İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

16 Haziran 2014 Pazartesi

Plutonun peykində okean izi tapıldı


Alimlər,cırtdan planet Plutonun peyklərindən Charon'un bir zamanlar yeraltı okeanları ola biləcəyini bildirdi.Yeni araşdırma,antik peyk Charon'un daxili laylarının maye su meydana gəlməsinə yetəcək qədər isti olduğunu qarşıya qoydu.
Günəşə Dünyadan 29 qat daha uzaq bir məsafədə yerləşən Plutonun bu günə qədər kəşf edilen 5 peykindən biri olan Charon,keçmişində həyat saxlamış ola bilər.NASA,gələcək il Pluton sisteminə çatacaq New Horizons peykinin missiyasından ömcə,cırtdan planet və peyklərində ediləcək kəşflərə fokuslanmış vəziyyətdədir.Səthindəki istilik -229 dərəcəyə çatan Pluton'un peyklərinin də əsas planetləridək soyuq olduğu bilinir.NASA,2015-ci ilin iyul ayında missiya yerinə çatacaq New Horizons peyki ilə Pluton və Charon üzərindəki ən detallı müşahidələrə başlayacaq. İlk təxminlər isə,donmuş peyk olan Charon'un bir zamanlar özündə okean saxlaması ilə bağlıdır.NASA Goddard Kosmik Uçuş Mərkəzindən Alyssa Rhoden,"Charon'un səthindəki buzun qalınlığı, peykin iç quruluşu və hərəkət xətti səthindəki çatların necə yarandığı haqqında bizə məlumat verir.Keçmişdəki modellər ilə New Horizons'ın əldə edəcəyi məlumatları qarşılaşdıraraq Charon'un bir zamanlar okeana sahib olub-olmadığını anlayacağıq"-dedi.
Charon'da maye su təşkil edən okeanın izlərini verən ipucu isə peykin dairəvi olmaqdan çox elliptik olan orbitidir.Yupiterin Europa və Saturnun Enceladus adlı peykləri,dərinliklərində su saxladığı bilindiyi kimi eynilə Charon kimi elliptik orbitə sahibdirlər.Hər iki peykin qaz nəhəngləri ilə  aralarında yaranan cazibə qüvvəsi,orbitlərinin eliptik olmasında rol oynayır
Orbitinə qabarma-çəkilmələr təsir etdi
Icarus jurnalında nümayiş olunan yeni araşdırmada,Charon'un da bir zamanlar içində su saxlamış ola biləcəyi və suyun hərəkətinin,səthində pozulma və çatlar yaratdığı təxmin edilir.Mövcud modellər, Charon'un eynilə Ay kimi meydana gəldiyini və ana planetində yaşanan nəhəng toqquşmanın arxasından kosmik tullantıların toplusundan ibarət olduğunu göstərir.Zamanla iki göy cismi arasındaki cazibə qüvvəsi qarşılıqlı olaraq Plutonu yavaşladarkən,Charon'un daha da sürətlənərək planetdən uzaqlaşmasına səbəb oldu.
Rhoden,Charon'un bu günki orbitinə gəlməsinə bəs edəcək müddətdə,daxili quruluşundakı hərəkətlilikdən ötəri su saxlaya biləcək qədər isti qalmış olabiləcəyini söylədi.Rhoden,New Horizons ilə Pluton və Charon haqqında yeni məlumatlar əldə edə biləcək olmalarının inanılmaz olduğunu dedi.
Gələcəkdə ediləcək müşahidələr Charon'daki okean nəzəriyyəsini təsdiq edilsə,Enceladus və Europa'nın ardından Pluton'un peyki da həyatın ola biləcəyi ünvanlardan biri olacaq.
Mənbə: Sciencedaily, Al Jazeera
Şəkil: Plutonun bir peykindən Charon və Pluton,13 iyun 2014 (NASA, ESA və G. Bacon (STScI))

0 yorum:

Yorum Gönder