İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

9 Temmuz 2014 Çarşamba

Kosmos boşluğundan gələn Wow! siqnalı


Wow! siqnalı — 15 avqust 1977-ci ildə SETI layihəsi çərçivəsində kosmosdan təsbit edilən radio siqnalı. Sadəcə 72 saniyə davam edən bu siqnalı Dr. Cerri Ehman (Jerry R. Ehman) tərəfindən Ohio Dövlət Universitetinə aid Big Ear (Böyük Qulaq) radioteleskopunda kiçik zolaqlı bir radio siqnalı olaraq təyin edilmişdir. Siqnal dünya xaricindən və hətta günəş sistemi xaricindən olan siqnallardan gözlənilən bütün xüsusiyyətlərə malik idi. Kütləvi informasiya vasitələrində böyük maraq doğuran siqnal çoxlu cəhdlər olmasına baxmayaraq təkrar təsbit edilə bilməmişdir.
Siqnalın ulduzlararası siqnallardan gözlənilən bütün xüsusiyyətlərə tamamilə uyğun gəlməsinə heyrətlənən Ehman, kompüterdən emal edilmiş vərəqdə o izi dairə içərisinə almış və səhifənin kənarına "Wow!" (İngiliscə heyrət nidası) yazmışdır. Bu söz sonralar siqnalın adı halına gəlmişdir.
Texniki detallar
Dairə içərisinə alınan "6EQUJ5" kodu siqnalın qatılıq detalını göstərir ki, bu da əslində çox böyük ölçüdə siqnal deməkdir.
Siqnalın bant genişliyi 10 kHzdən kiçikdir. Tezlik olaraq 1420,356 MHz (C. D. Kraus) və 1420,456 MHz (C. R. Ehman) qiymətləri müəyyən edilmişdir.
Təsbiti
Big Ear teleskopu sabit teleskop idi və kainatı incələmək üçün dünyanın cazibə qüvvəsinin təsiri altında dünya ətrafında dönərək fəaliyyətdə idi. Dünyanın dönüş sürətinə müvafiq olaraq və Big Ear-ın müşahidə pəncərəsinin genişliyi nəzərə alındığında, teleskop səmadakı müəyyən bir nöqtəni dəqiq olaraq 72 saniyə müddətində müşahidə edə bilərdi. Bu səbəbə bir dünyadan kənar siqnalın 72 saniyə davam etməsi gözlənilən olardı, siqnal ilk 36 saniyə boyunca güclənməli, daha sonra zəifləməliydi - bu müddətlər Wow! siqnalının xüsusiyyətləri ilə tamamilə eynidir.
Siqnalın mənbəyi
Siqnalın dünyadan kənar sivilizasiyadan gəlməsi mümkünlüyü vardır. Wow!-un daha zəif bir siqnalın ulduzlarası titrəmə nəticəsində güclənmiş halı olduğu və ya ulduzlarası dönən cisimlər nəticəsində yarana biləcəyi fikirləri də irəli sürülmüşdür.

0 yorum:

Yorum Gönder