İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

23 Şubat 2014 Pazar

, , , ,

Kainat haqqında 20 fakt

   Kainatımızı daha yaxından tanımaq istərdiniz mi? Elm Qurdu sizə bu şansı verir.Elə isə kəmərlərinizi bağlayın və uçuşa hazır olun.

1.Bilinən ən böyük ulduz VY Canis Majorisdir.Bu ulduz o qədər böyükdür ki,içinə 7.000.000.000.000.000 (7 katrilyon) ədəd Dünya yerləşər.Belə desək,əgər dünya bir fıstıq boyda olsaydı,Canis Majorisin diametri 2.7 km olardı.

VY Canis Majoris
 2. Əgər Dünyadakı bütün suları bir yerə yığıb bir kürə yarada bilsəydik,aşağıdakı mavi kürə ölçülərində bir şey alınardı.Bu kürənin diametri 1400km olardı və təxmini bu ölçülərdə olardı.


3.Buzları saymasaq,Dünyadakı maye halda olan şirin suların faiz nisbəti bütün suların 0,77 %-idir.

4.Satunrnun peyklərindən biri olan Mirnasın temperatur paylanması aşağıdakı kimidir və bilinməyən səbəblərdən bu "Pacman"i xatırladır

5.İnsanların yaydığı radio siqnalların qalaktimızda qət etdiyi məsafə aşağıdakı şəkildə böyüdülmüş sahədəki mavi nöqtə ilə göstərilmişdir.Bu mavi nöqtəcik son 112 ildir yayılan radio siqnallarını əhatə edir.Yəni radio yaranandan bəri.Kainatda çox kiçik məxluqlarıq.


6.Aeroqrafit o qədər kiçikdir ki,böyük bir avtobus böyüklüyündəki aeroqrafiti bir əlinizlə rahat bir şəkildə qaldıra bilərsiniz.İçi boş karbon baloncuqlarından ibarət  bu maddə öz ağırlığının 40.000 qatına qədər ağırlıq daşıya bilir.Aşağıda mikroskopdan görünüşünü izləyə bilərsiniz.


7.Dünyanın sonunu bir düşünün.Planetimiz bir asteroidlə mi çarpışacaq?Hal-hazırda araşdırmaçılar 3 asteroidi yaxından izləyirlər.Bunlardan 2-si sadəcə olaraq məhəlli təsirlər yaradacaq qədər güclüdür.Ancaq planetimiz üçün ən böyük təhlükə yaradacaq asteroid 1950DA olaraq adlanırılır və diametri 1.4 km olan bir cisimdir.Belə böyüklükdə bir daş parçası Dünyaya çarpması bir çox canlı növünün yox olması deməkdir.O cümlədən insan irqi də.Orbitlərimizin üst-üstə düşmə ehtimalı çox azdır (0.33%) və 2880-ci ildə bizim yaxınımızdan keçəcəkdir.Dinozavrları və bir çox növü yox edən,65milyon il bundan əvvəl yer kürəsi ilə toqquşan asteroidin diametri 10km idi.

8.Günəş sistemimizdən kənarda kəşf olunan ilk planet 1990-cı ildə tapılmışdır.Bu qədər gec kəşf olunmasının səbəbi oralarda bir yerlərdə planetin olduğunu düşünməmiş olmağımızdır.Ancaq bu əlbəttə ki səhv idi.Kainatda 40.000.000.000.000.000.000.000.000 (40 milyon dəfə milyard) ədəd planet olduğu fərz olunur.Həqiqətən də "astronomik" rəqəmdir.Lap bəzilərinin sərvəti kimi oldu.2013-cü ilinə qədər bu planetlərdən sadəcə 800-ü kəşf olunmuşdur.

9.İlk bənddə bildirdiyimiz kimi,kəşf olunmuş ən böyük ulduz Canis Majorisdir.Diametri Günəşdən 600 dəfə böyük olsa da,kütləsi sadəcə 30 dəfə böyükdür.Aşağıdakı şəkildə onun başqa ulduzlar və planetlərlə müqayisəsi göstərilmişdir.



