İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

22 Temmuz 2014 Salı

Dünyanın әn yalnız adamı

Michael Collins,1969-cu ildə Aya uçan Apollo 11-in 3 nəfərlik ekipajından biri idi.Yəni Aya ilk addım atan astronomlarla bərabər idi. Digər 2 astronom Ay səthində addım atdıqları zaman o, Apollo 11-in içində Ay orbitində fırlanmaqla vəzifəli idi. Kosmik cihaz,Ayın Dünyaya baxmayan qaranlıq tәrәfinә keçdiyi zaman radio siqnallarına Ay tərəfindən maneə törədilmiş və Michael Collinsin Dünya ilə bütün əlaqəsi kəsilmişdi. Ay səthindəki həmkarlarıyla da hər hansı bir əlaqəsi qalmayan Michael Collins, Ayın Dünyadan görünmәyәn arxa üzündə keçirdiyi 48 dəqiqə boyunca ən tək anlarını yaşadı və insanlıq tarixində bənzəri görülməmiş bir şəkildə, Dünyadan ən uzaq məsafədə olan adam oldu.
Bu yerdә Hasan Çep'in bir sözü yadıma düşdü : "Mən həmişə təkliyimlə birlikdəyəm,sağ olsun məni heç tək buraxmadı"
Demәk olar ki, hamımız Ay səthinə ilk insanlı enişi edən kosmos vasitәnin Apollo 11 olduğunu bilirik. Hətta çoxumuz Neil Armstronq və Buzz Aldrinin Aya ayaq basan ilk insanlar olduqlarını da bilirik,ancaq heç kim Michael Collinsin varlığından xəbərdar deyil..
Ay,əslində düşündüyümüzdən çox daha uzaq bir məsafədədir. Biz, Ayı həmişə Dünyaya çox yaxınmış kimi görürükçünki rəsmlərdə yaxınmış kimi göstərmək daha asandır.Amma əslində Ay düşündüyümüzdən çox daha uzaqdadır. Hər nə qədər insanoğlu әn uzaq mәsafә olaraq Aya ayaq basmış olsa da,bu mәsafә rekordunun yaxın gәlәcәkdә yenilәcәyini bilirik. Bәs bu rekordu kim yenilәyәcәk,kim növbәti bir әsr boyunca Armstrong kimi dillәr әzbәri olacaq?

0 yorum:

Yorum Gönder