Vladimr Komarov |
O illərdə kosmos yarışında hər istiqamətdən ilkləri reallaşdırmaq hər 2 ölkə üçün başlıca məqsəd idi.Hətta vəziyyət o yerə gəlib çatmışdı ki,ölkələrdən biri hansısa bir ilkə imza atdıqda,digəri onun etdiklərini etmir,bir addım irəlidəki nailiyyətə çatmağa çalışırdı.Heç biri eyni şeyi edən 2-ci ölkə olmaq istəmir,həmişə 1-ci olmaq istəyirdi.Hətta belə bir deyim də formalaşmışdı: "Əgər 1-ci olmamısansa,2-ci də olma".
Bu yarışdakı mübarizənin qızğınlaşdığı vaxtlarda,23 aprel 1967-ci ildə Sovetlər Birliyinin Soyuz 1 adlanan kosmik gəmisi Boykonur stansiyasından kosmosa göndərildi.Kosmik gəminin tək heyət üzvü Vladimr Mixayloviç Komarov idi.
Bu uçuşda Sovet Respublikası yenə bir ilk edirdi - kosmosa ilk insanlı gecə uçuşunu reallaşdırırdı.Soyuz 1-də çox sayda problemlər də var idi əslində.İlk olaraq deyək ki,digər Vostok uçuşlarındakı kimi bu aparat test olunmamışdı.Biraz da Leninin ad gününə çatdırılma təlaşına görə bir çox vacib amil nəzərə alınmamışdı.Komarovun bu uçuşdakı yedəyi artıq o zaman bütün dünyanın yaxşı tanıdığı Yuri Qaqarin idi.O belə nəyinsə yolunda getmədiyini anlamışdı və Komarovu fikrindən danışındırmağa çalışırdı.
Əsl məqsəd Soyuz 1 orbitdə ikən,Soyuz 2 adlı 3 nəfərlik heyəti başqa bir aparat ilə kosmosa daşımaq idi.Ancaq təəssüf ki bu plan reallaşdırıla bilmədi.Soyuz 1-in günəş panelləri açılmadıqda,Soyuz 2 kosmosa göndərilməli idi.Lakin Soyuz 2 heç vaxt uçmadı.Səbəb isə Soyuz 1-də yaşanan problemlərin bu aparatda da olması idi.Yaşanan problemlər səbəbindən Soyuz 1-i endirməyə çalışdılar.Komarov həmin vaxtda radio bağlantı vasitəsilə həyat yoldaşı ilə danışdı.
Sabitləmə sistemindəki problem üzündən aparat nəzarətsiz bir şəkildə fırlanmağa başladı.Həmin anda o,həyat yoldaşı ilə vidalaşdı.
Aparat atmosferə girdikdə paraşütləri açılmadı.Komarov əlləri ilə ehtiyat paraşütü açdı.Lakin paraşütün ipləri bir-birinə dolandı.SSRİ dövlət rəsmisi Aleksey Kosiginin səsi eşidildi.O,Komarova ölkəsinin onunla fəxr etdiyini dedi.Aparat Ural çayı yaxınlığındakı Orenburga düşdü.
Komarov ölümündən sonra SSRİ-nin qəhrəmanlıq medalına və Lenin ordeninə layiq görüldü.Külləri Kremlində dəfn edildi.Aşağıdakı şəkildə küllər göstərilmişdir [ :( ]
Komarov kosmosda həlak olan ilk insan olaraq tarixə düşdü.Bu da bir ilk oldu.Ancaq bu "ilk" SSRİ-nin gerçəkləşdirmək istəmədiyi ilklərdən biri idi...
Mənbə: Kozmik Anafor
0 yorum:
Yorum Gönder