoloji formalar haqqında əhəmiyyətli məlumatlar verirdi.Daha da əhəmiyyətlisi bu vizual sənədlər;Marsın tarixinin və dəyişmə prosesinin başa düşülməsinə kömək olacaq əhəmiyyətli ipucları təmin etdi.Həm NASA-dakı,həm də ESA-daki Mars'la əlaqədar işləri yaxından təqib edən Dr. Lutz Richter iki missiya arasındakı fərqi belə yekunlaşdırır:"Amerika Marsda,daha çox geoloji quruluşu araşdırır.Səthin necə meydana gəldiyini və xüsusilə suyun buradakı rolunu araşdırır.İlk iki peyk,səthin morfoloji (quruluş məlumatı) və topoqrafik vəziyyətindən əlavə,kimyəvi elementlər və mineralların paylanması ilə bağlı hava hadisələrinə aid məlumatları da əhatə edir.Avropanın layihəsi Mars Express isə,eyni vaxtda bir çox araşdırmaya işıq tutacaq nəticələr əldə etdi.Bu şəkillər,yalnız aktual geoloji araşdırmalar üçün deyil,gələcək planlar üçün də çox əhəmiyyətlidir.Ilk araşdırmalara görə,Marsdakı nəhəng vulkanların,böyük bir ehtimalla,yeni bir geoloji zamanda meydana gəldiyi ortaya çıxdı.Mütəxəssislər,vaxtilə Marsdakı axıcı suyun,mərkəzi bir rol oynadığını ifadə etməkdədirlər.Buna görə elm adamları əvvəlcə,Marsdakı dərin vadiləri araşdırmalıdır.
Marsda qurumuş su yataqları
Milyardlarla il öncə,bu dərin yarıqlarda suların axdığı düşünülür.Bunun dəlil olaraq da,vadilərdəki, su yollarına bənzəyən dərin izlər göstərilir.Çəkilən üç ölçülü şəkillər sayəsində,ilk dəfə,bir çay yatağının dərinliyi ölçülə bildi.Bu gün quru olan çay yataqlarının eni və dərinliyinə nəzərən,suyun miqdarı müəyyənləşdirildi.Buna əsasən,Marsdakı çaylarda,saniyədə 5 min kubmetr su axırdı.Bəzi mütəxəssislər, bu rəqəmin çox böyük olmadığını,çay yataqlarının ölçülərinə baxılsa,daha çox su axması lazım olduğunu söyləyirlər.Bu günə qədər,su miqdarı üzərində edilən təxminlər təxmini dəyərlər idi.Ancaq edilən son təxminlər,daha qəti nəticələr verməkdədir.Buna görə, təxminən yarım milyard il əvvəl,uzun müddətli dövrlər arasında,aktiv olan çaylar var idi.Bu müddət də,100 milyon il olaraq hesablanır.
Bir çayın uzun müddət axması;eroziya,daşınan süxurların miqdarı miqdarı baxımından mümkün görünmür.Buradan da,Marsdakı çayların, bir müddət su daşıdıqdan sonra,milyonlarla il boyunca quru qaldığı aydın olur.Yəni mütəxəssislərə görə,Marsda bu gün olduğu kimi,ilk zamanlarda da davamlı su tapılmırdı.Sular ortaya çıxır,amma bir müddət sonra itirdi.Bu hadisədə də,vulkan fəaliyyətlərinin rolunun olduğu,beləcə dərinlərdəki buz təbəqələrinin əridiyi düşünülür.
Ancaq kim bilir,bəlkə həyat ola biləcək planetlər siyahısından silib atdığımız planetlər,Yerdəki canlılar üçün uyğun olmayan,ancaq oradaki canlılar üçün yetərli olan həyat şərtlərində yaşayan,o mühitə uyğunlaşan canlılar ilə zəngindir?
Günəş sistemi seriyasının digər planetlərinə baxmaq üçün buraya klik edin.
En guzel elim qurdu
YanıtlaSil