İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

16 Haziran 2014 Pazartesi

Apollo 13-də baş vermiş qəza


Şəkil:Qəzaya uğramış Apollo 13-ün İdarə Modulu USS Iwo Jima gəmisinin göyərtəsinə endirilərkən,15 iyun 1970.
Apollo 13,Apollo proqramı çərçivəsində yeddinci insanlı Ay səfəridir.11 aprel 1970-ci ildə astronavt James "Jim" Arthur Lovell, John L. Swigert və Fred W. Hais ilə birlikdə yola çıxdı.Yola çıxmasından iki gün sonra, Ay səfərinin hələ yarısı tamamlanmamış Apollo kosmik cihazında baş verən partlama nəticəsində xidmət modulunun oksigen ehtiyatları və elektrik enerjisi itirildi.Bundan sonra ekipaj Ay hörümçəyini bir "təcili yardım qayığı" olaraq istifadə etdi.Partlayışda əmr modulu sistemləri sağlam qalmışdı,lakin enerji sərfiyyatını önləmək üçün Dünya atmosferinə girmədən qısa bir müddət əvvələ qədər bağlı tutdular.Ekipaj Aya enə bilmədi,həmçinin həddindən aşağı temperatura,susuzluğa və elektrik məhdudlaşdırmasına dözmək məcburiyyətində qaldı,lakin kosmos tarixinin ən maraqlı xilas etmə əməliyyatı sayəsində dünyaya sağ-salamat dönməyi bacardı.Bu hadisə tarixdə "müvəffəqiyyətsiz müvəffəqiyyət" olaraq adlandırılmışdır.
Bu hadisədən ilhamlanaraq rejissor Ron Howard 1995-ci ildə Apollo 13 filmini çəkdi və film tənqidçilərin bəyənisini topladı.Astronavtları Tom Hanks, Bill Paxton və Kevin Bacon; yer nəzarət qrupu şefini isə Ed Harris canlandırdı.Filmin IMDB-si 7,5-dir.Apollo mövzusunda çəkilən digər film Apollo 18 olsa da,elmi-fantastik janrda olan bu film NASA tərəfindən yalanlanmış və filmdəki hadisələr təsdiqini tapmamışdır.

0 yorum:

Yorum Gönder