Elm adamları, 15 aprel 2013 tarixində Çelyabinsk üzərində parçalara ayrılaraq partlayan 500 min TNT gücündəki meteorun, Dünyaya çatmadan milyonlarca il əvvəl bir başqa göy cismi ilə toqquşduğunu müəyyən etdi.Nəticələr,meteorun yerə düşən parçaları üzərində aparılan analiz nəticəsində əldə edildi.
Meteorun parçalarında olan jadeit adlı məddə, Çelyabinsk meteorunun təxminən 290 milyon il əvvəl saatda 4800 km sürətlə bir başqa meteor ilə çarpışdığına işarə etdi. Araşdırmada iştirak edən Yaponiyanın Tohoku Universitetindən Shin Ozawa, "Bu toqquşma Çelyabinsk meteorunu bağlı olduğu ana gövdədən qoparmış və Dünyaya yönəltmiş ola bilər" ifadəsini işlətdi.
Scientific Reports jurnalında nümayiş olunan araşdırma nəticəsində alimlər asteroidlərin toqquşmalar nəticəsində Dünyanın orbitinə necə girdikləri haqqında yeni məlumatlar əldə edəcək.
Təxminən 20 metr genişliyindəki Çelyabinsk meteoru, atmosferdə 67600 km sürətlə irəliləmiş və bir çox hissəsi əriyib yox olsa da geridə qalan parçaları çox güclü bir partlayışla Çelyabinsk'i sarsıtmışdı.Səsdən 60 qat daha sürətli irəliləyən meteor, yerdən 30 km yüksəklikdə partlamış və Xiroşimaya atılan atom bombasının 30 misli bir enerji ortaya çıxmışdı.
Tapıntılar antik toqquşmayı ortaya çıxardı.
Çelyabinsk meteorunun parçaları araşdırıldığında, güclü toqquşmaların nəticəsində əriyən və təkrar qatılaşan şüşəyə bənzər bir quruluşun içində gizli olan jadeit təsbit edildi. Həddindən artıq təzyiq və temperatur altında ortaya çıxan jadeitin sayəsində əldə edilən məlumatları bir yerə toplayan araşdırmaçılar, Çelyabinsk meteorunun çox qədim zamanlarda 150 metr genişliyində bir asteroidlə çarpışmış olduğuna qərar verdi.
Meteorun Dünyaya irəliləyən göy cisimlərini anlamaq baxımından çox əhəmiyyətli məlumatlar təqdim etdiyini deyən Ozawa, "Çelyabinsk meteoru Dünya ilə toqquşmuş bir göy cisimi olaraq qəbul edilə bilər. İzlədiyi hərəkət xətti çox yaxşı bir şəkildə təsbit edildi"-deyə əlavə etdi.
Çelyabinsk'dən əvvəl,ən yaxın zamanda tarixdə iz buraxan şəkildə meteor toqquşması, Sibirin Tunguska çayı bölgəsinə düşən meteorid olmuşdu. 2000 kvadrat kilometrlik sahədə 80 milyon ağacı məhv edən meteorun parçaları ilk dəfə keçən il toplandı. Parçalar üzərində edilən araşdırmaların nəticələri isə hələ də açıqlanmayıb.
Mənbə : Guardian

0 yorum:
Yorum Gönder