İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

8 Temmuz 2014 Salı

Evdə teleskop necə hazırlana bilər?


Qalileoskopun mənşəyi 1610-cu illərə qədər gedib çıxır.Qısacası bir lupalı teleskopdur və adını Qalileodan almışdır.1610-cu ildə,30 qat böyütməyə sahib bir teleskop inkişaf etdirən Qalileo, beləcə Astronomiya elmində teleskop dövrünü başlatmışdır.Mən də astronomiyaya başladığım ilk illərdə teleskop ala bilmədiyim üçün bir Qalileoskop hazırlamışdım.
Gərəkli ləvazimatlar:
-Fokus uzaqlığına sahib,ən az 50mm lupa
-Linzanın diametrinə və fokus uzaqlığına görə alınmış boru
-Fokuslanmanın ediləcəyi ikinci bir boru və ya hazır alınmış Fokucer
-Böyütməni təmin edəcək ikinci 10 və ya 20mm ölçüsündə kiçik lupa
-Yapışdırıcı
Qalileoskop hazırlanmasının ən çətin nöqtəsi materialların təminidir,çünki ölkəmizdə keyfiyyətli,müəyyən fokus uzaqlığına sahib lupa tapılması çox çətindir və bunun üçün detallı bir araşdırma şərtdir.Lupa olaraq dükanlarda satılan keyfiyyətsiz lupalar istifadə edilməməlidir.Boru olaraq isə seçilən linzanın fokus uzaqlığına və diametrinə görə kəsilmiş boru belə istifadə edilə bilər.10 ya da 20 mm lupa yerinə də hazır göz linzaları istifadə edə bilərsiniz.
Borunun ölçüsünü təyin etmək,olduqca həssas bir nöqtədir.Bunu müəyyən etmək üçün birinci böyük şüşəni gözünüzdən uzağa aparın.Kiçik olanı isə gözünüzə yaxınlaşdırın və ikinci şüşəni birinci şüşəyə uzaqlaşdırıb-yaxınlaşdıraraq ən dəqiq görüntünü əldə edin.Məsələn ən dəqiq görüntünü əldə etdiyinizdə iki lupa arasında ki,uzaqlıq 20sm-dirsə,borunuzun ölçüsünü 15cm olaraq kəsin və geriyə qalan 5sm-i isə fokuslayıcı ilə doldurun ki,növbəti etablarda çətinlik çəkməyəsiniz.
Ən əhəmiyyətli nöqtə isə linzanın balona montajıdır.Bu mərhələdə şüşələrin çox böyük bir həssaslıq ilə montajlamalısınız ki,müşahidə edərkən cisimlərin işığında və rənglərində sürüşmə meydana gəlməsin.Şüşələri boruya montajlamaq üçün boruya yan-yana müəyyən uzaqlıqlardan 3 ədəd dəlik açırıq.
Bu dəliklərə uyğun,qısa və şüşələrə zərər verməyəcək,lazım olarsa,ucuna bant bağlanmış şurup taxırıq və taxdığımız vintlərin üstünə şüşələrin oturduruq.Ardınca bu dəliklərin üstündən üç dəlik daha deşib oraya da şurup taxaraq linzanın sıxışmasını təmin edirik ki,lupa düşməsin və ya hərəkət etməsin.Ancaq əvvəldə də dediyim kimi bu mərhələdə şüşələrə zərər verməməyə diqqət etməlisiz.Olduqca həssas davranaq və şüşələrin olduqca düz yerləşdirməyə çalışmalıyıq.
Şüşəmizi də montajladıqdan sonra geriyə fokus montajı qalır.Hazır bir fokus aldınızsa birbaşa lazımlı dəlikləri deşib montajını tamamlaya bilərsiniz.Ancaq fokus edəcəksiniz.Bunun üçün borunun içinə keçə bilən və rahatca hərəkət edə biləcək ikinci bir boru keçirərək bu işi edə bilərsiniz.Ancaq keçirdiyiniz ikinci borunun bir ucu istifadə  ediləcək göz linzaları ilə eyni diametrdə olmalıdır.
Fokus məsələsini də həll etdikdən sonra yapışdırıcı istifadə edilən yerlər mütləq olacaq.Burada əhəmiyyətli nöqtə lupaların yaxın yerlərində qətiliklə yapışdırıcı istifadə etməmənizdir.Oraya töksəniz,gələcəkdə lupaya xeyli zərər dəyə bilər.Həmçinin lupaları təmiz saxlamanız gərəkdiyini də unutmayın.
Artıq bir qalileoskopumuz var və dizayn etmək üçün rəngli bantlardan istifadə edə bilərik.Əgər rəngləsək gələcəkdə rəngini dəyişməkdə problem ola bilər,həmçinin bu zaman böyüdücü şüşəyə də zərər dəyə bilər.Uğurlar!
Göstərdiyi yardıma görə Uzay çobanları həvəskar astronomiya qrupuna təşəkkürlər.

1 yorum: