Təxminən 1,2 milyard il əvvəl Anten,NGC 4038 spiral və NGC 4039 çubuqlu qalaktikalar olaraq iki ayrı qalaktika idi.Toqquşma baş verməzdən əvvəl NGC 4039, NGC 4038'dən daha böyük idi.900 milyon il öncə,qalaktikalar biri-birilərinə yaxınlaşmaya başladı.600 milyon il öncə qalaktikalar,biri-birilərinin içinə keçdi.300 milyon yıl öncə, Anten'in ulduzları sovrulmaya başladı.400 milyon il ərzində,Anten'in "nüvə"ləri toqquşaraq ulduzlar və qazlar tək bir "nüvə" halını alacaqdır.Aparılan araşdırmalar Anten'in nəhayətdə elliptik bir qalaktika forması alacağını göstərir.Həmçinin,daha öncələr qalaktikalar Süd yolundan 65 milyon işıq ili uzaqlıqda olsa da,hal-hazırda 45 milyon işıq ili uzaqlıqdadır. İki qalaktika toqquşarkən,onları meydana gətirən ulduzlar adətən toqquşmazlar.Bunun səbəbi,qalaktikaların çoxluqla boşluqlardan meydana gəlməsidir.Həmçinin,nə qədər parlaq olursa olsun,ulduzlar qalaktikanın çox kiçik bir qismini təşkil edir.Yüz milyardlarla il çəkən bu toqquşmada,yenə də qalaktikalardan biri digərini cazibə qüvvəsi ilə parçalaya bilər və hər iki qalaktikada bol miqdarda mövcud olan qaz və tozlar toqquşa bilər.Bu toqquşmada böyük molekul buludlarını təşkil edən tünd rəngli toz sütunları,sıxlaşaraq böyük ulduz qrupları halında cazibə qüvvəsi ilə biri-birinə bağlı milyonlarca ulduzun sürətli doğuşuna səbəb ola bilər.
Şəkil : Hubble(NASA/ESA)-dan əsaslanaraq,Davide Coverta tərəfindən hazırlanmışdır.
Şəkil : Hubble(NASA/ESA)-dan əsaslanaraq,Davide Coverta tərəfindən hazırlanmışdır.
0 yorum:
Yorum Gönder