İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

16 Ocak 2015 Cuma

Xərçəng nebulası


Xərçəng nebulası (digər adıyla Messier1, M1, NGC 1952 və ya Buğa A) , Buğa bürcü istiqamətində yerləşən supernova qalıntısıdır.Nebula 1731-ci ildə ingilis astronomu John Bevis tərəfindən 7,62 sm ölçülü refraktor istifadə edilərək kəşf edilmişdir.Nebula,Dünyadan 4 iyul 1054-cü ildə müşahidə edilən bir supernova hadisəsinin qalıntısı hesab edilir.Bu tarixdə çinli alimlər bir ulduzun gündüz belə gözlə görülə biləcək qədər parladığını qeydə almış və bu parlaqlıq sayəsində 23 gün gündüz müşahidə edildiyini bildirmişdir.Nebula,xərçəngə bənzədiyi üçün bu adı almışdır.Dünyadan təxminən 7000 işıq ili uzaqda olan nebulanın diametri 11 işıq ilidir və saniyədə 1.800 km sürətlə genişlənir.
Nebula müşahidə edilməkdə çətinlik çəkilən bəzi göy cisimlərini araşdırmaq üçün işıq mənbəyi hesab edilir.1950 və 1960-cı illərdə Günəşin tacı,içindən keçən Xərçəng nebulasının radio dalğaları sayəsində xəritələnmişdi.Son zamanlarda da Saturnun peyki Titanın atmosferinin qalınlığı ölçülə bilmişdir.Yengəcəbənzər dumanlıq optik, radio, rentgen diapazonunda güclü şüalanma mənbəyi olmaqla yanaşı, həm də qamma kvantları mənbəyidir.

- Şəkilin üzərinə klik edərək daha böyük ölçüdə baxa və yükləyə bilərsiniz.

1 yorum:

  1. merkur sports betting - Xn
    Merkur sports betting. Bet now 메리트 카지노 on the 샌즈카지노 Merkur F1, F1 races, Formula 1 cars, Formula 1 cars, Formula 1 F1, 메리트 카지노 고객센터 races, Formula 1 cars.

    YanıtlaSil