İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

30 Mayıs 2014 Cuma

Mars yanardağı özündə həyat izi daşıya bilər

Alimlər,Qırmızı planetdə bir zamanlar buzla əhatə olunmuş nəhəng yanardağ ilə bağlı yeni bir nəzəriyyə irəli sürdülər.Buna əsasən yanardağ, qədim zamanlarda olduğu bölgədə özündə həyat saxlayan maye su dolu göllər meydana gətirmiş ola bilər.




Marsda yerləşən Arsia Mons yanardağının, bir zamanlar həyat üçün lazımlı şərtlərin meydana gəlməsinə kömək etmiş ola biləcəyi qarşıya qoyuldu.Alimlər,Günəş Sistemindəki ən böyük dağlardan biri olan Arsia Mons'un, antik zamanlarda yaşanan partlamalar nəticəsində ətrafında maye suyla dolu göllər meydana gətirmiş ola biləcəyini bildirdilər.Everestin iki qatı uzunluğunda olan Arsia Mons'un ətrafındakı strukturları araşdıran ABŞ-ın Brown Universiteti geoloqları, yanardağın şiddətli partlayışlar yaşadığı dövrləri hesablayaraq o dövrə aid geoloji quruluşu ortaya çıxarmağa çalışdı.Kompyuter modellərinə əsaslanan analizlər,yanardağın şimal-qərbinin buzlaqlarla örtülü olduğuna,210 milyon il əvvəl şiddətli partlayışlar yaşandığına işarə etdi.Araşdırmaçılar,partlamaların buzları əridərək,buzlaq içində göllər meydana gətirdiyini,ortaya çıxan göllərin,yarı donmuş bir buz kubu içindəki su dənəciklərinə bənzədiyini təxmin edir.

 Ən önəmli həyat izləri



Geoloq Kat Scanlon,"Bu maraqlı bir nəticədir,çünki Marsın antik zamanlarında maye halda su olduğuna işarə edir"-ifadəsini işlətdi.Scanlon,Arsia Mons'un ortaya qoyduğu həyat izlərinin keçmişdə Qırmızı planetdə əldə edilən ipuclarından çox daha gənc olduğuna da diqqət çəkdi.Marsdaki kəşf vasitələrimiz Curiosity və Opportunity'nin çay yatağı və orqanik maddə kəşflərinə söykənən təsbitlər,2.5 milyard il əvvələ qədər uzanırdı.Scanlon,"Əgər digər bölgələrdə antik həyat izlərinə rast gəlindi isə baxmamız lazım olan bir sonrakı yer Arsia Mons olmalıdır"-deyə əlavə etdi.
Araşdırmada Scanlon'a kömək edən Brown Universitetindən Jim Head və Boston Universitetindən David Marchant,MRO kosmos cihazından əldə edilən məlumat və görüntüləri araşdıraraq,Dünyadakı lava axınlarının meydana gətirdiyinə bənzər quruluşlar kəşf etdi.Həmçinin,eynilə Dünyada olduğu kimi lavaların buzlaqlar tərəfindən qarşısının kəsilməsilə yaranan çuxurlar da tapıldı.
Analizlər buzlaqda toplanaraq daha sonra toplandığı buz qayalarını qıran suyun meydana gətirdiyi çay vadisi ortaya çıxardı.Scanlon,Mars şərtlərini qiymətləndirdiklərini, ortaya çıxan maye suyun əsrlər,hətta minlərlə il ərzində var olmuş ola biləcəyini,bu müddətin də orqanik həyatın doğulmasına şərait yaratmış ola biləcəyini söylədi.
Araşdırmaçılar,Marsda hələ də buzlaqlar ola biləcəyini də düşünür.Jim Head,krater və yoxuşların altında buzlaq ola biləcəyini və buzlaqlarda Marsın milyonlarla il əvvələ aid atmosferini saxlayan baloncuqlar ola biləcəyini dedi.
Head isə Marsda qorunma ehtimalı olan buzlaqların,gələcəkdə keçiriləcək insanlı kəşflər üçün su qaynağı da meydana gətirə biləcəyini dedi.
Mənbə : rt.com

0 yorum:

Yorum Gönder