İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

7 Temmuz 2014 Pazartesi

Titanın okeanı çox duzludur


NASA-nın Cassini məlumatlarını analiz edən elm adamları Saturnun peyki Titandaki yeraltı okeanın ən az Dünyadaki Ölü Dəniz qədər duzlu olduğunu bildirdilər.
Fransadaki Nantes Universitetindən Giuseppe Mitri:"Bildiyimiz standartlara görə çox duzludur.Bu okeanın bildiyimiz mənada həyatı gələcəkdə dəstəkləməsi mümkün deyil,ancaq keçmişdə çox fərqli şəraitlərə sahib olmuş ola bilər"-deyir.
Bu nəticələrə son 10 ildir Titana yaxın uçuşlar həyata keçirərək ağırlıq və səth forması haqqında məlumat toplayan Cassini kosmik cihazının məlumatları ilə gəlindi.Araşdırmaçılar səthdəki nisbətən yüksək ağırlıq miqdarını açıqlaya bilmək  üçün Titanda bir yeraltı okean olduğunu dedilər.Bu okean böyük ehtimalla sulfid, natrium və kalium tərkibli çox duzlu sudan təşkil olunmuşdu.
Titanın buzlu qabığının qalınlığı müxtəlif ölçülərdə dəyişir.Araşdırmaçılara görə okean yavaş-yavaş kristallaşaraq peyk qabığının sərtləşməsinə səbəb olmuşdur.
Bütün bunlara qarşılıq olaraq,Titanda varlığı ilə sirrini qoruyan bir maddə var:metan.Elm adamları uzum zaman öncə Titanın atmosferində metan,etan,asetilen kimi hidrokarbon birləşmələrinin olduğunu bildirmişdi.Günəş işığının çatmadığı on milyardlarla il ərzində metan yox olur,amma bir şeyin təsiri ilə Titandaki metan 4,5 milyard il varlığını qorumuş və havayı doldurmuşdur.
Icarus jurnalında yayımlanan araşdırmaya görə Titan atmosferindəki metanın varlığının səbəbi yeraltı okeanından isti qaz çıxışı olmasıdır.Belə bir şeyi Dünyada da Hawaii adasında görmək mümkündür.
Cassini proyekti üzvlərindən Linda Spilker:"Titan bizi təəccübləndirməyə davam edir.Uzunömürlü Cassini cihazının yardımı ilə əlimizdən gəldiyincə tez bir şəkildə bu sirrləri tapmağa çalışırıq"-dedi.
Şəkildə isə gələcəkdə Titan səthinə enəcək zondumuzun bir təsviri göstərilib.
Mənbə:Astronomi diyarı
Şəkil:The Living Moon

0 yorum:

Yorum Gönder