İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

27 Haziran 2014 Cuma

Özündə həyat daşıya biləcək növbəti planet-Gliese 823c

Ölçü baxımından Dünyaya olduqca yaxın olan Gliese 823c planeti həyata uyğun şərait daşıya bilər.
Beynəlxalq bir astronom qurumuna görə Dünyadan 16 işıq ili uzaqlıqdaki Gliese 823 adlı ulduzun orbitində fırlanan Gliese 823c planeti ulduzundan suyun maye halda qalmasına imkan verəcək qədər uzaqlıqda yerləşir.
Gliese 823c Dünyanın 5 qatı kütləsinə sahibdir.Ulduzun ətrafındaki dönüşünü 36 gündə tamamlayan Gliese 823c-nin ulduzunun verdiyi enerji və ulduzuna uzaqlığı baxımından həyat üçün bütün gərəkli şərtləri qarşılayır.Glisese 823c-nin normal səthli olduğu və həmçinin də,atmosferinin olduğu düşünülür.Planetin ulduzuna daha yaxın olmasına baxmayaraq ondan daha soyuq və sönük olması,planetin aldığı enerji və işıq baxımından müsbət nəticə ortaya qoyur. Gliese 823c,Dünyaya bənzərliyi ilə önə çıxan 3 planetdən biridir.Gliese 823c-nin Dünyaya Bənzərlik İndeksi (ESI) xalı 0,81 olaraq hesablanmışdır.Buna yaxın nəticələr Gliese 667Cc'yə (0,83) və Kepler-62e'yə (0,84) məxsusdur.Xatırladaq ki,1-ə yaxınlaşdıqca Dünyaya bənzərliyi də artır.
Planetin çox böyük olması və böyük bir atmosferə sahib olması planetin Dünyaya deyil,Veneraya bənzəməsi nəticəsini də meydana gətirə bilər.Mütəxəssislər planerin Sera təsiriylə Veneraya bənzər yaşanmaz bir planet ola biləcəyini də inkar etmir.
Gliese 832 ulduzunun digər kəşf edilən planeti isə dövrünü 9 ildə tamamlayan Gliese 832b-dir.Ulduza çox uzaq olan Gliese 832 b,Yupiterə bənzər bir qaz nəhəngidir.

0 yorum:

Yorum Gönder