On iki astronavtın iştirakı ilə keçirilən yeni bir araşdırmaya görə kosmosda cazibə qüvvəsiz mühitə uzun müddət məruz qalan astronavtların ürəkləri bir az daha kürəvi bir forma alır.American College of Cardiology'nin 63-cü elmi iclasında açıqlanan proyektdə,araşdırmaçılar bu dəyişmənin ürək problemlərinə gətirib çıxardığını söylədi.Araşdırma,18 ay və daha uzun müddətli kosmos uçuşunun astronavtların ürək sağlamlığına necə təsir edəcəyinin başa düşülməsində əhəmiyyətli addımlar atılmasını təmin etdi. Araşdırmada iştirak edən NASA-da çalışan elm adamı James Tomas ürəyin kosmosda lazım olduğu kimi işləmədiyini, bunun da ürək əzələsində kütlə itkisinə səbəb olduğunu söyləyir.Dünyaya qayıtdıqdan sonra ciddi nəticələrin söz mövzusu ola biləcəyini, bu itkiyə maneə törətmək üçün alına biləcək tədbirləri araşdırdıqlarını bildirdi.Araşdırmaçılar astronavtların ürək sağlamlığını qorumaq üçün hansı tip məşqi nə qədər etmələri lazım olduğunu bilmələrinin,məsələn Marsa ediləcək uzun bir səfərdə ürək sağlamlığını qorumaq baxımından əhəmiyyətli olduğunu söyləyir.Tomas,bunun astronavtlar üçün inkişaf etdirilən məşq proqramının eyni zamanda uzun müddətli yataq istirahəti təklif edilən və ya ürək çatmazlığı səbəbilə fiziki məhdudiyyətlər yaşayan insanların da ürək sağlamlığını qorumasına köməkçi olacağını ifadə edir.Araşdırma qrupu ilk növbədə astronavtlara Beynəlxalq Kosmos Stansiyasında ultrason istifadə edərək öz ürək görünüşlərini ala bilmələri üçün təhsil verdi.Bu təhsilə 12 astronavt qatıldı və kosmos uçuşu əvvəlində,uçuş əsnasında və sonrasında ürək şəkilləriylə əlaqədar məlumatlar yığıldı.Əldə etdikləri nəticələrə görə kosmosda ürəyin kürəviliyinin 10% artdığını müşahidə etdilər. Kosmos uçuşunun ürəyə bir çox təsirinin olduğu bilinir.Astronavtların ürəyində meydana gələn forma dəyişikliyi müvəqqəti,Dünyaya döndükdən qısa bir müddət sonra ürək normal halına dönür. Elm adamları şəkil dəyişikliyinin uzun dövrdə necə təsirləri olacağının tam olaraq bilinməməsinə baxmayaraq bu şəkil dəyişikliyini,ürəyin kosmosda daha az məhsuldar işinə bağlayır.Astronavtlar Dünyaya qayıtdıqdan sonra ayağa qalxanda qan təzyiqinin sürətlə və həddindən artıq dərəcədə düşməsi yəni ortostatik hipotəzyiq səbəbiylə huşunu itirmə kimi problemlər yaşayır.Kosmos səfərləri əsnasında da nizamsız ürək atışı müşahidə edilir.Astronavtların məruz qaldığı radiasiyanın damar sərtliyini sürətləndirdiyinə dair narahatlıqlar da var.Araşdırma qrupu avtronavtlarda gələcəkdə fəsad törədə biləcək bu problemləri həll etdirmək üçün işlərini davam etdirir.
9 Temmuz 2014 Çarşamba
Kaydol:
Kayıt Yorumları (Atom)
0 yorum:
Yorum Gönder