NASA,gələcəkdə Mars səyahəti missiyalarında istifadə olunması planlaşdırılan yeni texnologiyası LDSD kosmik cihazını yoxladı.Hawaii'də gerçəkləşdirilən missiyada,uçan boşqabı xatırladan cihazın paraşütü tam olaraq açılmasa da,testin uğurla nəticələndiyi açıqlandı.
NASA 'uçan boşqabı' test etdi
Marsa insan daşıyacaq,Qırmızı planetə enişi asanlaşdıracaq LDSD proyektində yer alan Ian Clark,bənzəri olmayan bir testi gerçəkləşdirdiklərini bildirərək,"Bəzi uğursuzluqlar meydana gələ bilər,ancaq alacağımız nəticələr sayəsində gələcəkdə daha da yaxşısını edəcəyik"-ifadəsini işlətdi.
ABŞ donanmasının Kauai adasında Azərbaycan saatı ilə 21:40-da gerçəkləşdirilən testdə,Marsın atmosferinə böyük bir sürətlə girdikdən sonra problemsiz eniş edə biləcək kosmik cihaz yoxlandı.
LDSD-nin insan,yük və ləvazimat daşıyacağı missiyalarda,Marsın atmosferində zərər görmədən yavaşca alçalaraq yerə enə bilməsi planlaşdırılır. Proyekt çərçivəsində, bu günə qədər daha da inkişaf etdirilən böyük supersonik paraşüt və Supersonik Şişiriləbilən Aerodinamik Sürətkəsici (SIAD) adı verilən uçan boşqaba bənzəyən bir cihaz yaradıldı.30,5 metrlik paraşütün yanında,SIAD-lardan biri 6,digəri isə 8 metr olaraq hazırlandı.
Atmosferin sonuna doğru irəlilədi
Kauai'də gerçəkləşdirilən testdə,3175 kg ağırlığındaki test cihazını daşımaq üçün böyük bir balondan istifadə edildi.Balon nəhəng paraşüt və 6 metr genişliyindəki SIAD-ı 37 km yüksəkliyə daşıdı.
SIAD hədəflənən nöqtəyə çatmasının ardından balondan ayrıldı və motorunu alovlandıraraq 55 km yüksəkliyə çıxdı.Cihaz,bu əsnada səs sürətinin 4 qatı,yəni Mach 4 sürətinə çatdı.
NASA,çatılan nöqtədəki həddindən çox incə hava sayəsində,sıxlığı düşük olan atmosferin Mars atmosferinə çox böyük bənzərlik göstərdiyini bildirdi.
Testin son mərhələsində,SIAD-ın şişərək yüküylə bərabər 2,5 Mach sürətinə enməsi və bu anda paraşütün açılması gözlənilirdi.Paraşüt açıldığı təqdirdə,cihaz Sakit okeana eniş edəcəkdi.
Space.com-un xəbərinə görə Azərbaycan saatı ilə 02:05-də roketini işə salan SIAD,ardından uğurla şişərək sürətini yavaşlatdı,ancaq paraşüt istənildiyi kimi açılmadı.NASA,okeana düşən hissələrin toplanacağını və əldə ediləcək məlumatların bir sonraki test öncəsində analiz ediləcəyini bildirdi.
Əgər proyekt uğurlu olsa,Curisoity kimi SUV böyüklüyündəki kəşf robotları və çox daha böyük cihazlar Marsa daha risksiz endirilə biləcək.NASA,Curisoity-i Gale kraterinə endirmək üçün 30 ton ağırlığa dözümlü 15,5 metr genişliyindəki paraşütdən istifadə etmişdi.
Mənbə:Al Jazeera

0 yorum:
Yorum Gönder