İki astronomiya qrupu Kainatın bu günə qədər kəşf edilmiş ən böyük su kütləsini ortaya çıxardı.Dünyadan 12 milyard işıq ili uzaqda olan su kütləsi,okeanların 140 trilyon qatı böyüklüyündədir.
Dünyadan 12 milyard işıq ili məsafədəki bu su kütləsi,Dünya okeanlarının ümumi su kütləsinin 140 trilyon qatı böyüklüyə sahibdir.Buxar halındakı su kütləsi,quasar(quasar-kainatın uzaq nöqtələrində çox böyük enerji ilə partlayan qalaktikalara verilən addır) olaraq adlandırılan və ortasında, ətrafındakı maddəni udan böyük bir qara dəlik olan göy cismini əhatə edir.NASA-nın Kaliforniyadakı Laboratoriyasından Matt Bradford,quasar ətrafındakı mühitin olduqca xüsusi bir quruluşa sahib olduğunu ifadə edərək,bunun çox böyük miqdarda su ortaya çıxardığını dedi.Kəşfi edən qrupların birinin başçısı olan Bradford,"yeni kəşf bir daha göstərdi ki su,Kainatda olduqca geniş yayılmışdır və hətta Kainatın ən erkən zamanlarından bəri var"-dedi.
Qrupun kəşfləri Astrophysical Journal Letters'da yayımlandı.Quasarlar,ətrafını bir disk şəklində əhatə edən qaz və toz yığınını əmən nəhəng bir qara dəliyə sahib göy cisimləridir.Quasar diskin ortasından hər iki istiqamətə doğru inanılmaz dərəcədə böyük bir enerji fışqırdır.Su kütləsinin olduğu bu quasar qara dəliyi Günəşdən 20 milyard dəfə daha sıx və ondan "min trilyon qat" çox enerjiyə sahibdir.Bu qədər uzaqda və kainatın erkən dövrlərində var olan su kütləsi ilk dəfə kəşf edilir.Günəş Sisteminin daxil olduğu Süd yolu qalaktikasında də su buxarı var,ancaq qalaktikamızdaki su kütləsinin çoxu buz halındadır.Süd yolundaki su kütləsi,bu quasarda olandan 4000 qat daha azdır.
Quasardaki su buxarı,göy cisminin qara dəlik ətrafında dönən qaz kütləsinin içərisinə dağılmış vəziyyətdədir.Bu bölgə,yüzlərlə işıq ili genişliyində( 1 işıq ili,təxminən 6 trilyon mil,yəni 10 trilyon km-dir).Quasardaki su buxarı ilə karbonmonoksit kimi digər molekulların hesablamaları,onları əhatə edən qazın sıxlaşaraq ulduzlar meydana gətirə biləcəyini göstərir .Hesablamalar Kaliforniya Texnologiya İnstitutunun Hawai'dəki teleskopu istifadə edilərək,Bradford'un qrupu tərəfindən həyata keçirilir.Quasar üzərində çalışan ikinci qrup isə,Alpler'dəki Caltech Submillimeter Rəsədxanasının başçı köməkçisi fizik Dariusz Lis başçılığındakı bir qrupdur.
Mənbə:NTV
0 yorum:
Yorum Gönder