10.Günəş sistemi içində bilinən ən yüksək dağ Marsdakı Olympus Mons dağıdır.Təxmin edilən yüksəkliyi 22-26min metr arasıdır.Əhatə etdiyi ərazinin diametri 600km-ə yaxındır.Dünyada bu yüksəklikdə dağ yarana bilməz.Bunun səbəbi isə artan yüksəklikdən sonra artan kütlənin bir müddət sonra öz daxilinə çökməsidir.


11.Günəş sistemimizdəbir planetdən daha böyük olub ancaq planet olmayan tək bir cisim var - o da Ganymede-dir.O Yupiterin peykidir və Merkuridən daha böyükdür.


12.İstər inanın,istər inanmayın bizlər ulduzların və kosmik tozun övladlarıyıq.Əgər kainatda ulduz partlamaları,yəni supernovalar olmasaydı,bizləri yaradacaq elementlər kainata dağıla bilməyəcəkdilər.Başqa bir deyimlə,ulduzlar öldükləri üçün biz yaranmışıq.

13.Bu məqalənin ilk şəklində Günəş,Yupiter sağ alt küncə mavi bir nöqtə şəklində Dünya müqayisə olunmuşdur.

14.Günəşin daxilində hər saniyə hal-hazırkı insanın istifadə etdiyi enerj miqdarını düşünərsək,bəşəriyyətə qarşıdakı 1 milyon il bəs edəcək qədər enerji istehsal olunur.

15.Dünyadan baxan bir insan təxminən 6000 ulduzu çılpaq gözlə görə bilər.Əgər binoklla baxsanız bu rəqəm 50minə çatar.Bu sizə çox gələ bilər.Ancaq təkcə bizim qalaktikamızda 400 milyard ulduz var.Kainatda isə 125milyarda yaxın qalaktika.

16.Əgər işıq sürətinin 99,999999-u qədər bir sürətə çatsaq,10 il səyahət etsəniz və sonda Dünyaya qayıtsanız,burada 70.000 il keçmiş olar.

17.Neytron ulduzları o qədər böyük sıxlığa malikdir ki,1 yemək qşığı qədər həcmdə 90milyard kq kütlə yerləşir.

18.Əgər kainatın ilk yarandığı anlarını görmək istəsəniz,televizorunuzu yandırın və yayım olmayan bir kanala çevirin.Burada gördüyünüz qarlı görüntünün 10 faizə qədəri Kosmik Mikrodalğa İşıqlanmasından qaynaqlanır.Bu işıqlanma kainatın yaranma vaxtından qalan bir hadisədir.

19.Əgər Dünyanın bir fıstıq boyda olduğunu düşünsəniz,Yupiter bizdən 300 metr uzaqda,Pluton isə təxmini 2,5 km uzaqda olardı.Həmdə Plutonun boyu bakteriya qədər olardı və adi gözlə görsənməzdi.Ən yaxın ulduz sistemi olan Proxima Centauri isə "fıstıq Dünya"dan təxminən 16000 km uzaqda olardı.Həqiqi uzaqlığı isə 4 işıq ilidir.

20.Deyək ki,Günəş sistemindənn çıxmağı bacaran ilk süni peyklərimiz olan Voyager 1 və Voyager 2-yə mindiniz.Həmin aparatlar saatda 56min km sürətlə getməkdədir.(1 sərnişin təyyarəsinin sürəti 900km/saatdır.Təyyarələrin tarixində sürət rekordu 3500km/saatdır).Bu möhtəşəm sürətə rəğmən Aya çatmağınız 6 saat,Günəşə çatmağınız 111 gün,ən yaxın ulduz olan Proxima Centuriyə çatmağınız 77000 il,Qütb ulduzuna çatmağınız 8milyon il çəkərdi.Ən yaxın qalaktika olan Andromedaya çatmağınız isə 48milyon il çəkərdi.Kainatımızın 13,7 milyard yaşında olduğunu xatırlasanız,bu elə də böyük bir rəqəm deyil.



Mənbə : Evrim Ağacı

1 yorum: