İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

5 Temmuz 2014 Cumartesi

Dünya kubokunu qazandıqları təqdirdə kosmosa göndəriləcəklər

Avropada çıxan xəbərlərə görə futbolçular Dünya Kubokunu yalnız ilk dəfə qazanmaqla qalmayacaq,kosmosa da göndəriləcək.
Milli komandasını pulsuz kosmosa göndərmə təklifi Hollandiyanın Ruimtevaartbedrijf SXC adlı şirkətindən gəlib.
Komandasını kosmosa göndərmə fikri Robin Van Persie'nin Hollandiyanın İspaniyanı 5-1 məğlub etdiyi oyunda atdığı qoldan yaranıb.The Independent qəzetinə müsahibə verən şirkətin qurucusu Michiel Moli bunu belə ifadə edib:
"Bu fövqəladə performans fövqəladə bir mükafat tələb edir.Oyunçuları çox daha yuxarı çıxarmağı sınayacağıq.Tam olaraq 103 kilometr yuxarı.23 oyunçunun hamısını və təbii ki,məşqçi Luis van Gaal'ı."
The Independent qəzetinin xəbərinə görə SXC olaraq bilinən Space Expedition Corp kosmosa ticarət uçuşlarına gələn il başlamağı planlaşdırır və Hollandiya komandasını kosmosa 2016-cı ildə apara bilər.
Qeyd edək ki,SXC-da kosmosa gedişin bir biletinin qiyməti 95000 dollara bərabərdir.

0 yorum:

Yorum Gönder